Həyat yoldaşı Nüsrət Kəsəmənlinin ilk sevgilisindən danışdı
Maraqlı3 iyun 2019 15:10
ARB TV-nin "Bu qədər” proqramının növbəti buraxılışında mərhum şair Nüsrət Kəsəmənlinin həyatından danışılıb.
Şairin ailə üzvləri və qohumları onunla bağlı xatirələrini bölüşüb:
Rahilə Kəsəmənli – Həyat yoldaşı: "1-ci kursda oxuyurdum, universitetə təzə gəlirdim və demək olar ki, heç kəsi tanımırdım. Universitetdə məni işə qəbul etdilər. 17-18 yaşımdan universitetdə həm oxuyub, həm də işləyirdim. O vaxt komputer yox idi, makinada yazılırdı. Gördüm bir oğlan gəldi. Oğlan indi də universitetdə tarix fakültəsinin müəllimidir. O oğlan əlində vərəq gətirdi ki, xahiş edirəm makinada bunu yazasınız. Aldım, yazanda gördüm ki, "Ona” adlı bir şeirdir. Şeiri oxudum, xoşuma gəldi və bir nüsxəsini özüm üçün çap etdim. Kənara qoydum amma şeirin dalınca heç kim gəlmədi. Sonradan hündür bir oğlan gəldi, tamam başqa biri idi, o şeiri gətirən oğlan deyildi. Görkəmindən tanış gəlirdi, amma ağlıma da gəlməzdi ki, Nüsrət Kəsəmənli burada tələbədir. O, İncəsənət Universitetində oxumuşdu, bu onun 2-ci ixtisası idi. Dedi ki, xanım sizə bir yazı veriblər onun dalınca gəlmişəm. Mən də makinadan çıxarılmış formasını və əl yazısını verdim. Görkəmindən hiss olunurdu ki, bu yazı bəhanədir, gəlişi yazı üçün deyil. Makinadan çıxarılmışı götürdü, amma əl yazmasını qoydu stoluma ki, bu qalsın. 1-2 saat keçdi dedilər ki, səni telefona çağırırlar. Telefonu götürdüm səs həmin səs idi. Dedi ki, xanım siz o əl yazmasını götürdüz? Dedim ki, hə, qalıb stolun üstündə, gəlib apara bilərsiniz. Dedi ki, heç düşünmədiz ki, o əl yazması niyə sizdə qalmalı idi? 18 yaşım olsa da başa düşə bilmirdim ki, mənə yazıb və niyə yazıb. Sonradan anladım ki, bu yazı bir bəhanə imiş. Mənə deyirdi ki, mən hər zaman sözü deyən oğlan olmuşam. Amma sənə deməyə utandım, başqasını göndərdim. Onda fikirləşdim ki, ay Nüsrət sənin sonun gəldi, axırına çıxsa elə bu qız çıxacaq. Zarafatla deyirdi, gülürdük. 1 ildən sonra bizim toyumuz oldu. Nişanlanandan sonra çox çətin günlərim başladı. Kənardan o qədər söz-söhbətlər, zənglər eşidirdim ki... Mənə dedilər ki, səndən əvvəl Sevda adında bir qızı istəyib. Amma nədənsə onların sevdası baş tutmayıb, səbəbi isə mənim üçün maraqlı deyildi. O qızı sonradan tanıdım, çox gözəl, səviyyəli, gözəl ailənin qızı idi. O qadının sonradan xəstələnib çökməyi mənə çox pis təsir etdi. Dedim, Nüsrət, bilirsən, Sevda xəstədir? Dedi ki, yox. Dedim imkan tap ona baş çək. Baş çəkəndən sonra mənə danışdı ki, mən içəri girəndə o üzünü gizlətdi. Çünki o xanım çox gözəl idi, amma xəstəlik onu pis hala salmışdı deyə istəmirdi ki, Nüsrətin gözünə elə görünsün. Dekabırın 21-si Sevda dünyasını dəyişdi. Biz Nüsrətlə gül alıb ziyarətə gedirdik. Hətta öz yaxınlarım da deyirdi ki, səni nə maraqlandırır? Bu nə hərəkətdir edirsən? Allah onların hər ikisinə rəhmət etsin. Onsuz da özü hər şeyi etiraf etmişdi. O, "Etiraf” şeiri yazılanda hamı elə başa düşürdü ki, mən çox sevinmişəm. Əksinə, ən çətin an elə o şeiri oxuduğum an oldu. Çünki, istəmirdim ki, kimsə bilsin bizim ailədə nə baş verib. Gec gəlirdi düzdü, amma, qəlbimi sındırmayıb heç vaxt. Ona görə də incikliyim olsa da küsməmişəm”.
Oxşar xəbərlər
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
1 mart 2026 13:56
- TƏCİLİ: Serbiya prezidentinə SUİ-QƏSD CƏHDİ - 2 nəfər SAXLANILDI
24 fevral 2026 11:03
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
