" 1 və 3 qəpikliklər dövriyyədən çıxarılmalıdır"
Bu gün supermarketlərdə istehlakçıların üzləşdiyi problemlərdən biri də alış-veriş edərkən xırda pul qalıqlarını ala bilməməkdir. İlk baxışdan gözə görünməyən məbləğləri ala bilməmək bir müddət sonra alıcıların narazılıqlarına səbəb olur.
Qaynarinfo məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynova müraciət edib. O, bunun sadə bir halda problem olmadığını bildirib:
"Bu məsələ o halda problem deyil ki, kassir həmin qəpiyi versin müştəri götürməsin və ya onlar bunu öz aralarında həll etsin. Amma digər hallarda bu istehlakçının hüququnun pozulması və aldadılmasıdır. Düşünürəm ki, bunu edən marketlər istehlakçı hüququnu pozan marketlərdir. Belə halda istehlakçı öz hüququnu müdafiə etmək üçün Azad istehlakçılar birliyinə yazılı ərizə ilə müraciət edə bilər”.
"Xırda pulların istehsalına çəkilən xərclər əslində o pulların nominal dəyərindən baha başa gəlir”
Bu sözləri isə Qaynarinfo-ya iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, 1 və 3 qəpiyədək pulların ishetsalına son qoyulmalıdır:
"İki devalivasiyadan sonra belə bir şərait yaranıb ki, bu pulların istehsalına çəkilən xərclər həmin pullardan daha bahadır. Buna görə də xırda pullarla bağlı məsələyə birdəfəlik aydınlıq gətirmək lazımdır. Ümumiyyətlə 10 qəpiyə qədər olan nominal qəpiklərin dövriyyədən çıxarılmalı və onun istehsalına əlavə xərclərin çəkilməsinə ehtiyac yaranmamalıdır. Buna görə də 1 və 3 qəpiklərin ümumiyyətlə dövriyyədə qalmasının bir mənası yoxdur, onları dövriyədən çıxararaq istehsalına çəkilən xərclərin azaldılmasında yarar var. Marketlər həmin qəpikləri vermədikləri halda müştərilərin o qəpikləri istəməkdən utanmağını anlamaq mümkündür. Amma praktiki olaraq o qəpikləri işlənməsi mümkünsüz hala gəlib. Ümumilikdə bu məsələnin həlli ilə bağlı birdəfəlik Mərkəzi Bankın yanaşması olmalıdır. 1 və 3 qəpikliyin dövriyədən çıxarılması iqtisadi nöqteyi nəzərdən daha məntiqə uyğundur”.
Məsələ ilə bağlə şəhər sakinlərinin də fikiri maraqlıdır. Bəzi Bakı sakinlərinin bununla bağlı suala cavablarını təqdim edirik:
Firuzə Vahid: "Bəzən belə hallarla qarşılaşıram. Amma 5 qəpikləri özüm yığdığım üçün kassirdən qəpiklərimi istəyirəm".
Qafar Əhmədov: "Təkcə marketlərdə yox, dünən "Park Bulvar"da yerləşən mağazaların birində 20 qəpiyimi qaytarmadılar. Belə olanda nəsə demirəm. Adətən xırda qəpik verməyən marketlərə 2-3 qəpik əksik verəndə nəsə demirlər".
Nəzrin Qədirova: "Bir neçə dəfə belə halla qarşılaşmısam da, nəsə deməyə utanmışam. Amma qara qəpikləri verəndə hər zaman götürürəm".
Firəngiz Mabudova: "Sözün düzü belə hallarla qarşılaşanda nəsə etmirəm, elə də qalır. Amma əslində qalsa qəpikləri istəməliyik. Necə deyərlər "dama-dama göl olar”. Bunu da deyim ki, bəzi mağaza və marketlər xırda qəpiklər verəndə götürmürlər".
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
- Mehriban Əliyevadan Ülviyyəyə təbrik - Səninlə fəxr edirəm!
29 aprel 23:27
- Anar Məmmədli saxlanıldı
29 aprel 18:29
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 18:15
- Onlar nazir müavini təyin edildilər
29 aprel 18:09
- Yeni icra başçısı Ovni Muradov kimdir?
29 aprel 17:58
- Prezident qəbul keçirdi
29 aprel 11:01
- Akademik Zərifə Əliyevanın doğum günüdür
28 aprel 13:21
- NAR-dan sərfəli smartfon təklifi - Fotolar
28 aprel 13:01
- Ali Məhkəmənin hakimi intihar etdi
28 aprel 12:48
- Azərbaycanın biznes ictimaiyyəti Sahibkarlar Günü-nü qeyd etdi
26 aprel 12:24
- İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş - Yenilənib
26 aprel 11:50
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35