Bakı Slavyan Universitetində yay imtahan sessiyasının monitorinqi aparılıb
İyunun 13-də Bakı Slavyan Universitetində (BSU) aparıcı kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri və təhsil ekspertlərinin iştirakı ilə 2018-2019-cu tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb.
Mediatur iştirakçıları imtahanların gedişini izləyib, auditoriyalarda kameraların, ağıllı lövhələrin iş prinsipləri ilə tanış olublar. Müşahidəçilər Operativ Qərargahın işi ilə tanış olublar.
BSU-nun rektoru, professor Nurlana Əliyeva onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara hazırlıq barədə məlumat verib. O, BSU-da 2018-2019-cu tədris ilinin yaz imtahan sessiyasının uğurla davam etdiyini deyib. Bildirib ki, Təhsil nazirinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmrinə əsasən, imtahanlar mövcud qaydalara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur.
Nurlana Əliyeva vurğulayıb ki, BSU-da artıq 279 fənn üzrə imtahan təşkil olunub. Hazırda universitet üzrə ümumilikdə 55 auditoriyada imtahan keçirilir. Bu imtahanlardan 36-sı əsas binada, 19-u ikinci tədris binasında aparılır.
Rektor imtahan sessiyası ərəfəsində hər bir kursun tələbələri ilə ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyələrini verdiyini, imtahanlarda biliyin yeganə meyar olmasını izah etdiyini bildirib. O, imtahanlara hazırlıq üçün universitetdə lazımi şərait yaradıldığını, məsləhət saatlarının keçirildiyini deyib. İmtahanlarla bağlı məsələlərin əvvəlcə universitetin elmi şurasında müzakirə olunduğunu diqqətə çatdırıb.
Bildirilib ki, imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində bütün kurslar üzrə imtahanların nəticələri dərhal elan olunur. BSU-nun saytında yaradılan onlayn əlaqə bölməsindən təkcə tələbələr deyil, valideynlər də onları maraqlandıran suallara cavab ala, imtahan qərargahı ilə birbaşa əlaqə yarada bilərlər.
Nurlana Əliyeva universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmini, şikayətlərin qısa zamanda araşdırılıb, müvafiq qərar qəbul edilməsi üçün Operativ Qərargah və Münaqişə Komissiyası yaradıldığını diqqətə çatdırıb. Rektor deyib ki, yay imtahan sessiyasında BSU-da tələbələr üçün hər il olduğu kimi bu il də imtahan qərargahı ilə canlı bağlantı imkanı yaradılır. Tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxılır, buraxılmış səhvlər bir-bir izah edilir, bir sözlə, obyektivliyə tam zəmanət verilib.
Professor Nurlana Əliyeva bildirib ki, 2019-cu il 24 may tarixli 69 saylı əmrə əsasən yaradılmış Operativ Qərargah 13 nəfərdən ibarətdir. İmtahandan əvvəl qərargah üzvləri tərəfindən auditoriyalara baxış keçirilir, çatışmazlıqlar dərhal aradan qaldırılır. İmtahanlarla bağlı şikayətlərə əvvəlcə dekanlıq nəzdində fəaliyyət göstərən Münaqişə komissiyalarında, məsələ burada həllini tapmadığı təqdirdə isə universitetin Münaqişə Komissiyasında baxılır.
Nurlana Əliyeva KİV nümayəndələrinə, həmçinin BSU-da tədrisin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, beynəlxalq əlaqələrini genişləndirən BSU 113 xarici universitetlə əməkdaşlıq edir. Xarici universitetlərlə müəllim-tələbə mübadiləsi, habelə beynəlxalq elmi konfranslar həyata keçirilir, elmi məcmuələr nəşr olunur.
Rektor BSU-nun son üç ildə davamlı olaraq respublikada rus dilinin tədrisinə, rusdilli təhsilə, Rusiya–Azərbaycan əlaqələrinin inkişafına və qorunmasına verdiyi töhfələrdən söz açıb. O, may ayında “MAPRYAL”ın Rəyasət Heyətinin üzvü seçilməsini də bunun bariz nümunəsi kimi dəyərləndirib.
Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şərait yaradıldığını bildiriblər. Onlar tələbələrin imtahan suallarını sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu, eləcə də baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlər görüldüyünü müşahidə etdiklərini vurğulayıblar.
Xatırladaq ki, iyunun 1-dən başlanan imtahan sessiyası iyulun 6-a qədər davam edəcək.
![]()
![]()
![]()
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
