"S-300" və "S-400" zenit raket sistemlərinin azərbaycanlı yaradıcısı -Müsahibə
Müsahibə16 iyun 2019 15:30
Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan "S-300 Favorit" və "S-400 Triumf" zenit raket komplekslərinin yaradıcısı olan azərbaycanlı alim, texnika elmləri doktoru, uzun müddət "Almaz-Antey" hərbi sənaye kompleksinə rəhbərlik edən, ilk kosmik dövlət olan "Asgardia"ın qurucusu İqorAşurbəylinin APA-ya müsahibəsi
- İqor Raufoviç, istərdik ki, yaratdığınız kosmik dövlət olan "Asgardia" haqqında məlumat verəsiniz. Kosmik dövlət nə deməkdir?
- "Asgardia" kosmik dövləti 2016-cı ilin oktyabrın 12-də yaradılıb. Bu tarix bizim milli bayramımızdır. 18 iyun tarixi isə ikinci milli bayramımızdır. Bu tarix "Asgardia" dövlətində milli birlik, vahidlik haqqında deklarasiyanın və Konstitusiyanın qəbul olunduğu gündür. Bu gün Asgardia dövlətinin 1 milyondan çox sakini var. Bu insanlar dünyanın 230 ölkəsindən olanlardır. Təəssüflər olsun ki, bu siyahıda Azərbaycan 58-ci yerdə qərarlaşıb. Əlbəttə ki, vətənim olan Azərbaycanın bu siyahıda ön yerlərdən birini tutmasını istərdim. Çünki, qonşu Türkiyə bu siyahıda ABŞ-dan sonra ikinci yerdə gəlir.
İnsanlar bu ölkəyə internet üzərindən yazılırlar. Asgardia dövlət kimi fəaliyyət göstərmək üçün zəruri olan hər şeyə malikdir. Konstitusiya, bayraq, himn və nümayəndələrin seçilməsi. Asgardia yer kürəsindəki sistemlərdən asılı olmayan infrastrukturlar işləyib hazırlayıb. Asgardialıların pasportları inteqrasiya olunmuş portativ cihazları, kredit kartları və ənənəvi smartfonları var.
Asgardianın gələcək planları sırasında qlobal internetin təqdimatı və asgardian texnologiyasına giriş, eləcə də Yer kürəsinin asteroidlərdən müdafiəsi üçün donanmanın yaradılması var. Asgardia nəinki ölkə kimi, həm də bəşəriyyətin inkişafı yolunda növbəti addımdır. Kosmik məkan sonsuzdur və kosmik tədqiqatlar "Homo sapiens"ə ölməz olmaq imkanı verəcək.
- Yaratdığınız kosmik dövlətdə vətəniniz Azərbaycanla, Bakı ilə bağlı nəsə bir ada rast gəlmək olarmı?
- Asgardia komsik dövlətdir. Yer kürəsindəki dövlətlərə aid adla və ya adlarla heç bir əlaqəsi yoxdur. Bu, bizim prinsipimizdir. Asgardianın parlamentində dünyanın 42 ölkəsindən nümayəndələr var. Azərbaycandan da Asgardia parlamentinə nümayəndələr seçilib. Onlar parlamentdə Azərbaycanı və Azərbaycan dilini təmsil edirlər. Gördüyünüz kimi, bizim parlament ölkə prinsipi ilə deyil, dil prinsipi ilə seçilib.
- Azərbaycanla əlaqələriniz haqqında danışmağınızı istərdik. Azərbaycana tez-tez gedirsiz?
- Ən azı ildə bir dəfə Azərbaycanda oluram. Əcdadlarımın məzarlarını ziyarət edirəm. Son iki ildə isə Azərbaycanda böyük layihə həyata keçirirəm. Bu, İçəri Şəhərdə, Qız Qalasının bir neçə addımlığında yerləşən hotel-muzey layihəsidir. Bildiyiniz kimi, mənim nəslimin nümayəndələri Azərbaycana ilk dəfə 1743-cü ildə gəliblər. İnqilab illərində Bakıda bizim 42 evimiz olub. Bunu 1913-cü ilin telefon nömrələri kataloqunu əldə edib görmək olar. Bu kataloqda Aşurbəyli soyadı ilə olan evlərin telefon nömrələri mövcuddur. Lakin təəssüflər olsun ki, bu evlərin hamısı sökülüb. İstəyirdik ki, Bakıda bir tarixi bina əldə edib, oranı soyumun başçısı olmuş Aşurxanın şərəfinə adlandıraq. Ona görə də, həmin hotel-muzey "Aşurxan Palace" adlanır. Bu layihədə Azərbaycan və Aşurbəylilər nəslinin 1743-cü ildən bu günə kimi olan tarixi öz əksini tapıb. Hotelin hər bir nömrəsi ayrılıqda Aşurbəylilər nəslinin bir nümayəndəsinə həsr olunacaq.
- Rusiya-Azərbaycan əlaqələrinin bugünkü səviyyəsi haqqında nə deyə bilərsiz?
- Mən siyasətçi deyiləm, lakin deyə bilərəm ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Hiss olunur ki, iki dövlət arasında bir-birinə qarşı yüksək inam və etibar var. Azərbaycanın Rusiyadakı səfirliyinin Respublika Günü ilə bağlı keçirdiyi qəbullarda oluram. Moskvada və Rusiyanın digər regionlarında çox nüfuzlu azərbaycanlılar var. Bütün bunlar iki dövlət arasında əlaqələrin səviyyəsindən xəbər verir.
- Rusiyada yaşayan azərbaycanlıların bu ölkənin cəmiyyətinə inteqrasiyasından məmnunsunuzmu?
- Bura həmişəlik yaşamağa gələn azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyası vacibdir. Birincisi, onu deyim ki, dil bilmə üstünlüyü hər zaman azərbaycanlılar üçün inteqrasiya etməyə yaxşı imkan yaradıb. Çünki Azərbaycanda rus dilində bir sıra hallarda Rusiyanın regionlarından belə daha səlis və təmiz danışıblar. Mən, özüm buna bir nümunəyəm. Fikrimcə, dil bilmək üstünlüyü azərbaycanlılara Rusiya cəmiyyətinə daha tez inteqrasiya olunmağa, uyğunlaşmağa imkan verir.
- Sizinlə müsahibə edib, rəhbərliyiniz altında istehsal olunan, Rusiya hava hücumundan müdafiə sisteminin qalxanı hesab edilən "S-300 Favorit"və "S-400 Triumf" raket zenit kompleksləri haqqında soruşmamaq olmaz. Bu silaha malik olmaq nə anlam daşıyır?
- Mən, uzun müddət "S-300" və "S-400" zenit raket komplekslərini hazırlayan "Almaz-Antey" hərbi sənaye kompleksinin baş direktoru olmuşam. Məhz mənim rəhbərliyim altında S-300 sistemləri hazırlanıb. Yeri gəlmişkən, dövlətlərarası müqavilə çərçivəsində Azərbaycan da bu zenit raket kompleksinə sahibdir. Həmin komplekslər Azərbaycana uğurla çatdırıldı, hətta hərbi paradda da nümayiş olundu.
S-300 kompleksi real geosiyasi müdafiə silahıdır. Bu silah onu əldə edən ölkəyə hava məkanının suverenliyini qorumaq imkanı verir. Müasir münaqişələrdə çox az ölkə tanklarla müharibə edir. Son münaqişələrdə döyüşlərin əksəriyyəti əsasən hava məkanında gedir. Yuqoslaviya, İraq, Liviya, Suriyada müharibələr hava üzərindən gedirdi. Ona görə də, bu gün dünyada hava-kosmik müdafiənin rolu artmaqdadır. Hətta Rusiyada Hava-Kosmik Qüvvələri adlı qoşun növü də yaradılıb. Eyni növ qoşun növü ABŞ-da da mövcuddur. Hesab edirəm ki, S-300-lərə sahib olan Azərbaycanın səması etibarlı qapadılıb. Bu, çox mühüm məqamdır.
- Türkiyə Rusiyadan S-400 sistemlərini alıb. ABŞ buna görə Türkiyəyə təzyiqlər edir, sanksiyalarla hədələyərək onu bu sistemləri almamağa çağırır. Türkiyə tərəfi isə gələcəkdə Rusiya ilə birgə S 400-lərin istehsalında iştirak edə biləcəyini açıqlayıb. Nəzəri cəhətdən Rusiya ilə Türkiyənin S-400-lərin birgə istehsal etməsi mümkündürmü?
- Əlbəttə ki, bu mümkündür. Bu, silah ticarətində beynəlxalq təcrübədir. Alıcı ölkə hər zaman istehsalın bir hissəsinin öz ölkəsinin ərazisində olmasını istəyir. İlk növbədə həmin ölkə öz sənayesini yükləmək, ikincisi isə yeni texnologiyanı mənimsəmək və gələcəkdə həmin sistemləri özü sərbəst istehsal etmək istəyir. Buna ən sadə nümunə Çindir. 20 ildən çoxdur ki, Rusiyadan S-300-lər alırdılar. Deyirdilər ki, bundan sonra heç nə almayacağıq, özümüz istehsal etməyi öyrənəcəyik. Lakin nəsə alınmadı. İndi bizdən S-400 komplekslərini alırlar.
O ki, qaldı ABŞ-ın Türkiyə S-400-lərlə bağlı təzyiqlərinə, deyə bilərəm ki, bu gün S-400 zenit raket komplekslərinin bır sıra texniki göstəricilərinə görə dünyada analoqu mövcud deyil. Fikrimcə, səbəblərdən biri budur. Digər səbəb isə, ABŞ-ın silah bazarını monopoliyaya almağa cəhd etməsidir. Bu rəqabətdir.
- İqor Raufoviç, artıq 30 ilə yaxındır ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub. Qarabağ münaqişəsinin adı dondurulmuş münaqişə olsa da, münaqişə bu gün də davam etməkdədir. Sizin bu münaqişə ilə bağlı fikrilərinizi bilmək maraqlı olardı.
- Mən, Asgardia dövlətinin başçısı kimi deyə bilərəm ki, bizim Konstitusiyamızda Yer kürəsində gedən münaqişələrdə iştirak etmək qadağandır. Ümumiyyətlə, münaqişələri şərh etmək belə qadağan olunur. Bu, Asgardianın prinsipial mövqeyidir. Ona görə ki, min illik bəşəriyyət-insanlıq, min illik müharibə deməkdir. Çətin ki, bu dəyişə. Bu səbəbdən biz, yer kürəsinin fövqündə olan dövlət yaratdıq. Nən, Asgardianın başçısı kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini şərh edə bilmərəm. Lakin Vətənim Azərbaycanda doğulan biri kimi başqa hansı mövqeni tuta bilərəm ki?! Əlbəttə, Qarabağ bizimdir, Azərbaycanındır.
Oxşar xəbərlər
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 2026 11:15
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 2026 17:24
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 2026 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 2026 11:03
- Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
11 may 2026 00:10
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Bu gün faşizm üzərində qələbənin ildönümüdür
9 may 2026 00:20
- Azərbaycan-İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli - Cavanşir Feyziyev yazır
8 may 2026 13:01
- Sirus Təbrizliyə həsr edilən -Kəramət Mücahidi- adlı kitabın təqdimatı keçirildi
8 may 2026 01:04
Xəbər lenti
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
