Adı da, özü də dolaşıq Nazirliyin "Rabitəsiz" fəaliyyəti (I YAZI)
Müsahibə20 iyun 2019 15:53
Strateji Yol Xəritəsinə görə 2020-ci ildə adı qədər fəaliyyəti də dolaşıq olan NRYTN (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) ləğv edilərək yenidən formalaşmalıdır.
Bundan əlavə, bu sahədə yeni və müstəqil tənzimləyici qurum – Milli Telekommunikasiya Şurası yaranmalıdır. Amma ekspertlərin də dediyi kimi, vaxtın çox az qalmasına baxmayaraq, bu sahədə hər hansı müzakirələr, açıqlamalar gözə dəymir.
"Bəs vəziyyət necədir, hansı işlər görülüb, hansı ölkələrin təcrübəsindən istifadə olunacaq? Təəssüf ki İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi də bu istiqamətdə ciddi iş görmür. Güman ki gücü çatmır və daha çox "baş ağrıtmayan” məsələlərə köklənir. İndiyədək bununla bağlı maraqlı tərəflərin iştirakı ilə hər hansı müzakirə keçirilməyib.
Strateji Yol Xəritələrinin icrası ilə bağlı hesabatların hazırlandığı bildirilsə də müzakirələr keçirilməyib. Burada nəsə qapalı bir informasiya mühiti yaradılıb. Hiss olunur ki kimlərsə bundan çox narahatdır. Əlbəttə, tənzimləyici səlahiyyətlərin müstəqil quruma verilməsi sektorda vəziyyəti kökündən dəyişəcək. Yol Xəritəsinə Prezident imza atıb. İcra üçün də vaxt az qalıb. Problem isə heç də asan deyil. Ciddi məsələlər həllini tapmalıdır"- deyə tanınmış ekspert, "Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz həyacan təbili çalır.

GİRİŞ ƏVƏZİ: SİSTEM İŞLƏMİR!
Əslində, haqqında bəhs etdiyimiz bu Nazirlik nə qədər tez ləğv olunsa, kadr və struktur islahatlarına cəlb olunaraq, yenidən formalaşdırılsa, o qədər ölkə üçün faydalı olacaq. Niyəsini bir az geniş izah etməyə çalışacağıq.
Son illərdə nazirlik və digər iri dövlət qurumlarında aparılan struktur islahatları zamanı, sanki, hansı qurum və ya strukturu qoymağa yer tapılmayıbsa, hamısı bu Nazirliyin nəzdinə verilib. İndi şişmiş və dolaşıq strukturuyla NRYTN böyük bir xarabalığı xatırladır. İndi onlar az qala hər işlə məşğuldurlar: taksi xidmətindən tutmuş, kənd təsərrüfatına qədər, nüvə tədqiqatlarından başlamış dəniz limanlarına qədər, mobil operatordan tutmuş kanalizasiya quyusuna qədər... Bir sözlə, quruda-suda nə varsa.... Nazirliyin strukturuna və ya tabeliyində olan onlarla qurumun siyahısına nəzər yetirdikdə adam heyrətə gəlir. Və anlayır ki, niyə bir çoxları son illərdə bu Nazirliyin fəaliyyətindən danışanda "Əli Abbasova şükür" deyir. Axı taksi və kənd təsərrüfatından nüvə tədqiqatlarına keçid edə bilmək üçün hətta Eyşteyn də olmaq bəs eləmir. İndiki NRYTN-d isə nəinki Eyşteyn, hətta normal kadr tapmaq müşkül işə çevrilib. Tələsik və dəxilsiz təyinatlar, yerində olmayan kadrlar, rabitəsiz və qeyri-peşəkar fəaliyyət... Bu gün Azərbaycanda hansı poçta girsən, tez-tez eşidəcəyimiz "sistem işləmir" ifadəsi sanki bütövlükdə bu Nazirliyin boyuna biçilib.
HƏR ŞEY KOMMERSİYA ÜÇÜN!
2019-cu ildən isə Nazirliyin fəaliyyətində başqa bir maraqlı tendensiya qabarıq hiss olunmağa başlayıb: HƏR ŞEY KOMMERSİYA ÜÇÜN! Sanki ləğv olunacağı və yenidən formalaşacağı dönəmə qalan bir il vaxtı "səmərəli" dəyərləndirmək üçün dəridən-qabıqdan çıxırlar. Amma bunu necə edirlər? Ekspert Osman Gündüzün Qaynarinfo-ya açıqlamasına diqqət edək:

"Kommersiya, təsərrüfat və tənzimləmə funksiyalarını əlində cəmləyən NRYTN ciddi səhvlərə yol verir, var qüvvəsi ilə kommersiya xəttini gücləndirib, strategiya doğru qurulmur, bəsit və mənasız –imitasiya xaraketrli tədbirlərə üstünlük verilir, sektorda dövlətin xüsusi çəkisi hədsiz güclənib, rəqabətlə bağlı mühit nəinki inkişf etdirilmir, bu sektorda rəqabətli mühit hətta pisliyə doğru dəyişib. Müasir nöqteyi nəzərdən baxsaq, xüsusilədə son dövrlərdə ölkədə optimallaşma ilə idarəetmənin daha çevik qurulması kontekstinə yanaşsaq, əlbəttə ki, bu cür nəhəng Nazirliyin idarə olunması çox çətin olar. Bu Nazirliyin tərkibinə baxırıq ki, müxtəlif təyinatlı qurumlar var. Nəhəng dövlət şirkətləri, agentliklər və s. Mənə elə gəlir ki, daha effektli, çevik mexanizmin qurulması doğru olardı. Birini misal çəkim... Dövlət idarəetməsi, tənzimləmə, kommersiya, təsərrüfat - bütün funksiyalar bu nazirlikdə var. Qanunla kommersiya ilə məşğul ola bilər, götürüb hansısa bir qaydanı tədbiq edə bilər. Dövlət idarəetməsi ilə bağlı hansısa bir təşəbbüs irəli sürə bilər. Bu isə düzgün yanaşma deyil. Güman ki, elə bu baxımdan strateji yol xəritəsində onun tənzimləmə funksiyalarının ayrılması qeyd olunub. Bu Nazirliyin tənzimləmə funksiyası ayrılmalıdır və müstəqil Milli Telekommunikasiya Şurası yaradılmalıdır. Bazarda qayda-qanun yaratmaq, qaydalar vermək, tənzimləməklə bağlı bütün işlər ora verilməlidir. Tənzimləyən də budu, qayda-qanun yaradan da, kommersiya ilə məşğul olan da. Bu doğru yanaşma deyil. Bu sektorda yaranan problemin 99 %-in kökü bununla bağlıdır. Məsələn, Nazirlik özünün qanuni səlahiyyətlərindən sui-istifadə edərək özəl provayderlərin bazarını əlindən alır. Narahatçılıq doğuran məqam budur. Yəqin ki, yuxarılara məlumat vermək istəyir ki, mən daha yaxşı kommersiya ilə məşğul oluram, mən daha çox büdcəyə pul keçirirəm və s. Demək lazımdır ki, kommersiya ilə məşğul olmaq istəyirsənsə, onda gəl tənzimləməni ayıraq. Get kommersiya ilə məşğul ol, daha yaxşı hesabat ver. Amma qayda-qanunu da sən yaradırsan. Qayda-qanunu da yaratdığına görə, təbii ki, özünə uyğun yaradacaq. Bir misal var, közü özü tərəfə çəkmək. Təbii ki, közü özünə tərəf çəkəcək. Özgəsi tərəfə çəkən deyil ki... Biz kommersiya ilə məşğul olmasına etiraz etmirik, bizim etirazımız, xahişimiz odur ki, tənzimləyici qurumu ayırsın, tənzimləyən müstəqil olsun".
HAVAYA SOVRULAN MİLYONLAR və İZAHI OLMAYAN SİTUASİYA
Yuxarıda qeyd etdiyinmiz kimi, Nazirliyn tabeliyində olan "AzTelekom” və "BakTelekom” dövlət operatorlarının inhisarçı mövqeyindən sui-istifadə etməklə özəl provayderləri var gücüylə bazardan sıxışdırır, onların telefon-kabel quyularından istifadəsini məhdudlaşdırır.
Bununla bağlı "Yeni Müsavat”a danışan özəl provayderlərdən birinin nümayəndəsi bildirib ki, özəl provayderlərin binaları kabelləşdirməsinə əngəl yaradılır: "Müraciət edirsən ki, kabelləşməyə icazə verilsin, amma vermirlər. Deyirlər, gəl bunu sizin üçün biz edək, çünki siz bizim avadanlıqlardan istifadə edirsiniz. Məcbur qalıb razılaşırsan, sonra şərt qoyurlar interneti mütləq bizdən almalısan. Bu isə əlverişli deyil, çünki bu zaman qiymət bahalaşır. Bakıdakı bütün telefon-kabel quyuları ”BakTelekom"un əlindədir. Ən müxtəlif yollarla özəl provayderlərin bu quyulardan istifadə edərək kabel çəkməsinə icazə vermirlər. İcazə verəndə də elə yüksək qiymətlər tətbiq edirlər ki, onlarla kabel çəkmək, ümumiyyətlə, sərfəli olmur. Statistikaya nəzər yetirsək, görərik ki, ölkə üzrə ümumi internet istifadəçilərinin sayı azalsa da, "BakTelekom”un müştərilərinin sayı kəskin artıb. Çünki özəl provayderlərə imkan verilmir işləməyə".
Mövzunu şərh edən O.Gündüz bildirir: "Son günlər bu dövlət operatoru özəl provayderlərin minlərlə müştərisini qeyri-qanuni olaraq öz şəbəkələrinə keçirib. Bu, necə baş verir? Deməli, Nazirlik Çindən dövlət vəsaiti hesabına balaca, kiçik tutumlu ONU tipli mini ATS-lər (köməkçi ATS-lər) gətirib. Bu ATS-lər istifadəçilərə daha yaxın ərazilərdə fiber-optik xətt üzərindən quraşdırılır. Yəni hazırda mövcud olan ATS-lərlə müştəri arasında daha bir köməkçi ATS qurulur. Lakin bundan o tərəfi, yəni müştəriyədək olan məsafə isə yenə də adi mis kabel üzərində olan, köhnə ADSL texnologiya əsasında internet xidməti olacaq. İndiki anda bu, sadəcə, biabırçılıqdır.
Sual oluna bilər ki, bəs burada "innovasiya” haradadır? Bu yeniliyin "innovasiya” tərəfi ondan ibarətdir ki, bununla özəl provayderlərin müştərisini ələ keçirmək üçün unikal imkan yaranmış olur. Belə ki, yeni ATS-lərdə özəl provayderlərin öz avadanlıqlarını yerləşdimək imkanı yoxdur. Və ya NRYTN qəsdən bu imkanı yaratmayıb. Xatırladım ki, özəl provayderlər hər ay bir xeyli vəsait ödəməklə öz müştərilərinə xidmət göstərmək üçün köhnə ATS-lərdə avadanlıqlar yerləşdiriblər. Tətbiq olunan "innovasiyadan” sonra yeni ATS-lərdə belə bir imkandan məhrum olan özəl provayderlərin köhnə ATS-lərdəki avadanlıqlarında "oturan” müştəriləri avtomatik olaraq NRYTN provayderlərinə keçir. Daha doğrusu, keçirilir.
Son 1 il ərzində Nazirliyin yalnız bir qurumu - AzTelekom 1.5 milyon manat dəyərində HUAWEI avadanlığı alıb. Məqsəd isə qəribə görünsə də regionlarda ADSL texnologiya ilə interneti inkişaf etdirməkdir. Bununla təxminən 60 000 ADSL müştəriyə mis məftil üzərindən internet xidməti göstərilməsi nəzərdə tutulub. Digər özəl provayderlərdən "oğurlanan” müştərilər bu saya daxil deyil. Son dövrlərdə baş verən "müştəri oğurluğu” və küçələrdə ONU ATS-lərinin quraşdırılması proseslərindən belə anlamaq olar ki artıq regional internet infrastrukturumuz HUAWEI üzərində "oturdulur”. Proses də davam edir. ADSL artıq bütün dünyada istehsalatdan və istismardan çıxarılıb. HUAWEI ilə bağlı məsələ də məlumdur.
Xatırlayıram ki, sonuncu dəfə 7-8 il bundan öncə BTRİB bu texnologiyadan istifadə edirdi. İzahı, analoqu olmayan bir situasiya ilə qarşı-qarşıyayıq.
Belə olan halda mən Prezident Administrasiyasının innovasiyalar qurumuna və hökumətə müraciət edirəm: NRYTN-in, AzTelekom dövlət qurumunun atdığı addımlar informasiya və innovasiyaların inkişafı sahəsində milli maraqlarımıza uyğundurmu? Bütün bunlar son dövrlərdə Prezident tərəfindən imzalanan strateji sənədlərlə nə dərəcədə uzlaşır?"
"YENƏ GETDİ DİRƏNDİ BU NAZİRLİYƏ..."
Nazirliyin inhisarçı siyasəti bununla də yekunlaşmır. Belə ki, ölkədə internetin "topdansatışı” ilə məşğul olan əsas provayder "Delta Telekom” dövlət operatorlarına qiymətlərin 70 faiz endirilməsini təklif edib. Amma həm Nazirlik, həm də tabeliyindəki qurumlar bu təklifə soyuq yanaşır. Problem mətbuatda işıqlandırılandan sonra Nazirlik bir cümləlik reaksiya ilə kifayətlənib. "Delta"ya endirimin şərtləri ilə bağlı məktub göndərmişik".
Ekspert O.Gündüz deyir ki, əslində bunun əksi baş verməliydi: "Adətən biznes qurumu qiyməti endirmək istəmir, tənzimləyici qurum ona təpki göstərir ki, yox, bazarda belə olmalıdır. Bizdə isə tərsinədir. Bizdə isə əksinədir, biznes sektoru liberallaşmaya getmək istəyir, genişzolaqlı internetin xüsusi çəkisini artırmaq istəyir, amma tənzimləyici dövlət qurumu - NRYTN imkan vermir, iqnor edir, reaksiya vermir. Bu anlaşılmaz bir şeydi. Biz də düşünürük ki, bunun səbəbi nə ola bilər. Səbəbi ondan ibarətdir ki, bu Nazirliyin tabeliyində olan iki dənə provayder var - BAKTELEKOM və AZTELEKOM - bu iki qurumun bazarda xüsusi çəkisi 50%-di. Yəni, Azərbaycanın yarı interneti bura məxsusdur. Bu da Nazirliyə tabedi. Bu fikir yaranır ki, Nazirlik o provayderlərin qiyməti endirməsini istəmir. Ki bu daha az qazanacaq. Bu da biabırçılıqdı, düzgün deyil. Yenə də getdi dirəndi bu Nazirliyə. Ki bu provayderlərin sahibi də Nazirlikdi, qayda-qanun yaratmağa səlahiyyəti olan qurum da Nazirlikdi. Yenə maraq toqquşması yarandı. Problem burdadı. Səmimi deyirəm, analoqu olmayan situasiyadır.... "
İŞLƏMƏYƏN LAYİHƏLƏR
Yuxarıda istər provayderlərlə, istərsə də internetlə bağlı qaldırılan mövzulardan da göründüyü kimi Nazirliyin fəaliyyətində adındakı "yüksək texnologiyalar"dan əsər-əlamət yoxdur. Tabeliyindəki bir çox qurumun hətta saytı belə qurulmayıb. Olanlar da kasad, qeyri-estetik.
Və ya bu yaxınlarda ləğv olunan İKT fondunun illərlə işləməyən layihələrə pul ayırması, real startapları dəstəkləməməsi...
O.Gündüz də bizimlə söhbətində Nazirliyin "yüksək texnologiyalar" və "startaplara dəstək" istiqamətində fəaliyyətini yetərli hesab etmir: "Görünən odur ki, son dövrlərdə bu qurumun işləri xeyli zəifləyib. Əksinə Biznesə Dəstək Dövlət Agentliyinin, ASAN qurumun və başqa qurumların bu sahədə fəaliyyəti daha canlanıb, nəinki Nazirliyin. Məsələn deyək ki, "startaplara dəstək"lə bağlı punkt vardı və YTP park vardı. İndi bu iki qurumun bazasında İnnovasiya Agentliyi yaranıb. Ancaq o agentliyin də yetərli fəaliyyətini görmürük. Rəhbəri təyin olunmayıb, qərargahı yoxdu, oturan yeri yoxdu, bilmirik nə işlə məşğuldular. Mənə elə gəlir ki, bu qurum "startaplara dəstək"lə bağlı ciddi düşünməlidi, addımlar atmalıdı. Biz son dövrlərdə qonşu ölkələrdən çox geri qalırıq. Ona görə də gözləntilər çoxdu. Keçirilən əhəmiyyətsiz tədbirlərin sayını azaltmaq lazımdı. Daha oturuşmuş, faydalı olan, praktiki əhəmiyyəti olan tədbirlərə önəm vermək lazımdı".
Ümumiyyətlə, Nazirliyin harasından yapışırsan qopub əlində qalır. Problemləri sayıb bitirmək olmur. Hələ tabeliyindəki qurumların və fəaliyyət sahələrinin hər birini ayrı-ayrılıqda təhlil etməyə çalışssaq, daha biabırçı mənzərə ilə üz-üzə qalacağıq. Bir yazıda bütün bunları əhatə etmək qeyri-mümkündür. Ona görə də, mütəmadi olaraq, bu mövzuya qayıtmağa çalışacağıq.
Qaynarinfo
Oxşar xəbərlər
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 2026 21:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
