Rəsulzadənin nəvəsi: "Ona mütləq abidə qoyulacaq, əksi qeyri-mümkündür!”
Günün sitatı4 iyul 2019 19:04
"Məhəmməd Əmin Cümhuriyyətin qurucularından biri yox, əsl qurucusudur!”
"Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət daxil olmayıb”.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Meriyasından bildiriblər.
Bu cavabdan sonra "nə əcəb” sualı ətrafında düşünə-düşünə Rəsulzadənin nəvəsi Rais Rəsulzadəyə müraciət etdik. Ancaq R.Rəsulzadə illərdir babasına heykəl qoyulması, abidə ucladılması üçün davamlı müraciətlərin olduğunu deyib:
"27 ildir tək mən yox, eləcə də ictimaiyyət Məhəmməd Əmin Rəsulzadəyə abidə qoyulması üçün müraciət edir. Ona görə də məsələ aydındır. Mən demirəm istəyirlər, istəmirlər. Amma əminəm ki, mütləq babama abidə qoyulacaq. Çünki bu, onun haqqıdır. Əksi qeyri-mümkündür”.
R.Rəsulzadə bəzi hallarda babası haqqında dnaışarkən təhriflərə yol verildiyini dilə gətirib:
"Çox vaxt babam haqqında danışarkən deyirlər, "Cümhuriyyətin qurucularından biri”. Rəsulzadə Cümhuriyyətin qurucularından biri yox, əsl qurucusudur. Heykəl də ona qoyulmalıdır, özü də tək, kollektiv şəkilində yox. Tarixi faktlar da, sənədlər də bunu sübut edir. Prezidentin sərəncamına əsasən, Dövlət Dram Teatrında Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi keçiriləndə, hamı çıxış edirdi, onu "quruculardan biri” kimi təqdim edirdilər. Mərhum Şirməmməd Hüseynov, Allah ona rəhmət eləsin, Rəsulzadənin əsas tədqiqatçılarındandır. O çıxış edəndə dedi ki, "Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin qurucularından biri yox, qurucusudur, bunu dilə gətirmək və qorxmaq lazım deyil”. Bütün zal onu alqışladı”.
Rais Rəsulzadənin sözlərinə görə, Bakı Dövlət Universitetinin adı da Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlı olmalıdır:
"Biz tariximizi unutmamalıyıq, əks təqdirdə, informasiya müharibəsində düşmənə uduzacağıq. Sağ olun ki, heç olmasa sizlər onu unutmursunuz”.
Qeyd edək ki, hazırda Məmməd Əmin Rəsulzadənin Zaqatalanın mərkəzində heykəli var. Heykəl Elçibəy hakimiyyəti dövründə - 1993-cü ildə qoyulub. Gəncədə isə 1992-ci ildə Rəsulzadənin Dəmiryol Parkında büstü qoyulub. Rəsulzadənin başqa bir heykəli isə doğulduğu Novxanı kəndindədir. Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə ucaldılmış heykəl 1993-cü ildə heykəltəraş Cavanşir Dadaşov tərəfindən qranitdən hazırlanıb.
Oxşar xəbərlər
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 2026 13:38
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Mübariz İbrahimovun doğum günüdür
7 fevral 2026 11:30
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
Xəbər lenti
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
Video & Fotoqalereya
Video
Fotoqalereya
