“Azərpoçt”un yeni sistemi pulları necə “yeyir”? - İşçilər işə düşüb
Region7 iyul 2019 15:29
"Respublika üzrə poçt şöbələrində sistemin hesabında günü-gündən süni surətdə rəqəmlərin artması halı müşahidə olunur… "Şişən”rəqəmlər aprel ayından müşahidə olunur. Tabeliyində olduqları quruma müraciət etsələr də, problemin hardan qaynaqlandığını hələ də üzə çıxaran olmayıb… Nəticədə isə poçt işçilərində belə fikir formalaşır ki, süni rəqəmlərin artması halı qurum rəhbərlərinin maraq dairəsindədir. Sistemin yenilənməsi adı altında poçt işçilərinin ciblərini talan edirlər”.
"Azərpoçt” MMC-nin adının çəkilməsini istəməyən əməkdaşının azpolitika.info-ya verdiyi məlumatda belə iddia olunur.
Mənbənin sözlərinə görə, son illər ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət yetirilsə də, 200 il yaşı olan 2 əsr tarixə malik poçtumuz təəssüflər olsun ki, süquta doğru gedir:
""Biznesmen”lərin, "bankir”lərin apardıqları yenidənqurma adlı islahatlar nəticəsində və bank xidmətləri əsasında idarə olunan Azərbaycan poçtu həyəcan təbili çalır. Hamıya məlumdur ki, ən qədim tarixə malik olan poçtumuzun süqutu ölkənin tarixi köklərini sarsıdacaq”.
Bunun səbəbi olaraq isə, "Azərpoçt” MMC-də yeni sistemin tətbiq edilməsi və səlahiyyətli şəxslərin bundan öz məqsədləri üçün istifadə etməsi göstərilir:
"Azərbaycanın poçt operatoru "Azərpoçt” MMC bu ilin mart ayının sonlarında korporativ informasiya sisteminin – "COLVİR Postal System” – CPS sisteminin yeni versiyasına qoşulub. Sistemin yeni versiyasına keçid "Azərpoçt”un əhaliyə göstərdiyi maliyyə xidmətləri üzrə işlərin optimallaşdırılması, proseslərin avtomatlaşdırılması, yeni tərəfdaşlarla daha sıx inteqrasiya edilməsinə imkan yaradılması məqsədilə həyata keçirilib.
Amma təəssüflər olsun ki, nəticə heç də ürəkaçan olmadı. Sistemin tez-tez donması va ya gün ərzində işləməməsi nəticəsində vətəndaşların poçt şöbələrindən haqlı narazılıqlarına və şikayətlərin artmasına gətirib çıxartdı. Nəticədə vətəndaşlar poçtlardan nə kommunal, nə də digər ödənişləri ödəyə bildilər. Bu hal, Bakı şəhəri üzrə demək olar ki, bütün poçtlarda müşahidə olunur. Hətta buna rayonlarda belə fəaliyyət göstərən poçtlarda da rast gəlmək mümükündür”.
Ancaq problem bununla bitmir. Mənbənin sözlərinə görə, "islahatlar” nəticəsində rabitəçilər "bank maxinasiya”sı ilə üzləşiblər: "Sistemin yenilənməsi nəticəsində "Azərpoçt”un keçmiş bazası iki hissəyə – maliyyə və poçt hissələrinə bölünüb. Mövcud infrastrukturu isə "Azintelecom”un "bulud” məkanına köçürülüb. Bunun gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyin artırılması üçün böyük imkan yaradacağı bildirilib.
Ancaq bunun əksinə rabitədə yeni problemlər meydana çıxıb. Şöbələrdə "COLVİR” sistemində problem cari ilin aprel ayından yaranmağa başladı. Bu problemlə poçt şöbələrində çalışan bütün əməliyyatçılar və şöbə rəisləri üzləşir, heç cürə yaxa qutara bilmirlər. Necə deyərlər, "işbazlar”ın qurduqları "bank maxinasiya”sı zavallı rabitəçiləri cana yığıb. Bu gün hamıya məlumdur ki, rabitə sektorunda çalışan, ən az maaş alan və ən çox qüruru tapdanan poçt işçiləridi. Bəs nədir onların günahı? Xalqına gecə-gündüz xidmət etməkmi?”
Verilən məlumata görə, sistemdə yaranmış (və ya qəsdən yaradılmış) problem müəyyən şəxslərin talançılığına şərait yaradır: "Respublika üzrə poçt şöbələrində günü-gündən sistemin hesabında süni surətdə rəqəmlərin artması müşahidə olunur. Günün sonu ödəniş qəbzlərini, kassadakı nəğd pulları və sistemdəki rəqəmləri müqayisə etdikdə məlum olur ki, sistemin hesabında rəqəmlər süni şəkildə artır.
Rəqəmlərin belə "şişməsi” isə aprel ayından müşahidə olunur. Poşt şöbələri tabe olduqları quruma müraciət etsələr də, problemin hardan qaynaqlandığını hələ də üzə çıxaran olmayıb. Maraqlısı isə odur ki, bu problemin araşdırılıb üzə çıxarılması ilə aidiyyatı mütəxəssislər və işçilər məşğul olmur. Nəticədə isə poçt işçilərində belə fikir formalaşır ki, süni rəqəmlərin artması qurum rəhbərlərinin də maraq dairəsindədir. Sistemin yenilənməsi adı altında əslində poçt işçilərinin ciblərini talan edirlər.
Mövcud problemin həlli yollarını tapa bilməyən poçt işçiləri isə sözün həqiqi mənasında "cana yığılıb”. Kassada nəğd pul vəsaiti yoxdur, amma sistemin hesabında pul günü-gündən, necə deyərlər "şişir”. Bununla bağlı respublika üzrə bir çox poçt şöbələri tərəfindən dəfələrlə "Azərpoçt” MMC-yə şikayətlər olunub. Hətta bu səbəbdən aralarında işdən çıxarılan günahsız şöbə rəisləri də var. Onlardan sistemdə suni şəkildə "şişən” rəqəmləri nəğd pul vəsaiti ilə ödəmələri tələb edilir.
Zavallı poçt işçiləri arasında yenilənmiş sistem ucbatından hətta evlərindən belə olanlar var. Baş verən bu hadisələr insanda elə fikir yaradır ki, "COLVİR” sisteminin yeni versiyası günahsız poçt işçilərini, necə deyərlər, "şərləmək”, oğurluqda ittiham etmək məqsədilə yaradılıb”.
Mənbənin məlumatına görə, hazırda MMC-nin 1200-dən çox şöbə və filialı korporativ sistemə qoşulub: "Azərpoçt” geniş poçt şəbəkəsinə malikdir. Hazırda ölkə üzrə poçt şöbələrinin sayı təxminən 1500-ə yaxındır. "Azərpoçt” 2012-ci ilin aprel ayından Azərbaycan Mərkəzi Bankının lisenziyasına əsasən maliyyə xidmətləri də göstərməyə başlayıb”.
"Dövlətin əmlak maraqlarına mühüm zərərin vurulması hallarının, əsas qanun pozuntularının baş verdiyi otaqlardan biri də məhz "Azərpoçt”da maliyyə xidmətlərinin göstərildiyi "Xəzinə şöbəsi” otağıdır. Xarici valyuta mübadiləsinin alqı-satqısı və digər "maliyyə qazancları” bu şöbədə aparılır. Deyilənlərə görə, 1 saylı poçt filialının Müştəri Xidmətləri Şöbəsi pulların gəldiyi və yığıldığı əsas yerdir. Hətta həmin Müştəri Xidmətləri Şöbəsinin xəsinəsində 10 milyona yaxın pulun olması kimi informasiyalar yayılıb. Dövlətin və vətəndaşın pulu talanırsa, haqqı tapdalanırsa, buna göz yummamağı, lazımı dövlət orqanlarına şikayət etməyi bu ölkənin vətəndaşı kimi özümə borc bildim” – deyə mənbə bildirir.
Mənbə "Azərpoçt” MMC-də Prezidentin tapşırıqlarına da əməl edilmədiyini, struktur islahatları adı altında işçilərin ixtisar edildiyi bildirir: "Azərbaycanda struktur islahatlarının həyata keçirilməsi bütövlükdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan dərin islahatlar konsepsiyasının bir istiqamətidir.
Bu islahatlar idarəçilyin mexanizminin təkmilləşdirilməsi və daha da yaxşılaşmasını nəzərdə tutur. Amma struktur islahatları heç bir halda işçilərin ixtisar edilməsini nəzərdə tutmur…
Bunu ölkə başçısı da dəfələrlə vurğulayıb. Ancaq cənab Prezidentin verdiyi göstərişlərə və etdiyi çıxışlara "Azərpoçt”MMC tərəfindən əməl olunmur…. "Azərpoçt” MMC-də, onun tabeliyində olan idarə və poçt şöbələrində işçilərin ixtisar olunması, vətəndaşlara göstərilən xidmətin keyfiyyət və kəmiyyətinin həddən artıq aşağı olması, şikayətlərin çoxalması, idarəetmədə yol verilən ciddi nöqsanlar bundan xəbər vermirmi? Sizcə belə olan halda "Azərpoçt” MMC bir qurum olaraq Cənab Prezidentimizin verdiyi tapşırıqları və göstərişləri yerinə yetirirmi?”.
Oxşar xəbərlər
- Hər axşam qatıq yeməyin FAYDALARI
5 aprel 2026 22:16
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
5 aprel 2026 17:29
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
4 aprel 2026 00:20
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
1 aprel 2026 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
Xəbər lenti
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
Video & Fotoqalereya
Video
Fotoqalereya
