Sabiq məmurun var-dövlətinin siyahısı yayıldı (FOTOLAR)
Hadisə8 iyul 2019 15:03
Uzun illər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində olan Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsində çalışmış, elə həmin fonddan məcburi köçkünlər üçün ayrılmış yüz milyonlarla manat vəsaiti dağıtmış, onların hesabına Türkiyədə özünə böyük biznes qurmuş sabiq deputat Ayaz Orucovun İstanbuldakı daşınmaz əmlaklarının siyahısı yayılıb.
Qaynarinfo xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli Ayaz Orucovun Türkiyənin ən böyük şəhərindəki obyektləri açıqlayıb. Onun sözlərinə görə, sabiq məmurun İstanbulda evləri, ofisləri, ticarət mərkəzləri, fabfik binası və s. var:
"Hamısında məcburi köçkünlərə ahı var. Təsəvvür edirsinizmi, Neft Fondu sözügedən quruma 2012-2014-cü illər ərzində 900 milyon manat, bir də əlavə olaraq Dünya Bankı 25.5 milyon dollar ayırmışdı.
2015-ci ildə Hesablama Palatası müəyyən etmişdi ki, ayrılan vəsaitlərin 170 milyon manatı yeyilib. Və bu boyda korrupsiya cinayətinə görə cəmi 1 nəfər işdən çıxarılmışdı, 3 nəfərə də töhmət verilmişdi. Bu da sizə korrupsiyaya qarşı effektiv mübarizə faktı…
Artıq 2 ildən bəridir ki, İstanbulda sabiq deputatın oğlu İsmayıl Orucovun və şəriki Cem Aktaşın təsisçiliyi ilə fəaliyyət göstərən Algima İnşaat Gayrimenkul Sanayi Ticaret Anonim Şirkəti mənzillərin, ofislərin, villaların, torpaq sahələrinin alışı-satışı ilə məşğuldur. Bu həmin İsmayıl Orucovdur ki, 2013-cü ilin, noyabrın 13-dən 14-nə keçən gecə deputat Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, "Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından qadın sürücünün idarə etdiyi "Nissan Juke” markalı maşına 8 dəfə atəş açmışdı və bu cinayəti cəzasiz qalmışdı.
Keçmiş fond rəhbərinə aid aşağıda təqdim etdiyim siyahı hələ hamısı deyil. Bunlar hazırda satışa qoyulanlardır. Daha 12 mənzil və ofis üçün kirayənişin axtarılır. Bir də satışda olmayanları və artıq kirayədə olanları var.
1.İstanbul, Avcılar, Tahtalıkale məhəlləsindəki Bizim evler-5 elit yaşayış kompleksində 18-ci mərtəbədə 5 otaqlı, 220 kvadrat metrlik mənzil – qiyməti 1,34 milyon TL.
2.İstanbul, Avcılar, Tahtalıkale məhəlləsində 300 kv. metrlik alış-veriş mərkəzi – qiyməti 5.7 milyon TL.
3.İstanbul Şişli, Məcidköy məhəlləsi, Büyükdere caddəsində 140 kv.m.-lik ofis – qiyməti 790 min TL.
4.İstanbul Məcidköydə 220 kv. m.-lik dublex mənzil – qiyməti 815 min TL.
5.İstanbul Məcidköydə Büyükdere caddəsində 70 kv. m.-lik ofis – qiyməti 600 min TL.
6.İstanbul, Şişli, Ortaklar caddəsində 130 kv.m. sahəsi olan ofis – qiyməti 1,25 milyon TL.
7.İstanbul, Məcidköydə dördmərtəbəli binanın 4-cü mərtəbəsində 200 kv.m.-lik mənzil – qiyməti 830 min TL.
8. İstanbul Çerkezköy OSB-də 1161 kv.m. sahəsi olan fabrik binası – qiyməti 4.5 milyon TL.
9. İstanbul, Balıkesir Karaağac Gömeç sahilində 130 kv.m. yaşayış sahəsi olan ev – 550 min TL.
10. İstanbul Şişli Gülbahar məhəlləsində 90 kv.m.-lik mənzil – 315 min TL
Oxşar xəbərlər
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Gültəkin Hacıbəyli sərbəst buraxıldı - Yenilənib
25 fevral 2026 01:26
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Gültəkin Hacıbəylinin evində axtarış aparıldı - DTX-yə çağırıldı
24 fevral 2026 18:57
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
Xəbər lenti
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
Video & Fotoqalereya
Video
Fotoqalereya






