Elmira Axundovanın yaxın adamının ölkədən çıxışına STOP qoyulub – MƏHKƏMƏ İŞİ
Dövlətə xəyanət ittihamı ilə həbsdə olan Ramiz Mehdiyevə donoslar yazan, "ağsaqqalım" deyən Elmira Axundovanın yaxın adamı Elnur İbrahimovun ölkədən çıxışına STOP qoyulub.
Xüsusilə külli miqdarda dələduzluq etmiş Elnur İbrahimov barəsində Nəsimi rayon Məhkəməsi icra məmurunun təqdimatı əsasında STOP qoyub. Elnur İbrahimov bu qərardan narazı qalıb, ölkədən getmək istəyi ilə Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Hakim Cəmilə Musayevanın sədrliyi ilə Elnur İbrahimovun apellyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.

140116033 saylı cinayət Ramiz Mehdiyevin qılıncının hər tərəfinin kəsdiyi bir dönəmdə Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsində istintaq olunub. Cinayət işinin materiallarında keçmiş səfir Elmira Axundovanın evində başlanan, onun yaxın adamı Elnur İbrahimovun istintaqdan illərlə yayındırılması ilə davam etdirilən çoxmilyonluq dələduzluq sxemindən bəhs olunur.
Zamanında Ramiz Mehdiyev faktoru bu cinayətin tam və hərtərəfli araşdırılmasının qarşısını alıb. İndi isə Mehdiyev öz hayındadır və onun adına bağlı olan cinayətlərin araşdırılması, hüquqları pozulan, əmlakları dələduzluqla, hədə-qorxu ilə əllərindən Azərbaycan vətəndaşlarının mal-mülklərinin özlərinə qaytarılması zamanıdır.
Nə baş vermişdi?
Sonradan böyük bir dələduzluğa yol açan məclis 2013-cü ildə, o zaman deputat olan Elmira Axundovanın Bakıdakı evində baş tutur. O zaman Elmira Axundova məclis iştirakçılarına müraciətlə oğlu Həbib Axundov onun xeyir-duası və birbaşa iştirakı ilə iş qurduğunu açıqlayıb. Deyib ki, Həbib Axundov Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaq. Əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək.
Deputata inanan qonaqları beləcə onun oğlu Həbib Axundova müxtəlif məbləğlərdə biznesə yatırmaq üçün pul veriblər. O zaman Elnur İbrahimov Həbib Axundovun göstərişlərinin icraçısı rolunda olub. Beləcə Axundovanın evində qurulan, sözdə var olan, faktiki isə olmayan "biznes"ə 8 milyon manatdan artıq vəsait toplanıb. Pulları Axundovanın çağırışı ilə onun oğlu Həbib Axundova və Elnur İbrahimova verənlərə 2-3 ay dividend verilib. Sonradan isə dividend verilişi dayandırılıb və Elmira Axundova "biznes ruxnul" deməklə yaxasını kənara çəkməyə başlayıb.
Məlum olub ki, Elmira Axundovanın dediyi biznes ümumiyyətlə olmayıb, onun oğlu və Elnur İbrahimov Dubaydan Azərbaycana hər hansı bir dəftərxana malları da gətirməyiblər. Bu, sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub, faktiki olaraq biznes olmayıb. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. Yəni dost-tanışdan külli miqdarda pul yığılıb, həmin pullardan qəpik-quruşu biznesdən gəlir adı ilə onlara qaytarıb biznesin olduğuna inandırıblar. Dividend verilməsi dayandırılandan sonra adamlar aldadıldıqlarını anlayıblar. Məsələ böyüyüb, zərərçəkənlər pullarını tələb etməyə başlayıblar. Elmira Axundovanın Şüvəlandakı bağ evinə toplaşıblar. Müzakirələrdən sonra Yasamal Polis İdarəsinə gedib orada məsələni araşdırmaq qərarına gəliblər. Orada Elnur İbrahimov zərərçəkmişlərin yanında Həbib Axundovun üzünə deyib ki, adamlardan toplanan pulları ona verib. Bundan əsəbiləşən Həbib Axundov Elnur İbrahimovun üstünə cumub, onun sifət nahiyəsinə zərbə endirib, sonuncunun burnu zədələnib. Bu zaman məsələyə deputat Elmira Axundova qarışıb.
2013-cü ilin avqustunda Elnur İbrahimov Həbib Axundovun müşayiəti ilə Qəbələyə Elmira Axundovanın yanına aparılıb. Həmin gün orada yerləşən "Qafqaz Resort" hoteldə düzənlənən tədbirə hazırlaşan Elmira Axundova Elnur İbrahimovla görüşüb. Bundan sonra deputat aldadılan şəxslərə vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq, sadəcə bəzi dəqiqləşdirilmələr aparılmalıdır. Bu vəddən sonra isə Elnur İbrahimov ölkədən qaçırılıb. Gürcüstana, oradan isə Rusiyaya keçib. Bu qaçışdan sonra zərərçəkənlər hüquq-mühafizə orqanına üz tutmaqla Həbib Axundovun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. Lakin 3 ildən bir qədər artıq müddətdə Elnur İbrahimovun yerini müəyyən etmək mümkün olmayıb.
Azərbaycan polisinin Rusiyadan olan həmkarlarına Elnur İbrahimovun saxlanılması üçün müraciətləri müəmmalı şəkildə təmin olunmayıb. Elnur İbrahimovun Rusiya ərazisinə keçirilməsi haqda sorğulara cavab olaraq bildirilib ki, Elnur İbrahimov Rusiya ərazisinə keçməyib. Gürcüstan hüquq-mühafizə orqanlarından isə qeydiyyat sənədlərinə əsasən belə cavab verilib ki, Elnur İbrahimov Gürcüstandan Rusiyaya keçib.
Elnur İbrahimovun tapılması, istintaqa cəlb edilməsi üçün iş üzrə zərərçəkənlər yorulmadan hüquq-mühafizə orqanlarına müraciət etdikləri bir vaxtda Elmira Axundova və oğlu Həbib Axundov onlara qarşı məhkəmələrdə iddialar qaldırıb, hüquq-mühafizə orqanlarına müraciətlər ediblər.
Elnur İbrahimovun zərərçəkənlərdən qurtulması kimi dəyərləndirilən bu addıma Binəqədi Rayon Məhkəməsinin 2 hakimi qol qoymayıb. Hakimlər mətbuatda yazılan, lakin zərərçəkmişlərin müəllifləri olmadığı yazılara görə onları cərimələməkdən yayınıblar. Sonradan işə cəlb olunan 3-cü hakim isə Ramiz Mehdiyevin adı qarışan iş üzrə zərərçəkmiş şəxsləri 10-20 min manat cərimə edib. Bu gedişlər Axundovla zərərçəkənləri susdurmağa cəhd ediblər.
Lakin yanılıblar. Şikayətlər bununla da dayanmayıb, zərərçəkmişlər dələduzluqla əllərindən çıxarılan pullarını geri tələb etməkdə davam ediblər. Bundan sonra Həbib Axundov da istintaqa ərizə verib, şikayətçi qismində tanınmasını istəyib. Buna baxmayaraq bu gün də Həbib Axundov, onun anası Elmira Axundovanın Elnur İbrahimovla çox yaxşı münasibətləri qalmaqdadır. Ailənin bütün tədbirlərində Elnur İbrahimov məclisin yuxarı başına keçirilib, Axundova hələ deputat olduğu zamanlarda onun iştirakı ilə rəqs etməyi xüsusi olaraq xoşlayıb. Bunu sübut edən video da var.
Həbib Axundov iş üzrə zərərçəkmiş kimi tanınsa da, Elnur İbrahimovun həbsi üçün hər hansı bir addım atmayıb. Digər zərərçəkmişlərin israrlı tələblərindən sonra, 2016-cı ildə Elnur İbrahimov Moskvada həbs edilib. O zaman Elnur İbrahimov ekstradisiya olunmamaq üçün Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən təqib olunmasını bildirib. Rəsmi şikayətində Azərbaycanda hüquq-mühafizə orqanında döyüldüyünü, burnunun sındırıldığını deyib. Elnur İbrahimov burnuna yumruqla Həbib Axundovun zərbə endirməsini hüquq-mühafizə orqanlarının adına çıxmaqla labüd cəzadan yaxa qurtarmağa çalışıb. Lakin ona inanmayıblar, Azərbaycana ekstradisiya ediblər. Ölkəyə gətiriləndən sonra üzərində məhkəmə qurulsa da, Elnur İbrahimovun bu cinayəti təkbaşına etməməsinə dəlalət edən faktlara, zərərçəkmişlərin ifadələrinə hüquqi qismət verilməyib. İş materiallarına Elmira Axundovanın Ramiz Mehdiyəvə yazdığı, "oğlumu tuturlar, kömək et" mahiyyətli donos-məktubu əlavə olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinə Ramiz Mehdiyevin göndərdiyi bu məktubdan sonra cinayət işinin obyektiv araşdırılması əngəllənib. Zərərçəkənlərin israrla "pulları Həbib Axundova vermişik" deməsinə də hakim adekvat reaksiya verməyib. Elnur İbrahimovun ölkədən kimin və niyə qaçırması məsələsi araşdırılmayıb. Cinayət işində eks-səfir Elmira Axundovanın, oğlu Həbib Axundovun səs yazıları, Elnur İbrahimovun Elmira Axundovaya günaşırı 3-5 min manat niyə daşımasının səbəbi aydınlaşdırılmayıb, hüquqi qiymət verilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elnur İbrahimov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmünə əsasən, Elnur İbrahimova qarşı 350 min manatlıq mülki iddia da təmin olunub. Elnur İbrahimov mülki iddia üzrə zərərçəkən şəxsə 1 manat da ödəməyib. Elmira Axundovanın oğlu Həbib Axundov Ali Məhkəməyə təqdim etdiyi müraciətində Elnur İbrahimovun ona 55 min manat ziyan ödədiklərini yazıb, onun azad edilməsini istəyib.
Həmçinin Elnur İbrahimov tam qanunsuz olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Gec də olsa, Azərbaycan hüquq-mühafizə orqanları Ramiz Mehdiyevin adına bağlı olan külli miqdarda dələduzluq cinayətinin bütün iştirakçılarını nəhayət ki, məsuliyyətə cəlb etməlidirlər.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- Zaxarova Azərbaycana təşəkkür etdi
1 aprel 2026 21:29
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
