Pulsuz qəbul etməyəcəm - Mingəçevirdə şoka düşən körpəyə qəddar münasibət FOTO
Almaniyadan Azərbaycana valideynlərini ziyarətə gələn Bənövşə Şirinova Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimindən şikayətçidir.
B.Şirinova bununla bağlı Musavat.com-un redaksiyasına müraciətində bildirib ki, xəstəxananın həkimi Məqbulə Xəlilova onun qəfil halı pisləşən 10 aylıq körpəsinə tibbi yardım göstərməyib:
"Almaniyadan Mingəçevirə ailəmi ziyarət etmək üçün gəlmişdik. Ziyarətdən 10 gün sonra, yəni 21 dekabrda 10 aylıq qızımın halı qəfil pisləşdi. Bədən temperaturu 34 dərəcəyə düşdü. Körpəm şok vəziyyətində idi. Tələsik halda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili şöbəsinə apardıq. Mən xəstəxananın qeydiyyat bölməsində öz şəxsiyyət vəsiqəmi təqdim etdim və bildirdim ki, xaricdən gəldiyimiz üçün körpənin şəxsiyyət vəsiqəsini hələ çatdırıb almamışıq, amma Azərbaycan vətəndaşıdır.

Bizi qarşılayan həkim Məqbulə Xəlilova uşağa yaxınlaşmadan, 4-5 metr uzaqdan dedi: "Hə, nə olub?" Bu zaman qeydiyyatda əyləşən xanım ona bildirdi ki, uşağın vəziyyəti pisdir, amma şəxsiyyət vəsiqəsi yoxdur. Məqbulə Xəlilova uşağı yoxlamadan dedi: "Övladınızın Azərbaycan şəxsiyyət vəsiqəsi yoxdur, onsuz da pulsuz qəbul etməyəcəm. Aparın özəl klinikaya".
Dedim, uşağım Azərbaycan vətəndaşıdır, onun xarici pasportuna baxsanız, görərsiniz. Bir dəqiqənin də öz hökmü var, kömək edin. Məqbulə Xəlilova körpəmə yaxın durmadı, dedi, uşağı sənədsiz özəl xəstəxanada qəbul edərlər, ora gedin.
Şok vəziyyətində olan 10 aylıq körpə xəstəxanadan geri çevrildi. Özəl klinikada ilkin yardım göstərildi. Dedilər, uşaq zəhərlənib. İrad bildirdilər ki, həkim uşağı bu halda geri çevirməməli idi. Evə qayıtdıq. Amma az sonra qızımın temperaturu 34-dən də aşağı düşməyə başladı, rəngi ağardı. Təcili tibbi yardım gəldi və tibb bacısı bizə dedi ki, uşaq xəstəxanaya aparılmalıdır. Mən həkimin körpəmi qəbul etmədiyini deyəndə bizə açıq şəkildə bildirildi ki, həkimin bu hərəkəti birbaşa cinayət məsuliyyəti daşıyır.
Təcili yardım maşınında uşağı yenidən Təcili şöbəyə apardıq. Orada həmin həkimlə üz-üzə gəldik. Mən ağlayaraq dedim ki, uşağımı əlləri ilə ölümə göndərib. Cavab olaraq o, tibb bacılarına dedi: "Bunu burdan rədd edin, pulunu alın, uşağı aparata soxun, əl çəksin".

Məni alçaltdı, insan yerinə qoymadı. Mən şokda idim. Uşağımın həyatla ölüm arasında olduğu an idi. Onun ağrısı ilə mən də qışqırdım, etiraz etdim, hətta onu cani adlandırdım. Çünki övladım qollarımda can verirdi, o isə sakitləşdirmək və uşağa yardım etmək əvəzinə məni daha da qızışdırırdı. Ona dedim ki, sizi lazımi orqanlara şikayət edəcəyəm. O isə hər kəsin içində qışqıraraq dedi: "Əgər məni işdən çıxartdıra bilməsən, kişi qızı deyilsən. Get görüm necə çıxartdırırsan!"
Mən 2-ci qrup Qarabağ əlilinin qızıyam.
Beləliklə, heç kim müdaxilə etmədi, ancaq bir həkim dedi ki, uşağı evə aparım, nə lazımdırsa edilib, evdə gözləyim. Dedim, uşağı evə aparım ölsün? Onların qəddar münasibəti məni şoka salmışdı. Beləliklə, uşağı evə apardıq və kənar bir həkimə zəng etdik. O dedi ki, uşağa təcili kofein iynəsi vurun və onu şokdan çıxarın. Biz körpəyə iynə vurduq və 2-3 saat sonra uşaq normallaşdı. Bu gün o həkim mənim balama bunu etdi. Sabah başqasının balasına da edə bilər. Anam qızıma kofein vuraraq həyata qaytardı. Bəs anam olmasaydı?!"
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, araşdırmanın nəticəsinə əsasən müəyyən edilib ki, Təcili tibbi yardım şöbəsinin həkimi Xəlilova Məqbulə Hilal qızı tərəfindən vətəndaşa ilkin mərhələdə düzgün yanaşma nümayiş etdirilməyib, həkim-pasiyent münasibətlərinə və etik davranış qaydalarına zidd hallara yol verilib.
"Bu səbəbdən Tibbi Şuranın qərarı ilə həkim Xəlilova Məqbulə Hilal qızına töhmət verilib.
Xəstəxana rəhbərliyi olaraq baş verən hadisə ilə bağlı vətəndaşın yaşadığı narahatlığı anlayır, gələcəkdə bu cür halların qarşısının alınması üçün nəzarət və daxili intizam mexanizmlərinin daha da gücləndiriləcəyini bildiririk", - məlumatda deyilir.
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
2 aprel 2026 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
2 aprel 2026 13:03
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
1 aprel 2026 10:39
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 2026 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 2026 23:24
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 2026 20:21
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
