Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi

Kulis.az ədəbiyyatşünas Azər Turanın "Zəfərimizin təməlində dayanan 50 yaşlı "Az i Ya"" adlı yeni yazısını təqdim edir.
Oljas Süleymenovun "Az i Ya" kitabının 50 illiyi münasibəti ilə YUNESKO-ya bağlı Beynəlxalq Mədəniyyətlərin yaxınlaşması Mərkəzinin Almatada keçirilən VII Beynəlxalq Konfransına - "Türkoslavistikanın doğuluşu" konfransına dəvət alarkən qürur və fərəh hissi keçirdim. Almatadakı çıxışıma da elə bu sözlərlə başladım. Nə yaxşı ki, bu kitabın yubileyi İkinci Qarabağ savaşındakı zəfərimizdən sonraya təsadüf etdi. Axı Oljasın bu kitabı uzun illər təkcə sovet ideoloqlarının deyil, erməni millətçilərinin də hədəfində olub. Balayanın yazdığı "Ocaq" kitabı da Oljasın kitabının yaratdığı bu qəzəb dalğasında hasilə gəlib. Almatıdakı konfransda Azərbaycan dilində etdiyim qısa çıxışımda xüsusi vurğuladım ki, biz Qarabağ savaşından qalib çıxmış bir kitabın yubileyini qeyd edirik. Oljasın "Az i Ya"sını aziyasentrizmdə, Asiyamərkəzçilikdə, panislamçılıqda, türkçülükdə ittiham edən Zori Balayanın bədnam "Ocaq" kitabının fitnəsi ilə son otuz ildə Qarabağda qırğınlar törədildi. Asiyamərkəzçiliyin, başqa sözlə, turançılığın, türkçülük dalğasının qarşısını almaq üçün ermənipərəst imperator Mixail Qorbaçovun əmri ilə Azərbaycanda qanlar töküldü. Oljasın kitabındakı ideyaların zərərsizləşdirilməsi üçün 1986-cı ilin 17 dekabrında Qazaxıstanda Jeltoksan, 1990-cı ilin 20 yanvarında Azərbaycanda Yanvar hadisələri baş verdi, Almatada, Bakıda qanlar axıdıldı. Amma Oljasın kitabı qalib gəldi. Çünki bu kitab dünyaya ayırmaq üçün deyil, birləşdirmək üçün gəlmişdi.
Oljasın "Az i Ya"sı yeni dövrdə mədəni Avrasiyaçılığın olduğu kimi, turançılığın da bünövrəsini qoydu. Oljas rus mədəniyyətinin dərin qatlarında türk izlərini ortaya çıxarmaqla, əslində, SSRİ adlı imperiyanın çöküşünün ideoloji əsaslarını hazırlamışdı. Bunu hələ zamanında Amerika sovetoloqları da etiraf edirdilər. O zaman, millətçi ruslar da, ermənilər də türk respublikalarında əhalinin say artımından təşvişə düşüb SSRİ-də bunun necə nəticə verəcəyindən əndişələnirdilər. Yeganə nicat yolunu "sovetskiy narod", "edinıy splav" gerçəkliyində arayırdılar. Bu gün Türkslavistikanın bünövrəsi kimi dəyərləndirilən "Az i Ya"nı 1980-ci illərin əvvəllərində erməni Balayan öz "Ocaq" kitabında panislamistlərin, mürtəce türkçülərin, rus düşmənlərinin kitabı olaraq şərh edirdi. Balayan rusları qızışdırır, onları təşviq edirdi ki, SSRİ məkanında artmaqda olan türk uluslarını ümumsovet dəyirmanında üyüdüb "vahid ərinti"yə çevirsinlər...O illərdə, yəni 1970-ci illərin ortalarından etibarən gənc Oljas Süleymenovun səsi yalnız qazaxların deyil, bütün sovet türklərinin səsi kimi yüksəldi, "Az i Ya" Sovet İttifaqında yaşayan bütün türklərin 1937-ci ildə silinmiş etnik yaddaşını bərpa etdi. Həm də rus alimlərinə izah etdi ki, böyük rus mədəniyyəti müstəqil şəkildə yaranmayıb. Onun təməlində güclü bir türk qatı var. Söhbət "İqor polku haqqında dastan"dan gedirdi.
Oljas itirilmiş tarixi bərpa etdi. Rus tarixşünaslığında hakim olan imperialist təfəkkürün özülünü linqvistik başlanğıca əsaslanaraq sarsıtdı. Və bunu bütün fəaliyyəti boyu davam etdirdi. Qədim Misir Allahlarının adına (Osiris) və dilinə qədər hamısının başlanğıcını türk düşüncəsinə bağladı. Və bunu YUNESKO-nun eqidası altında etməyi bacardı.
Oljasın fəlsəfəsi İsmayıl bəy Qaspıralının fəlsəfəsinin yeni dövrdə davamıydı. İsmayıl bəy də rusların gələcəyini türklərlə qlobal siyasi təhdidlərə istinad etməyən münasibətlərin qurulmasında görürdü. Hətta Qaspıralının fikrincə, Rusiyanın taleyində yaxın gələcəkdə türklərin artımı səbəbilə böyük bir türk dövləti olmaq potensiyası gizlənib. Qaspıralının təklif etdiyi model, XIX yüzilin sonu, XX yüzilin əvvəllərində panslavistlər tərəfindən xoş qarşılanmadığı kimi, Oljasın da fikirləri 1970-1980-ci illərdə rus-sovet şovinistləri və erməni daşnakları tərəfindən xoş qarşılanmırdı. Əslində, Oljas da Qaspıralı kimi davranırdı. Qazaxıstanda deyil, Rusiyada ortaq mədəniyyətə baxışı sağlam təməllər üzərində oturuşdurmaq istəyirdi. Elə bu vəsiləylə də böyük mədəniyyətdən və mədəni keçmişdən məhrum olan erməni zümrəsi Oljasın Böyük Çöl faktından qorxur, bu mədəniyyəti yaradan türkləri "vəhşi", "barbar", "mədəniyyətsiz köçəri", "başkəsən" adlandırırdı. Zori Balayan Oljasın təklif etdiyi ortaq mədəniyyət amilini zədələmək üçün, Xəlil Rza Ulutürk demişkən, Türk kainatı ilə rus arasında ixtilaf yaratmaq, real və qeyri-real ziddiyyətləri qızışdırmaq, alovlandırmaq qəsdilə qanlı hadisələrə rəvac verəcək kitabını yazırdı. İkinci Qarabağ savaşındakı zəfərimizin timsalında tarix göstərdi ki, Oljas haqlıdır. Bu gün yaranmaqda olan Türk Dövlətlərinin Birliyi də müəyyən mənada Oljasın "Az i Ya"sına borcludur.
Oljas təkcə kitabı ilə deyil, əməlləri ilə də düşüncələrimizdə yurd saldı. 1990-cı ilin qanlı Yanvarında da yanımızda oldu, Birinci Qarabağ savaşında da. Azərbaycanda unudulmayan günlərdən biri 1992-ci ilin 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Oljas Süleymenov həmin gün Azərbaycana gəldi. Amma bu dəfə yazıçı kimi deyil, "Nüvə silahı əleyhinə Nevada-Semipalatinsk Beynəlxalq hərəkatı"nın prezidenti kimi; "Uşaqları xilas edək" proqramı çərçivəsində müharibə şəraitində olan Azərbaycanın yanında olmaq, ona qardaşlıq yardımı göstərmək üçün... Özü ilə müharibədən əziyyət çəkən Azərbaycan uşaqlarına 10 ton humanitar yardım gətirdi. O günlərdə Oljasın yaradıb rəhbərlik etdiyi hərəkat Semipalatinskdəki nüvə sınaqlarına 50 ildən sonra son qoyduğuna görə bütün dünyanın diqqət mərkəzindəydi. "Nüvə silahı əleyhinə Beynəlxalq hərəkat"ın lideri Oljas Süleymenov ilk beynəlxalq tədbirini Azərbaycandan başlamaqla, həm də Azərbaycanın problemlərini dünyanın diqqət mərkəzinə gətirirdi. Oljas bizim üçün həm də bu mənada əzizdir, əvəzolunmazdır.... Təkcə bizim üçün deyil, həm də dünya üçün. Xüsusən, Avropa üçün...
Əslən türk olan yazıçı Vsevolod İvanov ölüm yatağındaykən Oljas Süleymenovun "Günəşli gecələr" kitabını oxumuşdu. "Az i Ya"da Oljas yazırdı ki, "Qazax xatunun nəvəsi, canına, sözünə Böyük Çölün səsləri, rəngləri hopmuş yazar... sonralar nəhəng daş şəhərə köçür və ömrünün son dəmlərində bir qazax dəliqanlısının şeirləriylə Böyük Çölə qayıdır. O öz məşhur kitabxanasındakı minlərcə cild kitabdan biriciyini - bu... sarı kitabçanı seçib oxuyur. Və əbədiyyətə köçmüş çocuqluq xatirələrinin işığıyla onu irəlidə bəkləyən əbədi zülmət bir-birinə qovuşur. Dairə qapanır".
Böyük türk milləti üçün isə dairə qapanmır. Oljasın kitabı türk dünyasının sabahına doğru gedən yolu işıqlandırır...
28 may 2025
Almata-Bakı
- Bakıda aktrisanı skuter VURUB: Beyni silkələnib - VİDEO
9 iyun 2025 03:23
- Paşinyan Laçınla qonşu şəhərə gəldi...-FOTO
8 iyun 2025 22:56
- Azərbaycan millisi yarımfinala yüksəldi
8 iyun 2025 22:15
- Ceyran göbəyi, qara yumurta, kəfən dönməsi - Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
8 iyun 2025 21:28
- Ermənilər onu -xalq qəhrəmanı- elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?
8 iyun 2025 18:49
- 15 yaşlı YENİYETMƏ Prezidentliyə namizədi başından GÜLLƏ İLƏ VURDU
8 iyun 2025 14:32
- Bakıda 28 yaşlı qadın 61 yaşlı sevgilisini qətlə yetirdi
8 iyun 2025 12:09
- Ayaz Mütəllibovun hansı nazirləri AXC-yə silahlı hücum əmrini yerinə yetirməyib?
8 iyun 2025 11:57
- Bakıda SKUTER aktrisanı dəhşətli vurdu, beyni silkələndi, hazırda xəstəxanadadır...
8 iyun 2025 09:43
- Süleyman Rüstəm Xalq artistini necə aldadıb... - Bu, yəqin, pərəstişkarım olan qızların işidir..
8 iyun 2025 00:14
- Bakıda aktrisanı skuter VURUB: Beyni silkələnib - VİDEO
09 iyun 03:23
- Ermənistanda atışma oldu, xəsarət alanlar var
09 iyun 03:13
- Orban: Ukrayna NATO və Aİ-yə üzv olmaq iqtidarında deyil
09 iyun 02:55
- Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edə bilər
09 iyun 02:47
- Hansı daha sağlamdır – Sürətli, yoxsa yavaş yerimək?- Travmatoloq cavab verdi
09 iyun 02:33
- Depressiyaya qarşı .... –Bu meyvələri YEYİN
09 iyun 02:21
- Qütb ayıları niyə DONMUR ?
09 iyun 02:10
- Yerdə oksigen səviyyəsi milyon dəfə azala bilər - FƏLAKƏT senarisi
09 iyun 01:59
- Ermənistan XİN başçısı Fransaya səfər edəcək
09 iyun 01:51
- Müharibədə ölən dağıstanlıların sayı açıqlandı
09 iyun 01:14
- İspaniyada on minlərlə insan hökumətə etiraz etdi
09 iyun 01:10
- Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
09 iyun 00:59
- Forbes: Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur
09 iyun 00:45
- Pensiyaların artım faizi AÇIQLANDI
09 iyun 00:37
- Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyyə
08 iyun 23:35
- Beton da xilas etmir: Nüvə partlayışı zamanı harada gizlənmək lazımdır?
08 iyun 23:26
- Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi
08 iyun 23:11
- Paşinyan Laçınla qonşu şəhərə gəldi...-FOTO
08 iyun 22:56
- Millimizin oyununda biabırçılıq - Əlbəyaxa dava düşdü VİDEO
08 iyun 22:34
- Azərbaycan millisi yarımfinala yüksəldi
08 iyun 22:15
- Ceyran göbəyi, qara yumurta, kəfən dönməsi - Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
08 iyun 21:28
- Şəmkirdə 15 yaşlı yeniyetmə yandı
08 iyun 21:24
- Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!
08 iyun 20:35
- Leyla Şıxlinskaya illər sonra (VİDEO)
08 iyun 20:18
- Azərbaycan Suriyada 320 ailəyə QURBAN PAYI göndərib
08 iyun 19:35
- Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
08 iyun 19:09
- Ermənilər onu -xalq qəhrəmanı- elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?
08 iyun 18:49
- Dünyanın müxtəlif ölkələrində 1 dollara nələr almaq olar? - Bəs Azərbaycanda
08 iyun 18:33
- Goranboyda həkim maşınla 11 yaşlı qızı vurdu
08 iyun 18:20
- Allahşükür Paşazadənin yaxın qohumu, biznesmen Tamilla İbrahimova vəfat etdi
08 iyun 17:37