Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
“Boz kardinal”ın Kiyevdə donuz ferması və kolbasa zavodu üzə çıxdı - sensasion detallar
Bu gün dövlətə xəyanət ittihamı ilə üz-üzə qalan Ramiz Mehdiyev təkcə ölkə daxilində deyil, ölkə xaricində də şəbəkə qurub. Və bu şəbəkə zaman-zaman Azərbaycana qarşı ən ağlasığmaz planlarda yer alıb. İndi isə həmin imperiyanın xarici qolu olan Ukrayna xətti ifşa olunmaqdadır.
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun Ukraynanın separatçıların nəzarətində olan Donetsk bölgəsinə milyonlarla dollar sərmayə yatırması vaxtilə Azərbaycan diplomatiyası üçün biabırçı böhrana çevrilmişdi. Ukrayna Təhlükəsizlik Xidmətinin ifşa etdiyi bu fakt nəticəsində Kiyev rəsmi Bakıya nota göndərmişdi.
Dövlətimizin beynəlxalq nüfuzunu sarsıdan bu olayda Ramiz Mehdiyev nə etdi?
O, dövlətin maraqlarını deyil, öz biznes şərikini müdafiə etdi! Prezident Administrasiyasında keçirdiyi qapalı müşavirədə günahı Elton Məmmədovda yox, Azərbaycan səfirində və korrupsiya idarəsində axtardı. Bir neçə gün sonra həmin səfir geri çağırıldı. Çox keçmədi ki, Mehdiyevin ən sadiq kadrı, ona “ağsaqqalım, dostum, sirdaşım” deməkdən yorulmayan, “Ramiz Mehdiyevin kitabları hər kəsin masaüstü kitab olmalıdır” deyən Elmira Axundova Ukraynaya səfir təyin olundu. Aydın idi ki, bu, diplomatik təyinat yox, “səfir alveri” idi. Elmira Axundovanın nə diplomatik təcrübəsi vardı, nə xarici siyasət biliyi, nə də beynəlxalq imici. Bu məsələni qaldıranlara isə qeyri-adekvat cavablar verilirdi.

Mətbuatda yayılan məlumatlara görə, Axundova bu postu külli miqdarda rüşvət qarşılığında əldə etmişdi. Heç kim bu iddianı təkzib etmədi.
Demokrat.az-ın yazdığına görə, o zaman Mehdiyevin Ukraynaya “yola saldığı” səfirin əlinə xüsusi tapşırıqlar verilib. Kiyev vilayətinin Makarov qəsəbəsində Ramiz Mehdiyevin nəhəng donuz ferması və kolbasa zavodu fəaliyyət göstərir. Bəli, Azərbaycan xalqına “elm”, “mənəviyyat”, “əxlaq” dərsi keçən Ramiz Mehdiyev əslində “donuz biznesi” ilə məşğul imiş. İroniya ondadır ki, Qarabağda erməni separatçılarının başçılarının qurduğu biznesi Ukraynanın separatçılar tərəfindən işğal olunmuş torpaqlarında Mehdiyev təkrarlayıb! Zavodun məhsulları Ukraynadan Azərbaycan bazarına da idxal olunub. Bu müəssisəyə tez-tez baş çəkən isə onun oğlu, general Teymur Mehdiyev olub. Beləcə, Elmira Axundovanın “ağsaqqalı” “kolbasa mafiyası”nın “matriarxı”na çevrilib.

44 günlük Vətən müharibəsindən sonra Elmira Axundovanın Ukraynada sərgilədiyi mövqe xəyanətin diplomatik forması kimi açıq şəkildə görünürdü. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu canı-qanı bahasına torpaqları azad edərkən, Elmira Axundova Kiyevdə oturub dövlətin qələbəsinə kölgə salırdı. 2020-ci ilin noyabrında, Ermənistan kapitulyasiya aktına imza atandan az sonra Axundova Ukraynanın “Svoboda Slova” televerilişinə qatılaraq, Türkiyənin rolunu danıb, Rusiyaya minnətdarlıq bildirib. Bəli, Ramiz Mehdiyevin səfiri, Azərbaycan Ordusunun və Prezident İlham Əliyevin adını çəkmədən, “bizə Türkiyə kömək etmədi” deyə açıqlama vermişdi. Halbuki hər kəs qələbənin qazanılmasında İlham Əliyev, ordu və xalq birliyindən danışırdı.

Ramiz Mehdiyevin dövlətə xəyanət ittihamı ilə istintaqa cəlb olunması ilə o günlərdə baş verənlərin alt qatı daha aydın sezilir. Elmira Axundovanın səfir olaraq danışıqları Azərbaycana qarşı təkcə diplomatik rüsvayçılıq deyildi, ideoloji xəyanət idi.
Həmin çıxışda səfirin mövqeyi ilə Mehdiyevin illərlə gizlətmədiyi anti-Türkiyə, antimilli xətt üst-üstə düşürdü. Ona görə də Elmira Axundova istintaqa cəlb edilməlidir. Bu gün ortada olan məlumatlar Elmira Axundovanın da istintaqa cəlb edilməsini labüd edir. O, təkcə Mehdiyevin təyin etdiyi səfir olmayıb, onun xarici şəbəkəsinin açar fiqurlarından biri kimi fəaliyyət göstərib. Axundova Ukraynada Mehdiyevin maraqlarını qoruyub. Bu faktlar hüquq-mühafizə orqanları üçün artıq prosessual hərəkətlərin başlanması üçün kifayət qədər əsas verir. Axundovanın istintaqa cəlbi ilə Ramiz Mehdiyevin xarici əlaqələri ifşa oluna bilər.
Bütün bunların fonunda Ramiz Mehdiyevin oğlu, general Teymur Mehdiyevin hələ də nazir müavini postunda saxlanılması ciddi suallar doğurur. Atası dövlətə xəyanət, çirkli pulların yuyulması və səlahiyyətdən sui-istifadə ittihamı ilə istintaq altındadırsa, oğlu necə olur ki, dövlətin yüksək postunda fəaliyyətini davam etdirir?
Bu, təkcə etik məsələ deyil, həm də dövlət idarəçiliyinin prinsipiallığına zərbədir. Ramiz Mehdiyevin sisteminin qalıqları hələ də vəzifə kreslolarında əyləşibsə, bu, o deməkdir ki, “xəyanət şəbəkəsi” tam ləğv olunmayıb. Dövlətin maraqları naminə bu zəncirin hər halqası, istər Mehdiyev, istər Axundova, istərsə də onun ailə üzvləri tam hüquqi məsuliyyətə cəlb edilməlidir.
Ramiz Mehdiyev bu gün ev dustaqlığında olsa da, onun illərlə formalaşdırdığı gizli sistem hələ də siyasi və iqtisadi müstəvilərdə izlərini saxlayır. Dövlətin uzun illər susduğu bu xəyanət şəbəkəsinin ifşası Azərbaycan üçün təkcə bir istintaq işi deyil, həm də milli təhlükəsizliyin bərpası prosesidir.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 2025 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 2025 17:20
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 2025 16:54
- Xalq artisti vəfat etdi
19 noyabr 2025 14:14
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 2025 10:42
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
18 noyabr 2025 11:26
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 2025 11:53
- Oğlu Fəzail Ağamalını məhkəməyə verəcək
13 noyabr 2025 11:49
- Rusiyada gənc buryatlar kütləvi şəkildə qırğına göndərilir
13 noyabr 2025 00:18
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 01:09
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 17:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 17:02
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 16:54
- Gəncədə dəfn edilən 19 ispan pilot Azərbaycana niyə gəlmişdi? (VİDEO)
20 noyabr 16:24
- Prezidentdən Ağdamla bağlı paylaşım (VİDEO)
20 noyabr 15:28
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 14:25
- Xalq artisti vəfat etdi
19 noyabr 14:14
- Pensiya alanların nəzərinə: Yanvardan artım belə hesablanacaq (VİDEO)
19 noyabr 14:03
- Prezident onları təbrik etdi - Yenilənib
18 noyabr 11:22
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 10:42
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
