Naxçıvandakı Əshabi-Kəhfin yaxınlığında uran yatağı tapılıb
Reportaj21 iyul 2019 15:05
"Azərbaycanda, Naxçıvan Muxtar Respublikası ərazisində Əshabi-Kəhf ziyarətgahının ətrafında yerləşən ərazidə uran yatağı aşkarlanıb. Mahmudlu mis-uran yatağı adlanan ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınıb. Bu yataqda ilkin qiymətləndirmə işləri də aparılıb. Orada uran ehtiyatları qeydə alınıb. Bu yataqda uranla yanaşı, mis də aşkarlanıb".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev bildirib.

Cəlal Nağıyev qeyd edib ki, yatağın ərazisində radiasiyanın qiyməti ətraf fondan daha yuxarıdır: "Əshabi-Kəhf ziyarətgahının özündə ərazi üçün spesifik olan 10-15 mikrorentgen arasındadır və normaya uyğundur. Lakin yatağın aşkarlandığı ərazidə radiasiya ekspozisiyasının gücü 60 mikrorentgendən 1000 mikrorentgenə qədər dəyişir. Burada təbii radiasiya fonundan 100 dəfə artıq olan qamma şüalanmanın olduğu lokal ərazilər var. Bu radiasiya isə uran süxurlarının hesabına formalaşır. Hazırda həmin ərazidə heç bir yaşayış məntəqəsi yoxdur. O nöqteyi-nəzərdən heç bir təhlükə yoxdur. Təhlükə altında yalnız həmin ərazidə öz sürülərini otaran çobanlar ola bilər. Bu isə onların həmin ərazidə keçirdikləri müddətdən asılıdır".
Tədqiqat mərkəzinin sədr müavini vurğulayıb ki, ziyarətgahın özündə və oraya aparan yolda radiasiya fonunun miqdarı 20 mikrorentgendən yuxarı deyil: "Bu isə insan sağlamlığı üçün hər-hansı bir təhlükə vəd etmir. Orada bir gün vaxt keçirsən belə, bu radiasiya fonu insan sağlamlığına təsir etmir. Ancaq ziyarətgaha gedən yolda müəyyən yerlər var ki, uran yatağının qırılmaları oradan keçir. Yolun ətrafında 20 metr uzunluğunda bir ərazidə yüksək radiasiya müşahidə olunur. Lakin nəzərə alsaq ki, həmin 20 metri avtomobillə bir neçə saniyəyə keçirsən, piyada gedəndə isə bir neçə dəqiqə təmasda olursan. Bu müddət ərzində həmin ərazidə olmaq insan sağlamlığı üçün elə də ciddi radiasiya riski törətmir. Belə fona malik ərazilərin üzərində ev tikib yaşayarsınızsa, bu, ciddi fəsadlara səbəb ola bilər. Çox təəssüf ki, Naxçıvan Muxtar Respublikasında olan problemlərdən biri də əhəng daşı karyerləri olmadığı üçün yerli sakinlərin tikinti materialı kimi bu tipli ərazilərdən, xüsusilə Culfa rayonunun Qahab kəndində olan dağ süxurlarından istifadə etməsidir. Elə olur ki, belə dağ süxurlarından bəziləri yüksək radiasiya saxlayır. Bu cür süxurlardan tikilən evlərdə yaşamaq isə olduqca təhlükəlidir".
Cəlal Nağıyev eyni zamanda vurğulayıb ki, Azərbaycanda uranın olduğu digər ərazilər var. Məsələn, Naxçıvanın digər bölgələrində (Əlincə qalası, Darıdağ, Sirab adlı ərazilərdə), Quba, Xızı Şamaxı rayonu ərazisində uran var: "Ancaq bu ərazilərdə aşkarlanan uranın miqdarı həmin ərazilərin uran yataqları statusunun almasına imkan vermir. Lakin bu ərazilərdə əlavə elmi-tədqiqat işləri də aparılmalıdır. Ola bilsin ki, bu işlər aparıldıqdan sonra Azərbaycanda uran yataqlarının sayı artsın".
Oxşar xəbərlər
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Qaxdakı dünya əhəmiyyətli abidə MƏHV OLMAQ ÜZRƏDİR (VİDEO)
11 yanvar 2026 21:18
- Venesuelanın Müdafiə naziri evində öldürüldü
3 yanvar 2026 14:14
- Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
2 yanvar 2026 12:10
- 25-ci mərtəbədən YIXILDI - Möcüzə nəticəsində SAĞ QALDI
31 dekabr 2025 11:02
- Sabiq daxili işlər nazirinin oğlu VƏFAT ETDİ
27 dekabr 2025 20:55
- Bizi hər şeyin yaxşı olacağına onlar inandırdılar...
25 dekabr 2025 21:34
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- İsa Həbibbəylinin baldızının oğlu ilə bağlı şok məlumat - FOTO
10 dekabr 2025 00:36
Xəbər lenti
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
Video & Fotoqalereya
Video
Fotoqalereya
