Azərbaycanlı vorzakon : “Atam akademik, anam da elmlər namizədidir”
Belarusda Minsk rayon məhkəməsinin qərarı ilə 10 il müddətində azadlıqdan məhrum edilən azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov məhkəmədə son sözünü deyib.
"Qafqazinfo" xəbər verir ki, kriminal avtoritet sön sözündə həyatı ilə bağlı danışıb, ona qarşı irəli sürülən ittihamları rədd edib:
"Ətraflı danışacam. Silaha gəlincə, mənim şəxsim mühafizəm var. Onların da qanuni silah saxlamaqla bağlı sənədləri mövcuddur. Özümə normal silahı olan mühafizəçi tuta bilirəmsə, qanunsuz silaha nə ehtiyacım var? Mən həmin silahların fotolarını gördüm. Yanımda kimsə bunları gəzdirsə, utanaram. Bizi saxlayanda məndən silah barədə heç nə soruşmadılar. Sadəcə, dedilər ki, bizimlə gəl. Ertəsi gün məndən silah barədə soruşdular. Nəsə bilib-bilmədiyimi sorğuladılar. Mən isə "yox" dedim.
Mən Abxaziyaya gedirdim. Məni orada yaralamışdılar. Üzərimdə hətta dırnaqtutan belə yox idi. Bunu üzərimdə daşımağa icazəm yoxdur.
Pasporta gəldikdə, 2012-ci ildən bu sənəddən istifadə edirəm. Bəli, mənim öz pasportum var. Lakin mən onun harada olduğunu da bilmirəm. Evlərimdən birindədir. Mən Gürcüstanda, Yunanıstanda, çox yerdə olmuşam. Hər yerdə də bu pasportdan istifadə etmişəm. Heç bir yerdə qanun pozuntum olmayıb. Hətta Belarusda belə... Buraya pul xərcləməyə gəlmişəm. Qoy, heç olmasa bir nəfər desin ki, mən burada kimisə incitmişəm...
Uşaqlarıma gəldikdə isə, 4-ü var. Eyni zamanda iki arvadım var, heç biri ilə rəsmi nikahda deyiləm. Mənim inancıma görə, iki həyat yoldaşımın olmasına icazəm var. Arvadlarım heç bir yerdə bir saat belə işləməyiblər.
Uşaqlarım yaxşı məktəbdə oxuyur, onları hər şeylə təmin edirəm. Xəstə anam var, elmlər namizədidir. 66 yaşı var. Onu da hər şeylə mən təmin edirəm. Mən küçədən gəlməmişəm. Tez-tez "oğru, oğru" deyə təkrarlayırsız... Çox adam çox şey deyə bilər. Bunda bizim nə günahımız var? Mən akademikin oğluyam. Nüfuzlu şəxsdir, hansı ki, onu Belarus da yaxşı tanıyırlar. O, ölüb... Mən nə etmişəm? Kimi incitmişəm? Kimi təhqir etmişəm? Kiminsə cibinə girmişəm? Bu pasportla gəlmişəm, hesab edirdim ki, o mənimdir. Hər yerə onunla uçurdum. Bilmirdim ki, bura gəlmək olmaz. Mənim işim var. Mənim vasitəmlə 30-dan çox ailə dolanır, maaş alır. İşim dayanıb, xəstə anam, 4 uşağım, özüm də asma xəstəsiyəm. 8 aydır "içəridə"yəm. Və indi gəlib deyirsiz ki, bu azdır, daha 10 il həbsdə qalmalısan. Mən nə etmişəm?
Ali məhkəmə, işə ədalətlə yanaşmağınızı xahiş edirəm. Sizdən kişinin kişidən, atanın atadan xahiş etdiyi kimi xahiş edirəm. Mən heç kimi aldatmamışam. Uşaq evlərinə gedirəm, kimsəsizlərə dəstək oluram ki, onlar böyüyüb narkoman olmasınlar. Artıq 3 ildir ki, onları mənim pulumla idmanla məşğul olmağa aparırlar, yedizdirirlər, idman paltarları alırlar. Əgər nədəsə günahkaramsa, düzəldərəm. 8 ay mənim üçün kifayətdir. Mən kimisə vurub öldürəcək biri deyiləm. Mən ziyalı ailəsindənəm. Mən bu qədər uzun müddətli cəza gözləmirdim. Budur mənim son sözüm. Allah görür ki, heç nəyi danışığımda artırıb azaltmıram".
Qeyd edək ki, Rəşad İsmayılov saxta sənəddən istifadədə, sərhəddən qanunsuz olaraq silah-sursat keçirməkdə, eləcə də qanunsuz narkotik saxlamaqda ittiham olunub. O, “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova ən yaxın olan şəxslərdəndir.
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
