- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Bu gün Azərbaycan əlifbası və dili günüdür
Günün sitatı1 avqust 2019 11:20
Bu gün - 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.
Qaynarinfo xatırladır ki, 2001-ci ilin həmin günündən etibarən ölkədə kiril qrafikasından latın qrafikalı Azərbaycan əlifbasına keçilib. Bu tarix ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanına əsasən qeyd edilir.
Azərbaycan dili xalqımızın milli varlığını müəyyən edən, azərbaycançılıq məfkurəsinin əsasında duran mühüm amillərdəndir. Harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımızın mədəni inkişaf və ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmiş, zaman-zaman ən müxtəlif təqib və təzyiqlərə məruz qalsa da, yenə öz varlığını qoruyub saxlayıb.
Hər bir dili ilk növbədə onun daşıyıcısı olan xalq yaşadır. Dilin dövlət dili statusu alması isə təkcə xalqdan, millətdən, yaradıcı ziyalılardan asılı məsələ deyil. Tarix dönə-dönə sübut edib ki, dilin inkişafı milli müstəqillik ideyalarına sadiq olan, böyük siyasi iradəsi və qətiyyəti ilə öz xalqının tarixinə islahatçı və müdrik dövlət xadimi kimi daxil olan liderlərin adı ilə sıx bağlıdır. Bu mənada Azərbaycan dilinin hərtərəfli inkişafı, onun yalnız kağız üzərində deyil, sözün həqiqi mənasında gündəlik həyatda, praktikada rəsmi dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, nüfuz qazanaraq dünyanın mötəbər kürsülərindən eşidilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
XVI əsrdə Azərbaycan Səfəvilər hakimiyyəti dövründə, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, real tarixi şərait üzündən uzunömürlü ola bilmədi. Sonralar sovet hakimiyyəti dövründə, konkret olaraq 1956-cı ildə Azərbaycan Ali Sovetinin qərarı ilə 1937-ci ildə qəbul olunmuş Konstitusiyaya Azərbaycan dilini dövlət dili kimi elan edən maddə daxil olundu. Amma bu dəfə də bu nəcib iş siyasi müdrikliklə həyata keçirilməməsi səbəbindən müvəffəqiyyətsizliyə uğradı. Yalnız ulu öndər Heydər Əliyevin böyük qətiyyəti, cəsarəti və prinsipiallığı sayəsində o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazılıq və etirazına baxmayaraq, 1978-ci ildə qəbul olunan Azərbaycan sovet Konstitusiyasına Azərbaycan dilinin Dövlət dili olduğunu təsbit edən maddə daxil edildi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dilimizin daha geniş işlənməsi və nüfuzunun artması üçün real üfüqlər açıldı. Lakin çox təəssüf ki, AXC hakimiyyəti dövründə o vaxtkı respublika rəhbərliyinin səriştəsizliyi, xalqın iradəsinə zidd olan populist fəaliyyəti nəticəsində dilimizin adı dəyişdirildi. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıtması bu tarixi ədalətsizliyə də son qoydu. Müstəqil Azərbaycan respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusiyasında xalq referendum yolu ilə öz mövqeyini nümayiş etdirərək Azərbaycanda dövlət dilinin Azərbaycan dili adlandırılması müddəasına tərəfdar olduğunu bildirdi.
Sonralar dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir. Heç də təsadüfi deyil ki, Heydər Əliyevin dövlətçilik ənənələrinə və siyasi kursuna sədaqətini nümayiş etdirən Prezident İlham Əliyevin dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən biri də Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı Sərəncam olmuşdur.
Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında", "Azərbaycan Milli ensiklopediyasının hazırlanması haqqında" və digər Sərəncamları ölkə başçımızın dilimizə, mədəniyyətimizə, zəngin mənəvi dəyərlərimizə bəslədiyi böyük hörmət və ehtiramın bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyev tövsiyə edirdi: "Müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir".
Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.
Prezident İlham Əliyevin "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkədə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Oxşar xəbərlər
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
1 may 2026 23:43
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
1 may 2026 21:31
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
1 may 2026 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
1 may 2026 16:45
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
1 may 2026 13:19
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 2026 23:26
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 2026 21:42
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
Xəbər lenti
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
