Vəsf zamanı deyil, Şəfəq xanım...
İcra başçısı və müavinləri şəhid ailəsinin hüzr məslisində niyə iştirak etmədi ?
Prezident İlham Əliyev və Birinci vitse prezident xanım Mehriban Əliyeva bütün səfərlərində şəhid ailələrinə mütləq baş çəkir, onların problemləri ilə maraqlanır və məsələ ilə bağlı yerli hakimiyyət orqanlarına ciddi tapşırıqlar verirlər. Təəssüf ki, bəzi yerli "padşahlar" hələ də fil qulağında yatır və ölkə başçısının "biz xalqın xidmətçisiyik" fikrini qulağardına vururlar. Belə məsuliyyətsiz və ölkə başçısının etimadını doğrultmayan şəxslərdən biri də Neftçala Rayon İcra hakimiyyətinin rəhbərliyidir. Neftçala rayonundan NUH.az-a daxil olan məlumat görə, bir neçə gün əvvəl rayonun Qarabağ uğrunda müharibədə həlak olan ilk şəhidi Elton Həbibovun atası Mürvət Həbibov dünyasını dəyişib. Təkcə şəhid atası kimi deyil, həm də rayon ağsaqqalı olan Mürvət Həbibovun dəfnində rayonun əksər sakinləri iştirak edib. Düzdür, ailə maddi cəhətdən imkansız olduğu üçün yas mərasimində xeyli problemlər ortaya çıxıb. Ən pisi odur ki, hüzr məclisində nəinki icra başçısı İsmayıl Vəliyev, yaxud onun müavinləri, hətta icra hakimiyyətinin adi nümayəndəsi iştirak etməyib. Bu isə Neftaçaladan olan Qarabağ veteranlarını çox narazı salıb. Son bir neçə ayda Birinci vitse prezident Mehriban xanım Əliyevanın keçmiş prezidentlər - Əbülfəz Elçibəy və Ayaz Mütəllibovun xanımlarının dəfni ilə bağlı göstərdiyi humanist münasibətin cüzi bir hissəsini İsmayıl Vəliyev şəhid ailəsinə göstərə bilməzdi? Bəs görəsən Neftçala şəhərindəki şəhid Elton Həbibovun adını daşıyan 4 saylı orta məktəbin direktoru Şəfəq Balaşova niyə şəhid ailəsinə qarşı bu qədər etinasız davranıb? Məclisdə iştirak edib "Başınız sağ olsun" demək üçün direktor xanımın vaxtı olmayıb ? Bəs tez-tez vaxt tapıb icra başçısı İsmayıl müəllimin kabinetində diskusiya açan Şəfəq xanım nə əcəb şəhid atasının dəfnində iştirak etməyə 5-10 dəqiqə vaxt tapmayıb. Yeri gəlmişkən, Şəfəq xanım hər dəfə mətbuatda özü ilə bağlı gedən yazıdan sonra özü haqqında xeyli pafoslu yazılar sifariş edir. Bu məqamda yada böyük Nəsiminin " Vəsf zamanı deyil..." (Şəfəq xanım ) misrası düşür. Bəli, Şəfəq xanım tez-tez icra başçısı İsmayıl Vəliyevi ziyarət edir və hər dəfə də soruşur ki, bəs dediyin noodu...axı söz vermisən qoyacam...Görəsən, icra başçısı İsmayıl Vəliyev xanım məktəb direktoruna nə söz verib?
Bu barədə növbəti yazıda.
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Qarabağ qazisi vəfat etdi
9 fevral 2026 10:47
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
