Ata və oğul milyonları necə ələ keçirib? (Şok fırıldaq)
Maraqlı9 avqust 2019 19:28
"Günaybank”ın keçmiş əməkdaşı Xalidə Məmmədova həmin bankın keçmiş sədr müavini Emin Zeynalovun qurduğu maliyyə fırıldağının toruna düşdüyünü deyir.
Məlum olur ki, Zeynalov nəinki bankın pullarını talayıb, üstəlik "təmənnasız kömək” adı ilə bir çoxlarını da aldadıb pullarını ələ keçirib.
X.Məmmədova deyir ki, 2017-ci ildə o anasının mənzilini sataraq ailəsi üçün daha geniş və rahat mənzil almaq istəyirdi. Emin Zeynalov bu haqda eşidəndə dərhal öz xidmətlərini təklif edir, deyir ki, atası Zakir Zeynalov tikinti biznesi ilə məşğuldur.
"Emin hamıda səmimi və açıqürəkli adam təsiri bağışlayırdı və mən ona inanaraq biznesmen atası üçün 143700 dollar verdim. Bu vaxt mənim "xeyirxahım” hər cür vədlər verirdi ki, nəinki atası, üstəlik bacısının əri Vüqar da tikinti biznesi ilə məşğuldur. Və mənə, onun yaxın adamının işçisinə ən yaxşı rayonda ən yaxşı mənzil təşkil edəcək. Dedi ki, heç bir ay da keçməyəcək, siz təzə mənzilə köçəcəksiniz”,-X.Məmmədova bildirir.
Emin sadəlövh qadında yarana biləcək şübhələrə son qoymaq üçün ona deyir ki, əgər iş ləngisə hər ehtimala qarşı onun əlində Mətbuat prospekti, 35 ünvanında boş mənzil var və istəsə həmin mənzilə "elə bu gün” köçə bilər. Doğrudur, Emin həmin mənzilin "bir qədər baha olduğunu” da deyib. Bir neçə həftə gözləyəndən sonra Məmmədova işin nə yerdə olduğunu soruşur, amma Emin ona "bir az da gözləmək lazım gəldiyini” deyir.
Məmmədova doğrudan da çox gözləməli olmur-tezliklə E.Zeynalovun fırıldaqlarının üstü açılır və o, tələsik ölkədən qaçır. Pullarını ona etibar edən qadın və aldadılan digər şəxslər kimi bu haqda ancaq mətbuatdan xəbər tutur.
"Onun qaçdığını eşidəndə nə edəcəyimi bilmədim. Qərara aldım ki, atasına zəng vurum görüşüb, ondan pullarımı tələb edim. Lakin Zakir Zeynalov əvvəlcə zəngələrimə ümumiyyətlə cavab vermədi, dəstəyi götürəndə isə məni söydü və bildirdi ki, nə oğlu, nə özü mənə heç bir pul borclu deyillər. Sonradan ərimlə mən Eminin qardaşı Fazillə və tanışı Fuadla görüşə bildik. Onlar az qala diz çöküb yalvardılar ki, Emin barədə heç bir şikayət verməyək və tezliklə pulları qaytaracaqlarını dedilər. Mən yenə inandım, amma sonradan aldadıldığımı anladım. Çünki pulu qaytarmadılar”,-qadın deyir.
Nəhayət aldadılan qadın polisə şikayət etməklə hədələyir. Lakin bu zaman Eminin anası Leyla Zeynalovaona zəng vurur və bir az da gözləməyi xahiş edir. Həmin vaxt isə artıq Məmmədovanın ailəsində dələduzlara yem edilən pullara görə qalmaqallar başlamışdı. X.Məmmədovanın əri hər şeyin günahını onda görərək ailəni tərk etmişdi. Lakin Xalidə hələ də Eminin anasına ümid edirdi.
"Biz onunla "Qırmızı Şərq-2” qəsəbəsindəki evində görüşdük. Dedim ki, oğlunun başıma açdığı oyuna görə ailəm dağılıb, anam, 1-ci qrup əlil isə evsiz-eşiksiz qalıb. Və Leyla yenə də mənə yalvarıb bir az gözləməyi xahiş etdi, amma tezliklə o da zənglərimə cavab vermədi.
Yenidən Zakirə zəng vurmağı qərara aldım, amma bu dəfə də söyüşlər eşitdim. Nəticədə bu ailə haqda KİV-lərə şikayət etməkdən başqa yolum qalmadı. Emin Zeynalovun açıq-aşkar dələduzluqları və ailəsinin mənim problemimlə maraqlanmaqdan imtina etməsi nəticəsində hər şeyimi itirdim-evimi də, ailəmi də. Çox ümid edirəm ki, bizim hüquq-mühafizə orqanları bu işi ədalətli araşdıracaq. E.Zeynalov fırıldaqlarına və maxinasiyalarına görə cəzalandırlacaq , nəhayət mənə vurduğu maddi ziyanı ödəyəcək”,-dərdli qadın danışır.
Məlum olur ki, Emin Zeynalov bankda işləyəndə maliyyə piramidası qurub və onlarla adamı aldadıb. Atanın və oğulun əməlləri sayəsində zərərçəkənlərə dəyən ziyan on milyonlarla dollardır. Bu fırıldaqda əsas fiqur isə çoxlarının hesab etdiyi kimi məhz həmin Zakir Zeynalovdur. Bu adam uzun illər ölkənin iri banklarından birinə rəhbərlik edib. İndi isə o pulun köməyi və şantajla oğlunu həbsxanadan çıxarmağa çalışır.
Məlumatlara görə Emin Zeynalov ələ keçirdiyi pullar hesabına özünə Kürdəxanıda yaxşı şərait qurub, kamerasında telefon, internet var. Yaxınlarını əmin edir ki, tezliklə azadlığa çıxacaq.
E.Zeynalov həm də "Xəzər” futbol klubunun bossu olub. Onun adı rəsmən heç yerdə keçmir, amma klubun işi ilə tanış olan adamlar deyir ki, o təkcə bir mövsümdə transferlərə və oyunçulara 1 milyon manatdan çox pul xərcləyib. Bu da Birinci liqanın ölçülərinə görə yaxşı puldur.
Çoxları Emini dindar adam kimi də tanıyıb. Qurbanların çoxu da məhz dindarlığına görə onun dediklərinə inanıb, iri məbləğdə pullarını veriblər.
E.Zeynalovun fırıldaqlarının bütün qurbanları ədalətli məhkəmə gözləyir. Lakin onun atası hələ də öz işindədir-natəmiz yollarla əldə etdiyi pulları yaşayış binalarının və digər binaların tikintisinə yatırır. Hazırda o, Mətbuat prospektində və Ağ şəhərdə bir neçə bina tikir. Deyilənə görə Zakir Zeynalov payçılara artıq bir neçə yüz min manat borclu qalıb. Ən təəcüblüsü isə budur ki, adam həm də UNEC-də müəllimdir. Görünür bu adam tələbələrinə vaxtilə oğluna öyrətdiyi kimi insanları necə tora salmaq yollarını öyrədir...
Virtualaz.org
Oxşar xəbərlər
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
4 fevral 2026 12:08
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
1 fevral 2026 13:26
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
