4 prokuror və hakim Ramil üçün 100 dollar verməyibmiş...
Tanınmış vəkil Adil İsmayılov Ramil Səfərovun Macarıstanda ömürlük həbs cəzası alan zaman onun işinə qoşulmağının tarixçəsindən yazıb.
"Qafqazinfo" xəbər verir ki, bu barədə şəxsi feysbuk hesabında paylaşım edən İsmayılov maraqlı məqamları açıqlayıb:
"Müstəntiqin otağında səbirsizliklə Ramil Səfərovun gəlməsini gözlədim, bir neçə dəqiqədən sonra onu gətirdilər. Beləcə tanış olduq. Hiss olunurdu ki, günlərdi yatmayıb və çox yorğundur. Bununla belə qürurunu pozmadı, özünü təmkinli aparırdı, həyəcanını gizlətməyə çalışırdı. Müstəntiq vəkili ona təqdim etdi. Məlum oldu ki, buna qədər onun hüquqlarını dövlət hesabına təyin edilmiş vəkil müdafiə edib. Ramilin sözlərindən başa düşdüm ki, hadisədən bir və ya iki gün sonra onun yanına Azərbaycanın Avstriyadakı səfirliyinin iki əməkdaşı gəlib, vəziyyəti ilə maraqlanıblar. O vaxt Macarıstanda Azərbaycan səfirliyi yox idi. Ramilə valideynlərinin salamını çatdırdım, evdə hər şeyin qaydasında olduğunu dedim. Hadisə barədə mənə qısaca bilgi verdikdən sonra izah etdim ki, bundan sonra hüquqlarını mənimlə gələn vəkil Zalay müdafiə edəcək, bütün məsələləri onunla müzakirə etsin, onun iştirakı olmadan heç bir ifadə verməsin. Səfərov onun müdafiəçisi kimi Zalayın iştirak etməsinə yazılı razılıq verdi. Müstəntiq Zalaya işin materiallarını təqdim etdi. Bizsə Ramillə bir qədər ordan-burdan söhbət etdik. Söz verdim ki, yaxın vaxtlarda imkan olan kimi Budapeştə qayıdacam. Ramillə sağollaşdıqdan sonra geriyə Zalayın ofisinə qayıtdıq. Zalayla işin detallarını Ramilin ifadəsini müzakirə etdik. Məlum oldu ki,Macarıstanın qanunvericiliyi cinayət işinin materialları ilə bu mərhələdə də tanış olmaq, hətta surətlərini almaq imkanı verir. Zalay söz verdi ki, ertəsi gün Səfərovun ifadəsinin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin və digər sənədlərin surətlərini alacaq və mənə də verəcək ( Bu mənim növbəti təəccübümə səbəb oldu, çünki bizdə belə şey olmur və qanunlar fərqlidir. Maraqlısı o idi ki, müstəntiqin sənədlərin surətini verməsi üçün vəkil rəsmi qaydada sənədin hər səhifəsi üçün pul ödəməli idi). Zalayla qonorarın məbləğini də dəqiqləşdirdik, vəkil demişdi ki, qonorar məsələsini Ramil onun iştirakına razılıq verdikdən sonra danışaq. Razılığa gəldik ki, ona istintaqda iştirakı üçün 5.000 dollar ödəniləcək".
.jpg)
Adil İsmayılov bildirib ki, pulun 2500-nü özü qoyub, 4 prokuror və 1 hakimin hərəsindən 100 dollar istəyib. Ancaq onlar bu pulu verməkdən imtina ediblər:
"Mən pulun bir hissəsini 3000 dollarını sabah sənədləri almağa gələndə verəcəyimi, qalanını isə Bakıya qayıdandan sonra bank vasitəsi ilə göndərəcəyimi dedim. Biz ayrıldıq və yeni tanışımla Akademiyaya qayıtdım. Burda təlimə gələn yoldaşlar məni gözləyirdi. Ramillə görüşdüyüm və ona vəkil tuta bildiyim üçün sevincli idim. Sevincimi həmyerlilərimlə bölüşdüm. Vəkillə danışığımı, Ramillə görüşümüzün təfərrüatını onlara çatdırdım. Budapeştə gələndə özümlə hər ehtimala qarşı 3000 dollar pul götürmüşdüm. Yoldaşlarıma dedim ki, vəkilə sabah bu məbləğdə pul verməliyəm. Təklif etdim ki, pulun 2500-nü mən qoyum, 4 prokuror və 1 hakim hərəsi 100 dollar olmaqla qalan 500-nü versinlər. Mən Vaqif Səmədovun imkanlarını bildiyimdən ondan pul almaq istəmirdim, 500 dolları isə özümə ehtiyat üçün saxlayacaqdım. Yoldaşlardan heç biri pul verməyə razı olmadılar, arqument də bu oldu ki, biz nə üçün pul verməliyik, dövlət bu işi özü həll etməlidi. Səmimi deyim ki, onların hərəkəti mənim üçün gözlənilməz idi. Adamlar indi də vəzifə sahibləridi. İllərdir bu barədə danışmamışam, indi də ürək ağrısı ilə yazıram. Pul vermədikləri bir yana mənə məsləhət də verməyə başladılar. Deyirdilər ki, vəkil səni tanımır, sən də onu, sənə Ramil Səfərovla görüşmək lazım idi Allaha şükür onu da baçardın. İki gündən sonra geri qayıdırıq, vəkil səni hardan tapacaq. Azərbaycana qayıdandan sonra vəziyyəti deyərsən, sonra dövlət bu işlə məşğul olar. Dedim ki, hadisədən sonra Macarıstanda onsuz da barəmizdə pis fikir formalaşıb, indi vəkilə də atsaq bizə nə deyərlər, deməzlərmi ki, azərbaycanlılar dələduzdurlar. Qərara aldım ki, sabah öz pulumun hamısını vəkilə verəcəm. Bu vaxt rəhmətlik Vaqif Səmədov mənə yaxınlaşdı və dedi ki, narahat olma mənim 300 dollarım var, onun yarısını götür. Səhər vəkilin ofisinə gedib ona vəd etdiyim pulu verdim( sonradan Müdafiə Nazirliyi bu pulu mənə qaytardı), sənədlərin surətlərini götürdüm, bazar günü martın 7-də biz Bakiya qayıtdıq. Budapeştdə olduğumuz vaxt Azərbaycan telekanallarından mənə zənglər oldu , mən Ramillə görüşdüyümüz və ona vəkil tutduğum haqda məlumat verdim. Şənbə günü mənə baş prokurorun birinci müavini zəng etdi və qayıdanda baş prokurorun mənimlə görüşmək istədiyini dedi..."
Adil İsmayılov yazının davamı olacağını qeyd edib.
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Rəsmilər Xocalı soyqırımı abidəsini ziyarət etdi - Fotolar
26 fevral 2026 11:15
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Kim Çen In yenidən seçildi
23 fevral 2026 10:09
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
