- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
“Rasim Balayevin filmdə Nəsimidən oxuduğu şeir biabırçılıqdır”
Kulis.az filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyla İmadəddin Nəsimi ilə bağlı müsahibəni təqdim edir.
- Firudin müəllim, Nəsiminin yaradıcılığı, hürufilik sovet dövründə nə dərəcədə araşdırlıb?
- Ümumiyyətlə, nəinki sovet dövründə hətta indinin özündə də bu problem həllini tapmayıb. İlk baxışdan adama qəribə gəlir ki, hürufilərin hərflərə etiqadı ağıla, məntiqə yozula biləcək əsasda deyil. Yəni, bunların başları xarabdı, hərflərə bu qədər önəm verirlər. Amma məsələnin dərinliyinə enəndə bilirsən ki, elə deyil. Allah-təala Qurani-kərimdə bir sıra mətləbləri bizim üçün açır və lövhi-məhfuzda yazdım deyir. Yəqin ki, hərflərlə yazıb da. Bu bir. İkinci, Qurani-kərim Allahın sözüdür. Allahın sözü Qurani-kərimin ruhudur. Lakin biz Quran kitabını götürüb açırıq, nə görürük orda, hərfləri görürük.
- Ərəb hərflərini...
- Bəli. Allahın sözünün ruhu bu hərflərin içində gizlənib. Biz də bir fərd olaraq hər birimiz həm bədən, həm də ruhdan ibarətik. Bizi də Allah yaradıb, Qurani-kərimi də. Bizim fiziki bədənimiz ətdi, sümükdü, tükdü, qandı, daxili orqanlarımızdı. Qurani-kərimin bədəni hərflərdi. Ruhu isə Allahdandı. Bizim də ruhumuz Allahdandı. Çünki Allah bizi fərd olaraq Adəm Əleyhissalamın obrazında yaratdı. Özü də palçıqdan. Öz nəfəsi ilə üfürdü. Üfürülən nəfəs ruhdu. Bədən palçıqdı. Ona görə bizi torpağa, palçığa dəfn edirlər. Ruhumuz isə Allahın hüzuruna qalxır. Bu mənada sovet dövründə əlbəttə ki, ruh məsələlərinə ciddi baxmırdılar. Hətta deyirdilər ki, insanın ruhu yoxdur.
- Ateizm təbliğ olunurdu...
- Elədir. O mənada o dövr üçün ruhlar, din maraqlı deyildi. İndinin özündə də yaxşı öyrənilmir. Sovet dövründə ideologiya əsas ölçü vahidi idi. İdeoloji aspektdən çıxış edə bilərdin. Düşüncələrin Sovet ideologiyası ilə düz gəlmirdisə qəbul etmirdilər.
- Bəs Nizamini, Nəsimini, Füzulini niyə qəbul edirdilər?
- Çox sadə bir şey deyim. Onların yaradıcılıqlarında ateizm məqamları tapırdılar. Əslində ateizm məqamları yoxdur. Sadəcə olaraq, hərfi mənada elə başa düşürdülər. Məsələn, içkini, meyi, şərabı natural mənada başa düşürdülər ki, yəni bütün klassiklər vurublar. Halbuki, dillərinə qətiyyən dəyməyib. Nə Nizaminin, nə Füzulinin. Nizami and içib ki, Allaha and olsun, yaşım 60-a çatır, şərab içməmişəm. O mənada sovet öz ideologiyasını möhkəm tuturdu. Nəsimini də ona görə sevirdilər ki, Nəsimidə bolşevik obrazı tapmışdılar. Hətta filmdə də görürsünüz, Nəsimi özünə oxşamır, geyimindən, danışığından tutmuş... Belə baxanda filmin heç bir mənası yoxdur. Çünki ssenarist də, rejissor da bu mövzunu bilmirdi. Mövzudan uzaq olan adamlar nə yazıb, nə çəkə bilərlər ki?! Həsən Seyidbəyli də bilmirdi Nəsimi yaradıcılığını. Aktyor ansamblı, hətta məsləhətçilər də bilmirdi. Çox qəribədir ki, ədəbiyyatşünaslar da vardı. Nəsimi yaxşı təqdim olunmamışdı. Rasim Balayev şeirləri heç düz oxumayıb. Əruzun da ritmində qüsurlar çoxdur. Edam səhnəsində oxuduğu şeir biabırçılıqdır. Birincisi, edam səhnəsində, “məndə sığar iki cahan”ın yeridir? İkincisi, ritmini düz oxumayıb. Özlərindən hoqqa çıxardırlar.
- İsa Hüseynovun “Məhşər” əsərində şairin yaradıcılığı nə dərəcədə əhatə olunur?
- Həddindən artıq zəif əsərdir. Orda Nəsimi obrazı yoxdur. Çünki İsa Hüseynov Nəsimi şeirini anlayacaq səviyyədə deyildi. Allah rəhmət eləsin İsa Hüseynova. Mənim onun şəxsiyyətinə də, ilkin yaradıcılığına da hörmətim var. Amma son yazdıqları, xüsusən “İdeal” romanı həddindən artıq qarışıq bir əsərdir. İsa Hüseynov dini bilmirdi. Birmənalı olaraq bilmirdi.

- Maraqlıdır...
- Qətiyyən, xəbəri yox idi o mövzudan. Bu ruhani mövzunu Nəsimini bilən adamlar yazmalıydılar.
- Kimlər yaza bilərdi?
- O vaxtı bilən adamlar yaza bilmirdilər və yaxud da onlara sifariş verilməmişdi. Əstəğfürullah, özümü nəzərdə tutmuram. Etibar Erkin yaza bilərdi. Amma Etibar yazıçı kimi tanınmırdı. Bəlkə ona sifariş etsəydilər, daha yaxşı yazardı.
- Nəsiminin anadan olduğu yer haqqında mübahisəli fikirlər var. Sizcə, haradır?
- Nəsimi birmənalı olaraq Şamaxıda doğulub. Çünki onun yaradıcılığı, poeziyası Şirvan ləhcəsindədir. Hətta onun farsca yazdığı şeirlərin içində də Şirvan ləhcəsində sözlər var. Məsələn, “kukku” sözü. “Kukku” sözü bayquş mənasını verir. Yəni deyir ki, bir az insanlara yovuş, yoxsa “kukku” kimi tək qalarsan. Şirvanda indi də bu söz işlədilir. Belə ifadələr indi də işlənir. Bu söz fars sözü deyil, Şirvana məxsus sözdür. Mən onu farsca “Divan”ından götürmüşəm və çap olunub.
- Məzar yeri də dəqiq deyil deyəsən... Kimi deyir Şamaxıdadı, kimi deyir Hələbdə...
- Üç yerdə məzarı var.
- Dəqiq, hardadır, bilinmir?
- Bilirsiniz, bu barədə mənim tədqiqatım var. İrfan adamları öz ruhlarını işləyə bilirdilər. Bir insan bir yerdə anadan olar, bir neçə yerdə anadan olmaz ki. Amma bir insanın bir neçə yerdə dəfn olunması faktı var. Maraqlansanız, sakral mənasını izah edərəm. Kiminsə dünyaya gəlməsi ancaq bir məkanda ola bilir. Bəs nəyə görə müxtəlif yerlərdə yazırlar? Hürufilik o dövrdə mövcud olan üsuli-idarəyə tam mənası ilə düşmən idi. Yəni irfan əhli deyirdi ki, bizi divlər, bizi şeytanlar idarə edir, biz bunların pəncəsindən qurtulmalıyıq, bu qəfəsdən çıxmalıyıq. Bu nə deməkdi? İstədiyi vaxt ruhunu istədiyi məntəqəyə göndərə bilir. Hətta insan öləndə, əgər iki gün ki, yerdə olur, o müddət ərzində bu, başqa insanın bədəninə girib, yenə də öz funksiyasını göstərə bilir. Gəlir həmin cəmiyyətə. düzdür, simaca dəyişik olur, amma adlarını deyir: sənin adın filankəsdi, problemin budu. 52 gün müddətində neçə adamın bədəninə girəcəksə, məsələn, üç gün, beş gün, bir adamın bədənində qalır. Sonra da vəfat edir. Onu da hörmətlə dəfn edirlər. Həmin adamın adı ilə.
Nəsiminin Şirazda, Türkiyədə, Hələbdə qəbirləri var.

- Şamaxıda qəbri yoxdur?
- Şamaxıda qardaşının qəbri var. Şah Xəndan adında qəbiristanlıq var. Şamaxının elə girəcəyindədir. Seyid Əzimin dəfn olunduğu yerdir.
- Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirlər də var...
- Bəli var. Bir sıra başqa təxəllüsləri də olub. Seyid təxəllüsü ilə də yazıb. Onun bilavasitə olaraq şiə təəssübü çəkən bir insan olduğunu göstərir. İmam Hüseyn aşiqi idi. Şiə idi, ona görə də məzarını sökdülər, dağıtdılar.
- Şair haqda çoxlu rəvayətlər dolaşır.
- Əhvalatlar xalqın böyük şairə məhəbbətindən idi, əlbəttə. Sizcə çox adamın dərisini soyublar?
- Xeyr.
- Vəssalam da. Taleyi sizin suala cavab verir. Həm də Mənaqübil Aşiqin kitabında yazır ki, Nəsimini Hələbin dörd qapısından çıxan şəkildə görüblər. And içirlər ki, Nəsiminin dərisi sağ əlində qapıdan çıxıb getdi. Öz ruhu ilə işləyə bilirdi. Nəsimi ruhlarla danışmağı bacarırdı.
- Hələbdə həbs olunub.
- Bəli. Hələbdə həbs edirlər, altı ay dustaqxanada saxlanılır. Ona kafir, zındıq, Allahın yolundan çıxan, Allaha şərik qoşan dedilər ki, sən bu adla edam olunacaqsan. Nəsimi də imtina etdi. Dedi, gətirin alimlərinizi, çıxarın qabağıma, başa salım ki, zındıqlıq etməmişəm, “Qurani-Kərim”in ayələrinə, Məhəmməd peyğəmbərin hədislərinə istinad etmişəm. Altı ay müddətində din xadimləri onun zındıqlığını sübut edə bilmədilər. Yəşbək deyilən bir nəfər vardı, o dövrdə Hələbin hakimi idi. Hökmü hər yerə çatırdı. Dedi, Nəsimi edam olunmalıdır, vəssalam.
- Deyirlər, şəriət məhkəməsi ona bəraət verib. Siyasi baxışlarına görə edam ediblər.
- Nəsimini təbii ki, dini yox, siyasi görüşlərinə görə edam etdilər. Əlbəttə, onun elmi, qabiliyyəti, istedadı çox-çox yüksəklərdə idi.
Nüfuzlu ziyalılardan və Hələbdə ali təhsilin əsasını qoyanlardan biri kimi təqdim olunan dini icmanın rəhbəri, şəhər müftisi Dr. Mahmud Əkkam Azərbaycan xalqından üzr istəmişdi. Bu faktdır. Deyirdi: “Nəsimi vəhşicəsinə edam olunmuşdur. Bu gün biz xəcalət çəkirik ki, bu müdhiş faciə bizim Hələb şəhərinin adı ilə bir yerdə tarixə düşmüşdür. Doğrudur, həmin faciə şəhərimizdə hökmranlıq edən əcnəbilər və onların havadarları tərəfindən törədilmişdir. Lakin, Nəsiminin günahsız qanı məhz burada axıdıldığı üçün mən, müasir Hələbin dini icmasının rəhbəri kimi, sizdən dönə-dönə üzr istəyirəm!” Əkkam bu sözləri 10 ildən sonra açıqladı.
- Nəsiminin dərisinin soyulmağı mif ola bilər?
- Məncə, soyulub. Amma islam qaydasına görə insanın öləndən sonra dərisi soymaq olmaz.
- Sizcə Nəsimi öz faciəli taleyindən qaça bilərdi?
- İstəsəydi qaçardı. Nəsimi astrologiyanı, astronomiyanı beş barmağı kimi bilirdi. Nəsiminin qoroskopunu mən tərcümə etmişəm. Orda onun dördüncü taleyini, dünyaya gəldiyi qoç bürcünü mütləq faciə gözləyirdi. Nəsimi Bakıda, Şamaxıda yaşaya bilməzdi. Çünki ürəyinə dünyalar sığmırdı. Elmini, enerjisini paylamalı, ötürməli idi. O enerjinin içində insan partlaya bilərdi. Vulkan kimi…

- Nəsiminin dərisinin soyulması onu nüfuzdan saldımı?
- Əksinə. Bu gün də bir sıra şairlər var ki, Nəsimi ilə eyni dövrdə yaşayıblar, amma bir misraları belə gəlib çatmayıb bizə. Nəsiminin isə külliyyatı əlimizdədir.
- Yaradıcılığında, fəlsəfəsində İslama zidd yozula biləcək məqamlar varmı?
- İstənilən bir cümlədən həngamə çıxartmaq olar. Nəsiminin yaradıcılığında İslama zidd heç nə ola bilməz. Çünki Nəsimi Quranı, İslamı beş barmağı kimi bilirdi. Fatihə, İxlas surələrinin şərhini şeirlə yazıb. Hər şairə nəsib olmayan xoşbəxtlikdi.
- Bu il Nəsimi ili elan olundu. Bu illə bağlı tədbirlər, müsabiqələr keçirilir. Sizcə daha fundamental tədbirlərə ehtiyac varmı?
- Ölkə rəhbərliyinin bu addımı alqışlanmalı, təqdirə layiq görülməlidir. Bu elə bir addımdır ki, Nəsimi yaradıcılığı açılırsa, Azərbaycan xalqının mənəviyyatı açılır. Nəsimi ili elan olunması alimlərimizə, yaradıcı adamlarımıza böyük imkanlar verir ki, istedadlarını göstərsinlər. Nəsimi o qədər böyük okeandır ki, tükənməz. Onun haqqında yazılacaq, danışılacaq o qədər şeylər var.
- Keçirilən tədbirlər sizi qane edirmi?
- Hələ ki qane etmir. Monoqrafiyamın az bir hissəsini çap etdirə bildim. Sağ olsun, dostumun köməyi ilə çap olundu. O olmasaydı heç işıq üzü görməyəcəkdi. Özünüz bilirsiniz, hər şey maddiyata bağlıdır. Kitab çap etdirmək istəyirəm, deyirlər pul yoxdur. Yaxud da çox istəyərdim ki, film çəkim.
- “Nəsimi” filmi?
- Hətta onu da edərdik.
- Nəsimi ilə bağlı araşdırmalarda nə kimi boşluqlar görürsünüz?
- Boşluqlar var, boşluqlar çoxdur. Nəsimi sıradan şair deyildi. Nəsimi Səməd Vurğun deyil. Nəsimini öyrənmək üçün Quranı əzbər bilməlisən, hədisləri bilməlisən. Hürufilikdən, ruhdan, irfandan xəbərin olmalıdır. Bunlardan xəbəri olan adamlar çox azdır.
- Nəsimini ondan xəbəri olmayan adamlar araşdırır?
- Bəli.
- Bir ara Afət Fərmanqızı gündəmə düşmüşdü. Nəsiminin qəzəlini oxumuşdu. Siz dinləmişdiniz o mahnını?
- Böyük dahilərimiz güzgüdürlər. Kim nədirsə güzgüdə özünü göstərir. Onun qabiliyyəti odur də. Elə adamlar var, qəbul edir, eləsi də var qəbul etmir. Sözün açığı o mahnıya qulaq asmamışam.
- Niyə?
- Cəmiyyətdə səs-küyə səbəb olmasaydı, dinləyərdim. İstedadını göstərib. Aşağıdır, sən ondan yaxşısını göstər. Hər halda Nəsimiyə məhəbbətdən doğub. Nəsimini təhqir etməyib ki...
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
1 may 2026 14:03
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 2026 15:44
- Allahverdi Bağırovun doğum günüdür
24 aprel 2026 20:03
- Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– Mənim və Viktorun sevgilisi idi
18 aprel 2026 12:09
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
