İki deputat arasında qalmaqal: "Hər başsağlığına 50 manat alır"

“Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklərə etiraz edən baş redaktora komitə sədrindən cavab gəldi:
“Başsağlığı ilə camaata maaş vermək olmaz; haramdır!”
Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilən “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsindəki bəzi yeniliklərə ilk etiraz elə hakim partiyanın üzvündən gəlib. YAP üzvü olan deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov hakim partiyanın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun dediklərinə qarşı çıxıb.
Baş redaktor “Yeni Müsavat”a açıqlamasında rəsmi qəzetlərdə başsağlıqlarının dərcinin qadağan olunacağı ilə bağlı fikirlərə etiraz edib. O deyib:
“Xalqımızın milli-mənəvi dəyərləri mövcuddur və bu dəyərlərdən biri də ondan ibarətdir ki, insanların birinə itki üz verəndə onlara başsağlığı verirlər. Bunu ya hüzr yerinə getməklə, ya da qəzet vasitəsilə edirsən. Dünya praktikasında da belədir. Bizim əksəriyyətimiz rayonda doğulmuşuq, sonradan köçmüşük. Rayonda hüzr yeri olanda insanlar gedə bilmirlər, ona görə də qəzet vasitəsilə başsağlığı verirlər. Bunun digər müsbət cəhəti də odur ki, qəzet vasitəsilə insanlar kimə kədərin baş verdiyini öyrənə bilərlər. Bu başsağlıqları o qədər böyük material deyil ki, narahatlıq doğursun”.
B.Sadiqov ardınca digər məqama diqqət çəkib: “Söhbət əgər rəsmi qəzetlərdən gedirsə, biz dövlət büdcəsində deyilik, təsərrüfat hesablıyıq. Nə qazansaq, biz onu yeyirik, yaxud da xərcləyirik. Reklam bazarı yoxdur, buna görə də qəzet üçün reklam bazarı formalaşmayıb. Televiziyaların kifayət qədər reklam bazarı var. Hətta sutka ərzində televiziyalarda verilişlərdən daha çox reklamlar gedir. Gizli və açıq, eləcə də sponsor dəstəyi ilə olan reklamları hər kəs yaxşı bilir. Amma qəzet reklamı yoxdur. Belə olan halda biz qəzeti yaşatmaq üçün reklam və elan verməliyik. Elanların içərisində başsağlıqları müəyyən məbləğdə gəlir gətirir. Haradasa bizim qəzetin 20-25% gəliri başsağlığından gəlir. Bunu bizə qadağan etsələr, bu vəsaiti bizə kim ödəyəcək? O zaman jurnalistlərə necə əmək haqqı ödəyəcəyik?”
Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov öz açıqlamasında bunları bildirmişdi: “Rəsmi şəxslərdən başqa, cənab prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsi qadağan olunacaq. Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.
B.Sadıqovun açıq etirazından sonra S.Novruzov Musavat.com-un əməkdaşı ilə əlaqə saxlayaraq həmkarının dediklərinə reaksiya verib. Onun fikrilərini təqdim edirik:
“Bəxtiyar Sadıqov deyir ki, “Azərbaycan” qəzeti Milli Məclisin orqanı olmasına baxmayaraq, bizə heç kəs kömək eləmir. Birinci növbədə dövlət onların kağız pulunu, çap pulunu da, icarə haqqını da – “Azərbaycan” nəşriyyatından bunu öyrənə bilərsiniz – hamısını ödəyir. Yəni qəzet havayı çap olunur. Əlavə yazılar-filanlar da öz yerində. Qəzet işçiləri bilirlər ki, əlavə gəlirlər də olur. İkinci növbədə bütün respublikada hər bir dövlət və hökumət orqanı, dövlət müəssisəsi bu qəzetə abunədir, pul köçürür. Bu vəsait hesabına da jurnalistlərin əmək haqqını tam şəkildə ödəmək mümkündür. Sən bu yükü jurnalistin boynuna niyə atırsan ki, jurnalistə əmək haqqını hardan verim? Mənbəni mən göstərirəm, get, o mənbədən ver! Üçüncü tərəfdən, başsağlığı ilə camaata maaş vermək olmaz! O, Allah tərəfindən də halal qəbul olunmur. Birinin şərinin hesabına digəri xeyir qazana bilməz! Dində də, Peyğəmbərimizdə də, Həzrəti Əlidə də o məsələ tamamilə qeyri-qanuni hesab olunur, şəriətə uyğun sayılmır. Ona görə də əgər jurnalistin əməkhaqqını başsağlığı il verirsənsə, onda vay o jurnalistin halına!”
S.Novruzov baş redaktorla bir həmkar, yaxud partiyadaş olaraq bu mövzuda müzakirə aparmadığını qeyd etdi və “mənim onunla nə müzakirəm ola bilər? O, kimdir mən onunla müzakirə edəm?”-söylədi. B.Sadıqovun parlamentin orqanı olan bir mətbu orqana rəhbərlik etdiyini vurğuladıqda isə bunları bildirdi: “Olsun da, olsun. O qədər redaktor var ki. Hamı ilə mən müzakirə aparmalıyam? Mən müəlliməm, ya həkiməm?”
YAP icra katibinin müavini dedi ki, B.Sadıqov da ona bu məsələ ilə bağlı zəng etməyib: “Bəzən şəxsi maraq ümumi ictimai marağı üstələyir. Qanun qəbul olunacaq və bu məsələlər də oraya daxil ediləcək, vəssalam! Camaatın hesabına pul qazanmaq olmaz!”
Bəs, parlament rəhbərliyinin bu qanun və ona düzəlişlərlə bağlı münasibəti necədir? S.Novruzov: “Parlament rəhbərliyinin biri də mənə bir kəlmə söz deməyib, hamısı bəyənib”.
YAP-ın icra katibi digər məsələlərdən də xəbərdar olduğunu bildirdi: “Digər məsələləri də bilirəm, axı mən Əfqanıstanda kəşfiyyat rəisi olmuşam”.
Hər başsağlığına 50 manat alır. Özü də bu, arzu edir imkanlı adamın ailəsindən ölü olsun ki, başsağlığı çox olsun. Bununla çörək yemək olar? Get, işlə, qazan! Sən o boyda qəzetin redaktorusan, “Azərbaycan” qəzetinin. Dövlətin ən əsas qəzetlərindən biridir. “Azərbaycan” qəzeti Sabir Rüstəmxanlının vaxtında 2 milyon tirajla nəşr olunurdu. Bu qəzeti Cümhuriyyət dövründə Üzeyir bəy kimi ziyalılar, dahilər yaradıb. Bunun adı sənə kifayət edir”. Sonda S.Novruzov ona etiraz edən həmkarına xitabən bunları söylədi: “Sənin yolun başqa, bizim yolumuz başqa. Bizim yolumuz haqq yoludur, səninki ənəlhəqq!” (gülür)
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 2025 16:12
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 2025 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 2025 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 2025 00:01
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 2025 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 2025 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 2025 22:42
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24