Azərbaycanda siyasi partiya buraxılıb
Azərbaycanda vaxtilə az-çox fəaliyyəti nəzərə çarpan siyasi təşkilatlardan biri - Yaşıllar Partiyası fəaliyyətini dayandırıb.
Bu barədə Modern.az saytına partiyanın keçmiş sədri Mais Güləliyev məlumat verib. Qeyd edək ki, Mais Güləliyevin rəhbəri olduğu bu təşkilat 16 dekabr 2006-cı il tarixində Avrоpa Yaşıllar Partiyasının əsas prinsiplərini qəbul edərək, yaradılmışdı. Lakin 2013-cü ildə sədr Mais Güləliyevin qurumdan ayrılmasından sonra Azərbaycan Yaşıllar Partiyasının fəaliyyəti də hiss olunmur. Son zamanlar isə ümumiyyətlə, partiyanın ləğv olunduğu, heç bir sənədlərdə adının çəkilmədiyi qətiyyətlə vurğulanır. Partiya ilə bağlı araşdırmamızda da buna bir daha əmin olduq. Yaşıllar Partiyasının sosial şəbəkə hesabı, rəsmi internet səhifəsi olan "azerigreens.org” saytı tamamilə istifadəsizdir. Yaşıllar Partiyasının əlaqə vasitəsi kimi qeyd olunan ofis telefonuna da zəng etdik. Məlum oldu ki, partiyanın bir ofisi belə yoxdur. Yaşıllar Partiyasının keçmiş sədri Mais Güləliyevin isə xaricə köçdüyü ilə bağlı bir müddət əvvəl söz-söhbət yaranmışdı. Lakin o, Modern.az-a açıqlamasında bunu təkzib etdi: "Mən hazırda siyasətlə məşğul olmuram. İqtisadiyyat sahəsində elmi fəaliyyətimi davam etdirirəm. Amma xaricə köçməyimlə bağlı iddialar əsassızdır. Azərbaycanda yaşayıram. 2013-cü ildə Yaşıllar Partiyasından ayrılmışam. 6 ildir ki, partiyanın fəaliyyətdə olub-olmaması ilə bağlı heç maraqlanmıram da. Amma mətbuatda və heç bir rəsmi məqamda adı çəkilmirsə, demək, bu qurum fəaliyyət göstərmir”. Yeri gəlmişkən, Mais Güləliyev 16 dekabr 2006-cı il tarixində Yaşıllar Partiyasını təsis edəndə Azərbaycanda elə bu adda bir təşkilat vardı. Eynilə Yaşıllar Partiyası adlanan həmin qurum 1993-cü ildə yaradılmışdı. Belə ki, 1989-cu ildə Azərbaycanda Yaşıllar Hərəkatı başlayıb, 1993-cü ildə siyasi partiyaya çevrilib və sədri keçmiş ekologiya naziri Arif Mansurov olub. O, vəfat etdikdən sonra - 2002-ci ildən həmin partiyaya Elmar Qafarov və mərhum sədrin həyat yoldaşı Cəmilə Mansurova rəhbərlik ediblər. Bu partiya hətta 2003-cü ildəki president seçkilərində İsa Qəmbəri müdafiə edərək "Bizim Azərbaycan" seçki blokunda da təmsil olunub. Lakin 2003-cü ildəki prezident seçkisində İsa Qəmbərin məğlubiyyətə uğraması ilə "Bizim Azərbaycan" seçki bloku da dağıldı və Elmar Qafarovun sədri olduğu Yaşıllar Partiyası itib-batdı, siyasət arenasından yoxa çıxdı. Bundan istifadə edən Mais Güləliyevin yaratdığı Təşəbbüs Qrupu 16 dekabr 2006-cı il tarixində yeni Yaşıllar Partiyası təsis etmişdi. O zaman yeni təşəbbüskarların məqsədi Azərbaycanda sol təmayüllü, sosial ədalət, ekologiyanın, ətraf mühitin qorunması, insan haqlarının müdafiəsi, demokratiyanın inkişafı kimi prinsiplərə xidmət göstərən bir partiya qurmaq idi. Amma görünən odur ki, 1-ci Yaşıllar Partiyası kimi, 2-ci Yaşıllar partiyası da ölü quruma çevrildi. Qeyd edək ki, Yaşıl partiyaların əsas ideologiyasını yaşıl siyasət anlayışı təşkil edir. Bu, ekologiya və ətraf mühitin qorunmasına önəm verən, şiddətə qarşı və cəmiyyətdə ədaləti müdafiə edən prinsiplər üzərində qurulmuş ideologiyadır. Yaşıl siyasətdə təbiətin və sülhün qorunması əsas məqsədlər hesab olunur. Siyasətin bu istiqamətinin beynəlxalq rəmzi günəbaxandır. Yaşıl siyasətin müdafiəçiləri Yaşıllar hərəkatını başladaraq, xüsusən 1980-ci illərin əvvələrindən etibarən bir çox ölkədə partiya qurublar. Bu anlayış ilk olaraq Almaniyada 1979-cu ildə qurulan Yaşıllar Partiyasından götürülür. Hazırda Avropanın demək olar, hər bir ölkəsində ətraf mühitin qorunmasını siyasətin məqsədi kimi qəbul edən "Green Party”lər ("Yaşıl Partiya”) mövcuddur. Hətta bəzi ölkələrin Yaşıl Partiyaları parlamentdə, dövlət idarəçiliyində də nüfuz sahibidirlər.
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 2026 13:38
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Yas mərasimləri ilə bağlı YENİ QƏRAR – Bütün ölkə üzrə…
6 fevral 2026 01:30
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
