İlqar Məmmədovla Sevinc Osmanqızı üz-üzə gəldi
Real Partiyasının sədri İlqar Məmmədovla AXCP arasındakı sular durulmur.
Musavat.com xəbər verir ki, İ.Məmmədov son statusunu jurnalist Sevinc Osmanqızına həsr edib.
Partiya sədri statusunda yazıb ki, "İlhamsevərlər klubu"nun üzvləri Natiq Cəfərlini birinci dəfə hədəfə alıb qaralamaq cəhdi etmirlər: “Mən həbsdən çıxandan dərhal sonra Sevinc Osmanqızı zəng vurub "xəbərçi"liyi birinci etdi, təxminən belə: "İlqar, sən bilirsən, Natiq Cəfərli Mehriban Əliyevanın vitse-prezidentliyinə "niyə də yox" deyib." Natiqə heç nə demədim, mövzunu dibinə kimi araşdırdım. Saxta və boş bir ittiham idi. Fikirləşdim ki, Sevinc xanım sadəcə səhv edib. Sonra gördüm ki, Sevinc Osmanqızı bir partiyanın mətbuat katibi imiş. Əməkdaşlığı kəsdim, çünki mənim bir partiya sədrinə deməyə sözüm varsa, birbaşa özünə deyərəm, mətbuat xidmətinə yox”.
İ.Məmmədov eyni zamanda yazıb ki, bu cür kampaniyalar davam edib: “Gördüm ki, həbsdə olduğum illərdə ara-sıra Erkin Qədirliyə qarşı, Azər Qasımlıya qarşı, başqalarına qarşı bu növdə kampaniyalar aparılıb. Vuranlar da kimmiş? Əliyev rejimindən zamanında mandatdan tutmuş maaşa qədər mükafatlar almış şəxslər. Atadan oğula bağışlanmış müxalifət... "A bala, al, bu da sənin müxalifətin". Bağışlanmış hədiyyənin sən demə sadəcə rəmzi mənası deyil, əməli funksiyası da olarmış. Atanın oğula bağışladığı müxalifət üç boykotla oğulun həyat yoldaşını vitse-prezidentliyə yüksəltdi. Bağışlanılmış müxalifətin funksiyaları tükənmir. Cümhuriyyətçilərə qarşı, ailə hakimiyyətinə həqiqi mənada ideoloji müxalifətdə olan REAL-a qarşı sistematik kampaniya aparmaq da bağışlanmış müxalifətin mandatına daxil imiş. Ata sizi oğluna bağışladığı kimi, biz də sizi başqa cür bağışlayırıq. Azərbaycan xalqı ailə hakimiyyəti səhifəsini çevririb Cümhuriyyət quracaqdır. Deputat pensiyanızı alacaqsınız”.
Sözügedən statusa S.Osmanqızının da cavabı gecikməyib. Jurnalist öz sosial şəbəkə səhifəsində yazıb ki, İ.Məmmədovla həqiqətən də söhbətləri olub: “O, özü mənə zəng etmişdi. Giley edirdi ki, arada bir anlaşılmazlıq var, kim onu görürsə, nədəsə ittiham edir, Realın mitinq mövqeyini tənqid edir və s. Məndən xahiş etdi ki, nə baş verdiyini ona deyim. "Mən olmayanda Real mitinqlə bağlı nə deyib ki?" Mən bir dost kimi o, 5 il həbsdə ikən Real ətrafında baş verənləri başa düşdüyüm kimi ona danışmağa çalışdım. Dedim ki, ətrafındakılar özlərini kobud, qaba, təkəbbürlü aparırlar. Başqalarını aşağılayırlar. Dost qazanmaq əvəzinə özlərinə düşmən edirlər. Yersiz bəyanatları ilə "yeni hakimiyyətin yeni müxalifəti" olmağa çalışan kimi görünürlər. İlqar Məmmədova mənim əvvəlki verilişlərimə baxsın, özü qərar versin, dedim”.
S.Osmanqızı yazıb ki, İ.Məmmədov ikisinin arasında olan bu söhbəti təhrif edərək, ona don geyindirmək üçün istifadə edib. “Görəsən onu həbsdə mənim qədər müdafiə edən olubmu?” deyə sual edən xanım jurnalist daha sonra aşağıdakıları yazıb: “Onun azadlığa çıxanda ilk müsahibə verdiyi adam mən olmamışammı? Doğrudanmı İlqar Məmmədov özündə heç bir yanlışlıq görmür? Nə vaxtadək jurnalistlərdə özünə düşmən görəcək? Təəssüf edirəm...”
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Abbas Abbasovun evində AXTARIŞ: Mehdiyev işi ALOVLANDI
28 yanvar 2026 12:07
- GƏRGİN DEBAT: Pənah Hüseynlə Nemət Pənahlının SÖZ DUELİ – Elçibəy, 20 yanvar, İran mövzusu....
27 yanvar 2026 14:39
- DTX səfirliyə terror hücumunun qarşısını aldı - Xüsusi əməliyyat - Video
27 yanvar 2026 11:44
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Azərbaycan, HAZIR OL ! - Amerikadan ŞOK XƏBƏRDARLIQ gəldi
12 yanvar 2026 11:56
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
7 yanvar 2026 20:57
- Gözünü və böyrəyini itirən qazi vəfat etdi - Foto
3 yanvar 2026 12:09
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
