İranda İslam inqilabı necə baş verib? - İsrail sirləri açdı
Region6 sentyabr 2019 12:34
İsrailin xüsusi xidməti olan Mossadın 1970-ci illərdə İrandakı rezidensiyasının rəhbəri olmuş Eliezer Safrir özünün memuralarında islam inqilabı ərəfəsində İranın daxili siyasi vəziyyəti barədə maraqlı məqamları açıqlayıb.
azpost.info həmin memuardan inqilab ərəfəsində baş vermiş proseslərin əks olunduğu məqamları oxucularına təqdim edir.
"ABŞ-dan sonra İsrailə ən çox kömək edən İran idi”
Safririn yazdığına görə, 70-ci illərdə İran və İsrailin təhlükəsizlik sahəsində əlaqələri ümumi maraqlara söykənirdi: "Bundan savayı bizi iranlılarla bütün səviyyələrdə bir –birinə dərin simpatiya hissi bağlayırdı. Məhz bu hiss bizim Şah, ailəsi, müşavirləri, nazirləri, güc strukturu rəhbərləri ilə olan əlaqələrimizi müəyyən edirdi. Şəxsi münasibətlər bizə işimizdə çox kömək edirdi. Biz yaxşı başa düşürdük ki, ABŞ-dan sonra İsrailə bütün aspektlər üzrə müqayisəedilməz kömək edən ikinci mühüm dövlət İran idi”.
İran-Türkiyə -İsrail xüsusi xidməti hər il məxfi görüşürdü”
Safrir qeyd edir ki, İran, Türkiyə və İsrailin həmin dövrdə strateji məxfi münasibətlər sistemi mövcud olub: "Bu əməkdaşlıq Ben –Qurion tərəfindən irəli sürülmüş periferiya konsepsiyasına söykənirdi. Hər il biz bu 3 dövlətin paytaxtlarında məxfi görüşlər keçirirdik. Bu görüşlərdə 3 dövlət təhlükəsizliklə bağlı strateji məsələləri müzakirə edirdi. Biz əlimizdə olan məxfi kəşfiyyat məlumatlarını bölüşürdük. Müzakirələrin mövzusu ümumi olurdu: Regionun ərəb ölkələrində situasiya, kommunist blokunda olan dövlətlərdə vəziyyət, terrorla mübarizə”.
Sabiq rezident yazır ki, Türkiyə, İran və İsrail məxfi xidmət rəhbərlərinin sonuncu görüşü 1978-ci ilin baharında Təl-Əvivdə keçirilib: "Bu görüşdə Mossadın direktoru iştirak edirdi. O mənə SAVAK-ın (şah İranında təhlükəsizlik xidməti-red) başçısı, general Nasirini təqdim etdi. Əsas müzakirə mövzusu İranda həmin zamanda yaranmış situasiyanın qiymətləndirilməsi idi. Biz ölkədə nə baş verdiyini yaxşı bilirdik. Vəziyyəti qeyri-sabit saxlayan qüvvələr barədə məlumatlı idik. Odur ki, situasiyanı çox təhlükəli olduğunu bildirdik”.
"ABŞ şah rejiminin 15 il davam gətirəcəyini deyirdi”
Mossad rezidenti bildirir ki, həmin görüşdə İsrailin İrana yeni təyin olunmuş səfiri Uri Lubrani də iştirak edib. O, toplantıya İsrail XİN-in baş direktoru, bundan əvvəl isə Mossadın Tehranda rezidenti olmuş Ruven Merxavla birgə qatılıb: "Uri Lurbani İrandakı vəziyyəti, qüvvələr nisbətini analiz edərək dedi ki, şah rejimi bundan sonra daha 5 il mövcud ola bilər. Mən bununla razılaşmadım və dedim ki, şah rejiminin ömrünə 3 ildən də az qalıb. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi həmin ilin yayında situasiya ilə bağlı verdiyi analizində bu müddəti 15 il göstərmişdi. Mən Tehrana qayıtdım və məlum oldu ki, şah rejiminin sonuna yarım il qalıb”.
Safrir yazır ki, vəziyyətlə bağlı onlar İranda olan İsrail vətəndaşlarını vaxtında çıxara biliblər. İranda o zaman İsrailin rəsmi nümayəndəlikləri –səfirlik, ticarət nümayəndəliyi, hərbi attaşe, Mossadın nümayəndəliyi, Soxnut təşkilatı fəaliyyət göstərirdi. Bundan əlavə çoxlu sayda müxtəlif şirkətlərin şöbələri, mütəxəssis-məsləhətçilər var idi: "Mən bütün bu qrupları Tehran hava limanından yola salırdım. Hadisələr sürətlənirdi. Bir qrupu yola salanda radiodan eştidm ki, İsfahanda hərbi vəziyyət elan edilib. İki gün keçdi. Tehranda da hərbi vəziyyət elan olundu. Sonra bu qar topası kimi bütün ölkə üzrə yayılmağa başladı. O vaxt hamı hadisələrin belə sürətlə genişlənməsindən təəccüblənmişdi. Mənə elə gəlir ki, Xomeyni də bu sürətə heyrətlənmişdi”.
"Şahın baş naziri soruşdu: "Xomeynini aradan götürə bilərsiniz?”
O, daha sonra Mossadın Tehrandakı nümayəndəliyinin vəzifələri barədə yazıb: "Əsas məsələ olan kəşfiyyatdan savayı hökumət bizim üzərimizə İsrail vətəndaşlarının evakuasiyası ilə bağlı məsələnin həllini qoymuşdu. Baş qərargah İsraildə çalışırdı, amma ən opertiv qərarlar Tehranda qəbul olunurdu”.
Safrir qeyd edir ki, İranda inqilaba iki həftə qalmış cəmi 34 nəfər İsrail vətəndaşı qalmışdı: "İnqilabın başlanmasına 4 gün qalmış məni şah hökumətinin baş naziri Şapur Bəxtiyar görüşə dəvət etdi. Mən aramızdakı danışığın təfərrüatlarını bu gün də aça bilmərəm. Yalnız deyə bilərəm ki, bu söhbət ölkədəki vəziyyətlə bağlı idi. Baş nazir mənə dedi ki, "narahat olmayın, hər şey yaxşı olacaq”. Daha sonra soruşdu ki, Xomeyni ilə bağlı nəsə edə bilərikmi? Bu sual bir neçə dəfə təkrarlandı. Mən başa düşdüm ki, söhbət nədən gedir. Bu gün bu "hədəfi aradangötürmə” adlanır. Mən rədd cavabı verdim və dedim ki, "bu sizin daxili probleminizdir, bunu özünüz müstəqil həll etməlisiniz”.
Mossad əməkdaşının sözlərinə görə, Xomeyninin ölkəyə dönüşündən əvvəl İran HHQ-nin komandanı, general Rabiyi açıq şəkildə bəyan etmişdi ki, şahın əmri ilə "Fantom” qırıcı təyyarələrini göyə qaldırmağa və Xomeyininin ölkəyə qayıdışına mane olmağa hazırdır. Lakin bu vaxt şah artıq ölkədə deyildi, odur ki, heç bir fərman da vermirdi.
"SAVAK rəhbəri ağlaya-ağlaya "məni də özünüzlə aparın” deyirdi”
Sabiq rezident İranı son anda necə tərk etdiklərini yazıb: "Beləliklə islam inqilabının qalib gəldiyi 1979-cu il fevralın 11-i gəlib çatdı. Bundan bir gün əvvəl İsrailin "El-Al” aviaşirkətinin sonuncu reysi baş tutmuşdu. Həmin günlərdə bizim təyyarədən başqa İrana heç bir dövlətin təyyarəsi uçmurdu. Həmin tarixi 11 fevral gününün səhəri mənim SAVAK rəhbərliyi ilə görüşüm təyin olunmuşdu. Mən bu görüşdə vəziyyəti aydınlaşdırmalı idim. Səfirliyin boş olan binasında yalnız mühafizə zabiti qalmışdı. Küçədə sübhdən etirazçı kütlə toplaşaraq səfirliyin binasını hucumla tutmaq niyyətində idi”.
Safrir qeyd edir ki, kütlə yaxınlıqdakı polis məntəqəsinə hucum edərək oranı yandırıb dağıtdı və dəmir əşyalarla silahlanaraq səfirliyi ələ keçirdi. Balkona Xomeynin nəvəsi Əhməd və Parisdən gəlmiş Fələstin Azadlıq Təşkilatının nümayəndəsi çıxdılar. Sonradan bu bina elə FAT-ın nümayəndəlyi oldu: "Həmin 11 fevral günü səhər mən evdən çxıdım və dərhal da peşman oldum: Bütün küçələrdə barrikadalar qurulmuşdu. Mən iranlılara bənzəyrdim. Saqqalım məni islam inqilabçılarından fərqləndirmirdi. Çətinliklə görüş yerinə çatdım. 10 dəqiqə….20 dəqiqə… Gözləyirəm. Görüş xüsusi quraşdırılmış bunkerdə olmalı idi. SAVAK rəhbərinin köməkçisinin mənə yaxınlaşacağını gözləyirdim. Amma daxili rabitə ilə dedilər ki, şef – dünənə qədər İranın ən qüdrətli adam, özünü Allahın yerdə canişini sayan SAVAK rəhbəri dərin depresiyadadır və heç kimi görmək istəmir. Mən ona kömək etmək üçün gəlmişdim, amma o depressiyadadır və artıq heç nə edə bilmir. Nəhayət otaqdan SAVAK rəhbərinin müavini çıxdı. Bilirsiniz o nə elədi? Qaçıb boynumu qucaqlayıb az qala ağlaya-ağlaya "Məni özünüzlə aparın” dedi. Həmin gün mənim baş nazir Şapur Bəxtiyarla daha bir görüşüm planlaşdırılmışdı. Biz ona zəng vurduq. Köməkçi cavab verdi: "Burda artıq heç kim yoxdur”. Və dəstəyi asdı. Bax beləcə biz islam inqilabının qələbəsi barədə ilk xəbəri aldıq”.
Oxşar xəbərlər
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
Xəbər lenti
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
