“Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə öz münasibətini bildirir”
Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda vətəndaşların “Facebook”, "Twitter", “Youtube”, “Instaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilmişdir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısında çıxışı zamanı deyib.
Ə.Həsənov Azərbaycan milli mətbuatının müstəqillik dövründə bu günə qədər keçdiyi tarixi yolunu xatırladaraq bildirib: "Bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lər cəmiyyətdə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst və müstəqil şəkildə araşdırır, əhalinin rəyini öz səhifələrində əks etdirərək hakimiyyətin nəzərinə çatdırır. KİV-lər istədiyi informasiyaları sərbəst şəkildə toplayıb yaymaq, o cümlədən iqtidarın apardığı siyasəti tənqid etmək və yaxud dəstəkləmək imkanına malikdir.
Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir.
Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional və 17 kabel televiziyası, 25 internet televiziyası,14 radio fəaliyyət göstərir. 2005-ci ildə ölkədə İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və hazırda uğurla fəaliyyət göstərir".
Prezidentin köməkçisinin sözlərinə görə, sosial şəbəkə istifadəçilərin sayı ölkədə 3 milyon nəfərdən çoxdur ki, bu da cəmi 10 milyon əhalisi olan bir ölkə üçün çox böyük göstəricidir: "Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin özünün və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir.
Müşahidələr və təhlillərdən aydın olur ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Belə ki, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır.
Yuxarıda dediklərimizi ümumiləşdirsək belə bir qənaətə gəlmək olar ki, Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Bizim ölkə dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nazirliyini ləğv etmiş və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina etmişdir. Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxmışdır ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaratmışlar. Mətbuat Şurası bəhs etdiyim istiqamətdə dövlətin əsas tərəfdaşıdır. Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurların müzakirə etmək bacarığı bunun göstəricisidir".
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 2026 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 2026 11:58
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 2026 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 2026 10:14
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 2026 23:34
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 2026 10:59
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 2026 00:29
- Bakıda Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirildi
10 aprel 2026 20:51
- İşığa çevrilən ömür: Elmin, mərhəmətin və mənəvi ucalığın simvolu
10 aprel 2026 13:46
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 14:45
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 14:21
- Tərtərdə ŞOK İDDİA: Bibərlərə şprislə su vurulub -süni çəki- ilə satılır
12 aprel 11:29
- Mehriban Əliyevadan Pasxa bayramı münasibətilə - Paylaşım
12 aprel 10:13
- Hər gün ispanaq yeməyin faydasını bilirsiniz?
12 aprel 00:07
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 00:02
- Azərbaycanda 80 manat pensiya alan Qarabağ veteranlarının sayı açıqlandı
11 aprel 23:34
- ABŞ İranın dondurulmuş aktivlərini azad etməyə razılaşıb - KİV
11 aprel 21:48
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 19:19
- Bu gün paytaxtda 550 küçə yuyuldu - Fotolar
11 aprel 18:40
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 13:44
- Hərbçilərimz Türkiyədə birgə təlimdə - Fotolar
11 aprel 12:36
- Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
11 aprel 11:43
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 10:59
- Prezident balaca Ayazın ailəsinə KAMAZ hədiyyə etdi (VİDEO)
11 aprel 10:40
- Azərbaycanda çiyələyə zəhərli maddələr qatılır? - Dəhşətli GÖRÜNTÜLƏR yayıldı
11 aprel 00:29
- Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib
10 aprel 23:32
- Nəticəni 24 saata biləcəyik - Tramp
10 aprel 23:06
- Litvanın Baş naziri Heydər Əliyev Mərkəzində - Fotolar
10 aprel 21:25
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 21:12
