Masonların əcdadları müsəlmanlardan nə öyrənib?
Maraqlı15 sentyabr 2019 10:01
Tampliyer cəngavərləri gigiyena və pəhrizkarlığı müsəlmanlardan öyrənib...
Sən demə, hazırda dünyaya meydan oxuyan "mason”, "illüminant” və s. kimi adlanan modern(!) super güclərin qədim nəsilləri, sələfləri və deməli, onların tərbiyə etdiyi, bu gün İslam ölkələrinə təkəbbür və istehza ilə yanaşan müasir(!) avropalı və amerikalılar da təmizkarlığı, gigiyenanı, eləcə də pəhriz saxlayaraq ağır çəki və xəstəliklərdən uzaq olmağı müsəlmanlardan öyrənib. Özü də bunu avropalı(!) alim, tibb elmləri doktoru sübut edib...
Söhbət XII-XİV əsrlərdə Fransada və digər Avropa ölkələrində mövcud olmuş dini cəngavər ordenlərindən biri olan tampliyerlər, yaxud "məbəd cəngəvərləri”ndən gedir. Bir çox konspiroloq tədqiqatçılar bu günkü mason-filan adlanan gizli təşkilatların məhz tampliyerlərin inanc, fəlsəfə və proqramları əsasında formalaşdığını təsdiqləyir. Müasir Avropa və Amerika sivilizasiyasının mənəvi-ideoloji əsaslarını və deməli, moderrn(!) Qərb insanının həyat tərzinin, eləcə də həmin məkanlardakı dövlətlərin işğalçılıq xislətinin kökündə isə elə masonçuluq sistemi dayanır...
Moderator.az-ın xarici mediaya istinadla təqdim etdiyi araşdırma-yazıda Qərbin bu gün super güclər tərəfindən aşağılanan və yox edilməyə çalışılan müsəlmanlardan çox şey əxz etdiyi təsdiqlənir.
"Avropalıların Orta əsr Xaç yürüşləri daha çox Yaxın Şərq əhalisinə qarşı qəddarlığı ilə tanınan Tampliyerlər ordeni ilə əlaqələndirilir. Lakin bu, tampliyerlərə gigiyena da daxil olmaqla müsəlmanlardan ən yaxşı şeyləri mənimsəmələrinə mane olmayıb.
1118-ci ildə meydana çıxmış tampliyerlərın ömür uzunluğu bu məşhur cəngavər ordenini əhatə edən bir çox sirlərdən biridir. Orta əsrlərdə orta ömrün 25-40 yaş arasında olduğunu nəzərə alsaq, tampliyerlərin 70 il yaşaması o dövr üçün olduqca qeyri-adidir...
Ordenin banisi Huqo de Peyn 66 yaşında vəfat edib. Onun nümunəsi tək deyil. Tampliyer cəngavərlərinin sonuncu magistri- ustadı olan Jak de Mole 70 yaşında diri-diri yandırılıb. Goffrua de Şarni 63 yaşında edam edilib. Uzun müddət tamplieyrlərın ömrü uzadan sehrli bir içki tapmaları haqqında şayiələr və fərziyyələr dolaşırdı. Ancaq əslində onların sirri çox sadə olmaqla düzgün qidalanma və gigiyena qaydalarından ibarət idi…
Bir neçə il öncə tanınmış İspaniya alimi, tibb elmləri doktoru Françesko Fransekki(Francesco Fransecchi) və tədqiqat qrupu tərəfindən aparılan bir araşdırma Tampliyer ordeninin sirrini açdı. Tədqiqatın nəticələri "Həzm orqanları və qaraciyər xəstəlikləri" ("Digestive and Liver Disease”) beynəlxalq elmi jurnalında dərc edilib.
Tampliyerlər rahiblərin, zahidlərin pəhrizini həddindən artıq dolmuş mədə ilə vəzifələrini yerinə yetirə bilməyən cəngavərin aktiv həyat tərzi ilə uyğunlaşdırıblar. Onlar çox yeməyin sağlamlıq problemlərinə yol açacağına inanırdılar. Tədqiqatçılar tampliyerlərin həyat tərzinin "Aralıq dənizi pəhrizinin sələfi" adlandırıla biləcəyini söyləyirlər. Cəngavərlər az ət (həftədə yalnız iki dəfə), çox sayda paxlalı bitkilər, balıq və təzə meyvələr yeyirdilər ki, bu da orqanizmin bağırsaq mikroflorasına müsbət təsir göstərir və ürək-damar xəstəlikləri ilə mübarizə aparmasına şərait yaradırdı. Françesko Francekki masonların sələflərinin ovu qadağan etdiyi və balıq istehlakına böyük əhəmiyyət verdiyini iddia edir. Bu səbəbdən tampliyerlər balıq yetişdirilməsi ilə də məşğul olurdu. Mason cəngavərlərin qida rasionunun digər bir dəyişməz tərkib hissəsi hazırda Aralıq dənizi region xalqlarının pəhrizi və bütövlükdə mədəniyyəti ilə əlaqəli olan zeytun yağı idi. Tampliyerlər bir antibakterial effekt əldə etmək üçün suyu portağal şirəsi ilə qarışdırırdı…
Tampliyerlər sərt bir pəhrizə əlavə olaraq təmizlik, gigiyena qaydalarına da ciddi riayət edirdi. Onların masasında nizam-intizama riayət edilirdi. Bütün yemək-içmək məkanı, xüsusən də süfrə həmişə təmiz olmalı idi. Tampliyerlər infeksiyaların yayılmasının qarşısını almaq üçün yeməkdən əvvəl əllərini yuyurdu. Cəngavərlər bu adəti onlara düşmən olan, lakin şəxsi gigiyenanın ən yüksək standartlarına riayət edən müsəlman(!) ərəblərdən əxz ediblər. Çünki İslam həm mənəvi, həm də fiziki təmizliyə xüsusi diqqət yetirir…
Rahib döyüşçülərin adətləri digər orta əsr adamlarının adətlərindən çox fərqli idi. O dövrdə hətta padşahlar sudan qorxur və tez-tez yuyunmaqdan çəkinirdilər. Çünki yanlış olaraq suyun guya dəridə məsamələr açacağına və onların vasitəsilə çirk və infeksiyaların bədənə nüfuz edəcəyinə inanırdılar. Gigiyena və pəhriz tampliyerlərin qeyri-adi uzunömürlülüyünün əsas izahlarındandır. İtalyan alimlərindən ibarət bir qrup aparılan araşdırmanın nəticəsi olaraq "əcdadlarımızın təcrübəsindən öyrənməliyik" deyir…”
Oxşar xəbərlər
- Misir fironları əslən qafqazlıdır –Alimlərdən şok araşdırma
25 iyun 2025 09:25
- Rus dövlətinin daha bir qəddarlığı - yox olan və ya soy-kökünü unudan xalqlar
27 fevral 2025 14:27
- Monarxiya var, kral və kraliça yox... - Nyu York parkına sığan knyazlıq
13 oktyabr 2024 11:02
- Prezidentin müsahibəsinin - Tam mətni
13 yanvar 2022 10:49
- Qafqaz “qatırını” kim harayacan minəcək?
20 noyabr 2020 23:02
- Qubadlının tarixi və abidələrinə qarşı erməni vandalizmi
25 oktyabr 2020 14:07
- 100 mumiyanın DNT analizi alimləri şoka saldı: Fironlar diriləcək
11 sentyabr 2019 12:22
- Nuh peyğəmbərin azərbaycanlı "nəvələri"
14 iyun 2019 19:01
- Sonuncu Moğol imperatoru
11 noyabr 2017 19:26
- Masonluğun tarixi: sui-qəsd planlarının hazırlandığı bina
21 oktyabr 2017 17:29
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
