"Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
Maqazin23 sentyabr 2019 10:09
"Azərbaycanın təhlükəsizliyi Livanın hava hücumundan müdafiə sistemlərindən asılıdırsa, mən azərbaycanlılara rahat yatmağı məsləhət görürəm, çünki Livanda İsrail dronlarını vurmağa qadir heç bir texnologiya yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu virtualaz.org-a açıqlamasında İsrail diplomatı və politoloqu Zvi Maqen Livanın Müdafiə naziri Elias Bou Saabın İsrail dronlarını məhv etmək təcrübəsini onlarla bölüşə biləcəyi barədə Ermənistana etdiyi təklifi şərh edərkən deyib.
"Nazirin sözləri həqiqətə heç bir aidiyyəti olmayan əsl uydurmadır. Livan heç vaxt İsrail dronlarını vurmayıb və İsrail Livan səmasında istədiklərini edir. Beyrut başqa bir dövlətə bu mövzuda kömək təklif edərsə, bu yalnız həmin ölkə hökumətinin Ermənistanla əməkdaşlıq etmək istədiyini göstərir. Beləliklə, Livan hakimiyyəti, Yerevana əslində olmayan şeyləri satmaq qərarına gəlib. Hesab edirəm ki, Müdafiə nazirinin açıqlamasına yalnız bu cür yanaşmaq olar. Onun həmin pafoslu açıqlaması Livan dövlətinin hansısa mifik imkanları barədə reklamdan başqa bir şey deyil”,- deyə ekspert bildirib.
Eyni zamanda, o qeyd edib ki, son vaxtlar Beyrutun Rusiya hava hücumundan müdafiə sistemlərini satın aldığı barədə şayiələr yayılır. Əgər belədirsə, onda çox güman ki, Livan C-400 hava hücumundan müdafiə sistemini hədəfə alıb.

"Görünür, Livan hakimiyyətinə elə gəlir ki, aşağıdan uçan İsrail dronlarını S-400 kompleksi ilə dəqiq vurmaq olar, halbuki bu sistem yüksək hündürlükdəki hədəflər üçün hazırlanıb",-deyə politoloq qeyd edib.
PUA dünyanın bir çox ölkələrinin sahib olmaq istədiyi müasir və təsirli silahdır. Onun yüksək səmərəliliyi Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumda əyani şəkildə nümayiş olundu. Bununla belə, o xatırladıb ki, Yaxın Şərqdə bu günə qədər hər cür raketləri - minimum hündürlükdə uçan minaatan mərmilərdən qitələrarası kosmik raketlərə qədər, vurmağa yalnız İsraildəki hava hücumundan müdafiə sistemləri qadirdir.
"Hətta İsrailin hərbi tərəfdaşı olan və onunla birlikdə hərbi texnika hazırlayan ABŞ da İsrail sistemlərini əldə edib. Bu günə qədər hazırlanan və silahlanmaya qəbul edilən İsrail hava hücumundan müdafiə sistemləri dünyadakı bütün analoqlardan üstündür. Livanda buna heç yaxın da ola biləcək bir şey yoxdur və ola da bilməz",-deyə Zvi Maqen qətiyyətlə vurğulayıb.

Ermənistan hökumətinin "İsrail-Azərbaycan tandemi ilə qarşı-qarşıya qalmaq üçün" İsrail ilə sıx əməkdaşlığın qurulması zərurətinə dair açıqlamasına gəlincə, israilli politoloq belə ifadələrin "daxili auditoriya üçün nəzərdə tutulduğuna" əmindir.
"Əlbəttə, İsrail hökuməti Ermənistanın Avropa dövləti ilə daha yaxın münasibətlər qurmaq istəyini alqışlayır. Yerevan İsraildə səfirlik açmaq niyyətində olduğunu bəyan etdi və bu, Ermənistan cəmiyyətinə Tel-Əvivlə əlaqələrin yüksəldilməsinin İsrail və Azərbaycan arasındakı əməkdaşlığa qarşı çıxmaq imkanı verəcəyi kimi təqdim olunur.
Halbuki İsrailin strateji xarici dövlət siyasəti xətti, onun hakimiyyətindəki konkret şəxslərdən və hansısa başqa ölkə ilə yeni siyasi münasibətlərin qurulacağından asılı deyil. Və Azərbaycanla əməkdaşlıq, şübhəsiz, İsrailin bu dövlət siyasətinin tərkib hissəsidir”, - deyə Zvi Maqen fikrini yekunlaşdırıb.
Oxşar xəbərlər
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
