Macarıstan səfirliyində evlənən həmyerlimiz: Başıma gələn ən maraqlı hadisədir - MÜSAHİBƏ
Müsahibə25 sentyabr 2019 13:19
İlk dəfə Azərbaycanın Macarıstandakı səfirliyində nikah bağlayan, məşhur "GE-General Electrics” şirkətində işləyən yeganə azərbaycanlı Xavər Ələkbərli Oxu.Az-a müsahibə verib.
- Xavər xanım, harda təhsil almısınız?
- 2011-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər ixtisası üzrə bakalavr təhsili, 2016-2018-ci illərdə Macarıstanın Dövlət Universiteti olan Budapeşt "Business School”da Beynəlxaq Biznes və İqtisadiyyat fakültəsində magistratura təhsili almışam. Bu il isə "National Univercity Of Public Service”ə doktorantura pilləsinə qəbul olunmuşam.
- Təhsilinizi niyə məhz Macarıstanda davam etdirmək qərarına gəldiniz?
- Magistratura pilləsi üzrə bir çox ölkələrin universitetləri ilə maraqlanmışdım. Bu axtarışlar zamanı təqaüd proqramlarını da diqqətlə nəzərdən keçirdim. Bu zaman "Stipendium Hungaricum” proqramı ilə tanış oldum və Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanda oxumağı seçdim. Avropada təhsil almaq, Avropa təhsil sistemi və dəyərləri ilə tanış olmaq bir çox gəncin xəyalıdır. Çox xoşbəxtəm ki, bu məqsədimə nail ola bildim.
- Doktorantura üzrə hansı ixtisası seçmisiniz?
- Doktorantura pilləsi üzrə müraciət etdiyim universitet Macarıstanın Dövlət Qulluğu Universitetidir. Növbəti dörd il ərzində üzərində işləyəcəyim mövzu qlobal arenada dövlətlərin brendinqini, onun ölkənin iqtisadiyyatına, turizminə olan təsirini, dünyada bu sahədə olan uğurlu nümunələrini və digər məsələləri özündə cəmləşdirir. Hesab edirəm ki, seçdiyim mövzu həm Macarıstan, həm də Azərbaycan üçün mühüm və tam araşdırılmamış sahədir.
- Ailəniz xaricdə oxumaq qərarınızı necə qarşıladı?
- Ailəm hər zaman qərarlarımı dəstəkləyib. Orta məktəb dövründən üzərimdə çox əziyyət çəkərək, sağlam qərarlar qəbul edə biləcək şəxsiyyət olaraq formalaşmağıma yardım ediblər. Onların mənimlə qürur duyduğunu bilmək, görmək və eşitmək çox gözəldir. Xaricdə təhsil almağa qərar verdikdə ailəm də dəstəklədi və hazırda dəstəkləməyə davam edir.
- Macarıstanda yerləşən "GE-General Electrics” kimi məşhur bir şirkətdə işləmək təklifi necə gəldi?
- Magistraturanın ikinci təhsil ilindən başlayaraq Budapeştdə bir çox beynəlxalq şirkətə iş üçün müraciət etmişdim. Özümü xoşbəxt hiss edəcəyim, məşğul olduğum işdən zövq alacağım, özümü inkişaf elətdirə biləcəyim və şirkətə töfhəm ola bilək iş axtarırdım. İlk öncə "GE-General Electrics”də altı aylıq təcrübə proqramına olan müraciətim müsbət nəticələndi. Təcrübə müddəti bitdikdən sonra menecerim şirkətdə tam ştat iş təklif etdi. Noyabr ayından etibarən isə "GE”nin ən gəlir gətirən biznesi olan "GE-Aviation”da işimi davam etdirəcəm.
- Şirkətdə hansı vəzifədə çalışırsınız? Beynəlxalq bir şirkətdə işləmək təcrübəsi qazanmaq necə hissdir?
- Hazırda şirkətdə maliyyə üzrə çalışıram. Beynəlxalq şirkətlərin maliyyə əməliyyatları nəhəng olduğu üçün burada iş vəzifələrinin təsnifatı da bir qədər fərqlidir. "Operational Controllership Analyst”in dilimizə tam dəqiq tərcüməsi mümkün deyil, qismən maliyyə-audit vəzifəsinə bənzəyir. Avropada iş təcrübəsi qazanmaq ən böyük xəyallarımdan biri idi. İş mühitinin rahatlığı, öyrədiciliyi, menecerimin və həmkarlarımın mehriban münasibəti, fikir azadlığı, həmçinin öyrənmək həvəsim burada mənə çox kömək olur.
- Azərbaycana qayıdaraq təcrübələrinizi burada tətbiq etmək fikriniz var?
- Avropada qazandığım təcrübəni, öyrəndiklərimi ölkəmin inkişafı naminə sərf etmək istəyirəm. Düşünürəm ki, bu amalımı istər ölkə daxilində, istərsə də ölkə xaricində həyata keçirmək mümkündür.
- Şirkətdə işləməklə yanaşı başqa işlərlə də məşğul olursunuz?
- Gənclər Fondunun dəstəyi ilə Budapeşt şəhərində önəmli bir layihə həyata keçirmişəm. Belə ki, təşkil etdiyim "How do I know Azerbaijan - Mən Azərbaycanı necə tanıyıram?” adlı məqalə yarışması Budapeştdə təhsil alan müxtəlif ölkələrdən olan tələbələr arasında keçirilib. Layihənin qalibi Azərbaycana bir həftəlik səfərlə mükafatlandırılıb, milli adət ənənələrimiz, Bakı şəhəri, Azərbaycanın ailə dəyərləri ilə tanış olublar.
Azərbaycanda isə bir müddət Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatına sədrlik etmişəm. Bu dövrdə layihələrin idarə olunması və həyata keçirilməsi üzrə təcrübə qazanmışam. 2013-cü ildə BMT-nin Gürcüstan mərkəzinin qrant proqramı ilə Bakıda, İsmayıllıda "Qadınların qərar qəbul etmə prosesində iştirakı” layihəsinə rəhbərlik etmişəm. Qeyd olunan layihə çərçivəsində liderlik, qərar qəbulu, təhsil və digər sahələrdə müxtəlif təlimçilər tərəfindən sessiyalar keçirilib.
2015-ci ildə "Menecment Akademiyası - 2015” adlı kompleks təlimlər olan layihəm ilə Gənclər Fondunun qalibi olmuşam.
- Macarıstanda daha hansı layihələriniz olacaq?
- Macarıstanda ümumiyyətlə, Avropada həyata keçirmək istədiyim bir neçə layihəm var. Əlbəttə ki, bunların hamısının əsasında Azərbaycanın layiqli tanıdılması, ölkə xaricində olsaq belə, vətənimizə dəstək olmaq, gənclərimizi xaricdə təhsil və özünü inkişafa sövq etmək, cəsarətləndirmək durur.
- Hazırda Budapeştdə neçə azərbaycanlı tələbə təhsil alır?
- Budapeştdə 300-400 arası azərbaycanlı tələbə təhsil alır. Mənim də iştirak etdiyim "Stipendium Hungaricum” təqaüd proqramı vasitəsilə hər il 200 tələbə Macarıstanın müxtəlif şəhərlərinə təhsil almağa gəlir. Azərbaycanlı tələbələr təhsildən sonra müxtəlif qlobal şirkətlərdə təcrübə keçir və işə başlayırlar.
Ümumiyyətlə, Budapeştdə öz sahəsində uğur qazanan, təcrübəli çoxlu azərbaycanlı dostlarımız var. Məsələn, Rəşad Mehbalıyev Budapeştdə yaşayan və təhsil alan ilk azərbaycanlılardandır. Biz tələbələr və burada işləyən digər şəxslər bir-birimizlə R.Mehbalıyevin "Facebook” sosial şəbəkəsində yaratdığı "Macarıstanda yaşayan azərbaycanlılar” qrupu ilə əlaqə saxlayırıq. Bununla yanaşı o, Macarıstana təhsil və iş üçün gələn şəxsləri lazımi məlumatlarla hər zaman təmin edir.
Eyni zamanda, Babək Musazadə yalnız Macarıstanda deyil, bütün dünyada yaşayan azərbaycanlılar üçün "Facebook” platformasında "Gəzəyənlər” qrupunun yaradıcısıdır. Həmvətənlərimiz dünyanın və ölkəmizin müxtəlif yerlərinə etdiyi səyahətlərdən qazandıqları təcrübələri həmin səhifədə bölüşürlər. Bunlarla yanaşı, xeyli çalışqan və öz işlərində uğurlu azərbaycanlılar çoxdur. Düşünürəm ki, uğur şəxsin özündən başqa digərlərinə faydalı olan işlərlə məşğul olmasıdır.
- Macarıstanda təqaüdlə təhsil almaq istəyənlərə köməklik edirsinizmi?
- Sevindirici haldır ki, Azərbaycandan hər il bir çox şəxs təqaüd proqramları ilə, buradakı təhsil ilə maraqlanır. Əlbəttə ki, bacardığım qədərilə məlumat almaq istəyən şəxslərə yardım etmişəm. Məsləhət görərdim ki, tələbə olmaq istəyənlər Təhsil Nazirliyinin və Macarıstan tərəfinin paylaşdığı məlumatlarla diqqətlə tanış olsunlar. Çünki hər il qəbul şərtlərində müxtəlif dəyişikliklər ola bilər.
- Azərbaycanın Macarıstandakı səfirliyi ilə əlaqələriniz necədir? Sizə işlərinizdə köməklik edirlər?
- Macarıstanda yerləşən Azərbaycan səfirliyinin əməkdaşları, başda cənab səfir Vilayət Quliyev olmaqla tələbələrə qarşı çox diqqətcildirlər. Səfirlik tərəfindən milli bayramlarda tələbələr üçün tədbirlər, şənliklər təşkil olunur. Bu, vətəndən uzaqda yaşayan insanlar üçün çox böyük addımdır. Eləcə də mənim yuxarıda qeyd etdiyim layihəmin həyata keçirilməsində çox böyük dəstək oldular.
- Həyat yoldaşınla necə tanış olmusuz?
- Həyat yoldaşımla Budapeştdə tanış olmuşuq. Eyni universitetdə müxtəlif ixtisaslar üzrə təhsil alırdıq. Onunla tanışlıq başıma gələn ən maraqlı və ən gözəl hadisədir. Çünki iki il eyni universitetdə oxusaq da, bir-birimizi tanımamışıq (gülür).
Ümumiyyətlə, Macarıstana oxumağa gələrkən qəti olaraq ailə həyatı haqqında düşünmürdüm. İşimə və təhsilimə daha çox önəm verirdim. Həyatda xoş təsadüflərin olması gözəldir. Həyat yoldaşım da məni layihələrimdə, təhsilimdə, işimdə daim dəstəkləyir.
- Niyə nikahı məhz Budapeştdə bağlamağa qərar verdiniz?
- Bizim üçün xoş xatirəsi olsun deyə nikahımızı Budapeşt şəhərində bağladıq. Həmçinin, işimizlə əlaqədar olaraq Bakıya tez-tez gəlib-getmək mümkün olmadığından nikahın burada bağlanması daha rahat oldu. Buradakı ailəmiz, yaxın dostlarımız, iş yoldaşlarımızla ömür boyunca xatırlayacağımız xoş xatirə oldu. Səfirliyimizin əməkdaşları, Emil Rəhimov və Rüstəm Zərbəliyev hər zaman olduğu kimi nikahımızda da bizə dəstək oldular.
Oxşar xəbərlər
- Həmid Herisçi AYB-nin üzvü oldu
2 may 2024 10:36
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
1 may 2024 19:01
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 2024 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 2024 10:46
- Nəcməddin Sadıkovun verdiyi 800 mini çatdırmışam
29 aprel 2024 18:15
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 2024 13:05
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 2024 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 2024 11:35
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 2024 12:39
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 2024 10:13
Xəbər lenti
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
02 may 14:13
- Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul etdi
02 may 12:44
- Füzuli şagirdləri üçün NAR-dan gözəl hədiyyə
02 may 12:32
- Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)
02 may 10:47
- Həmid Herisçi AYB-nin üzvü oldu
02 may 10:36
- Musabəyov, bir gün Başkənddə döyüşsəydin, bu sözü deyə bilməzdin... Etibar Əmiraslanov
01 may 22:28
- Vitse-spiker Adil Əliyev Ukrayna Ali Radasının vitse-spikeri ilə görüşüb - FOTO
01 may 22:21
- Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm - Seymur Orucovun qohumu həbs edildi
01 may 22:04
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
01 may 21:56
- Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi
01 may 19:15
- Ramin İsayevin məhkəməsində insident yaşanıb....
01 may 19:01
- İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi
01 may 15:55
- Sumqayıt İcra Hakimiyyətində Gündüz Əliyevlə Adil Xudadatov arasında başlanan çəkişmənin GİZLİN SƏBƏBLƏRİ
01 may 15:50
- Sabah DEPUTAT Ramin Məmmədovla bağlı iclas keçiriləcək
01 may 15:24
- Rasim Tağıyevin oğlu həbs edildi
01 may 15:18
- 100 uşağı öldürən həkimin Azərbaycanda gizli əməlləri - VİDEO
01 may 11:53
- Bakıda beynəlxalq forum keçirilir: Prezident çıxış edib (YENİLƏNİB)
01 may 11:45
- Nəcməddin Sadıqovun həbsinə HAZIRLIQ BAŞLADI!
01 may 09:37
- Nazir ölkəyə yeni baş notarius təyin etdi (ÖZƏL)
30 aprel 21:40
- Azərbaycanlı milyarder əfv edildi - Edam cəzası verilmişdi
30 aprel 19:48
- NAR rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
30 aprel 19:29
- Şəhərin 85 faizi azərbaycanlıdır, amma bir TV-miz belə yoxdur- Sabiq deputat
30 aprel 19:20
- Əməliyyat keçirilən qurumun rəisi kimdir?
30 aprel 16:19
- Mayın ilk gününün havası
30 aprel 13:17
- Sex qızıllarını İtaliya və Türkiyə məmulatı adı ilə satırmışlar - Moskva Univermağında əməliyyat
30 aprel 12:00
- Bakcell ilə innovasiya dövrü başladı!
30 aprel 11:50
- Lalə Ümid yeni kitabını təqdim etdi – Foto
30 aprel 10:46
- ADNA terrorundan 15 il ötür...
30 aprel 10:28
- Dövlət Neft Fondu bu il 3 tona yaxın qızıl alıb
29 aprel 23:51
- İsa Qəmbər rəsmən namizəd oldu - Foto
29 aprel 23:33
Video & Fotoqalereya
Video
Fotoqalereya