Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevə milyonluq hədiyyəsi 2-ci YAZI

2-ci yazı
Artıq bəyannamə adı altında 5-10 qəpik dəyəri olan adi rəngli kağız vərəqlərin iş adamlarına 210 manata satmağın mümkün olmadığını görən Səfər Mehdiyev hansı yola əl atdı ?
Səfər Mehdiyev özünün hazırladığı Dövlət Gömrük komitəsinin 100/03/001 saylı 02.05.2016-cı il tarixli "Malların və nəqliyyat vastələrinin gömrük rəsmilşdirilməsi üzrə elektron Gömrük Bəyannamələrinin qəbulu üzrə inzibati reqlamentini" ortaya atdı və Nazirlər Kabinerində qərar Qəbul elətdirdi."Gömrük yığimlarının məbləğlərinin təsdiq edilməsi haqqinda" Nazirlər Kabinetinin 168 saylı 26 aprel 2016 tarixli qərarı:Bənd 2.4 Malların və nəqliyyat vastilərinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi ücün elektron gömrük xidməti göstərilməsinə görə 30 manat məbləgində gömrük yığımı alınır. Hörmətli oxucular! Məlumar üçün qeyd edək ki, gömrük yığımının 5 növü var. ( Gömrük Məcəlləsi Maddə 231.)
1.Gömrük nəzarətinin həyata kecirilməsi ilə bağlı gömrük yığımı,
2.Gömrük müşaiətinə görə gömrük yığımları ,
3.Malların saxlanca görə gömrük yığımları ,
4.Malların rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas atestatının verilməsinə görə gömrük yığımları ,
5.Bankların və bank olmayan kredit təşkilatların müvafiq icra hakimiyyətində reyestrə salmaga görə gömrük yığımları
Buradan aydın görünür ki, bu siyahıda elektron gömrük yığımı yoxdur. Onda baş verənlər nəyə əsaslanır? Nazirlər Kabinetinin 6 avqust 2018 tarixli 344 saylı qərarına əsasən malın gömrük dəyərinə görə DGK-ya gömrük yığımı ödəmək hər bir iş adamının vəzifəsidir.Onda sual olunur: " Elektron gömrük xidməti adı altında Dövlət Gömrük Komitəsinin nəzdində təsərrüfat hesablı başqa bir müəssisəyə nə ücün iş adamlarından küllü miqdarda vəsait ödənilir?" Elektron xidmət haqqı nə deməkdir ?? Əgər iş adamı idxal və ya ixrac etdiyi malı elektron formada Elektron hökümət portalında DGK-ya bəyan edirsə, onda Səfər Mehdiyevin qaynı Zeynal Tarquliyevin hansısa bir təsərrüfat hesablı müəssisəsinə niyə pul ödəməlidir ?Əgər iş adamına pulsuz reklam verilibsə (qələm, blaknot, burulok, kalendar, divar saatı, reklam köynəyi və s ) 25 adda 20-30 kq pulsuz verilən reklama gömrük sənədləşməsi ücün 200 dollar ( yəni təxminən 340 manat ) qiymət qoyulubsa, onda gömrük vergiləri belə olacaq:
Gömrük xidmət haqqı - 10 manat,
İdxal vergisi 340 *15% - 51 manat,
ƏDV (340+10+51) *18% = 72 manat,
Elektron bəyannamədə 25 adda mala 9 vərəq lazımdı (hər vərəqə 3 adda mal gedir) görə, iş adamı 9 * 30 man = 270 manat pul ödəməlidir. Deməlı pulsuz verilən 200 dollarlıq reklama görə iş adamı DGK-ya xidmət haqqı olaraq 10 manat, dövlət büdcəsinə isə (İdxal+ƏDV) 123 manat ödəməlidir. DGK nəzdində təsərrüfat hesablı müəssisəyə, yəni Tarquliyevin hesabına isə iş adamı guya "elektron xidmət" göstərdiyinə görə, 318.60 manat ödəməlidir. Ən acınacaqlısı və gülməlisi odur ki, əgər bəyannamədə səhv varsa, deməlı hər bir hərf səhvinə görə iş adamı əlavə olaraq 35 manat 40 qəpik yenidən ödəməlidir. Bura qədər Nazirlər Kabinetinin qərarına əsasən qanunsuz da olsa, pis-yaxşı kağız üzərində don geyindirilib.
İndi isə keçək TAM QANUNSUZLUĞA
2019- cu ilin əvvəlində Gömrük Məcəlləsinin 113-cü maddəsinə edilən əlavəyə görə, "Qisa idxal bəyannəməsi"nin verilməsi məcburi edildi. Hətta İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə görə ( Maddə 485.2 ) buna görə, fiziki şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat cərimə olunurlar. İş adamlarının hamısı fikirləşib ki, bütün bu dəyişikliklər malın sərhəddən tez keciririlməsi və ya birbaşa öz anbarına aparılması və daha doğrusu işin sadələşdirilməsi məqsədi ilə edilib. Amma gözlənilənlərin tam əksinə olaraq bu dəyişikliklər Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevin “payını” artırmaq üçün edilib. Sual 1. Tutaq ki, iş adamı Rusiya Federasiyasindan 3 tonluq konteynerdə 1000 dollarlıq mal gətirib. Dövlətlərarası sazişə görə iş adamı ST-1 verdiyi üçün idxal vergisindən azaddır. 1000* 18%= 180 dollar (306 manat ) vergi verməlidir. Qısa idxal bəyannaməsi vermədiyinə görə, iş adamı 1500 manat (882 dollar) cərimə ediləcək ? Hüquq şöbəsi bu qərar lahiyyəsini yazıb hazırlayanda fikirləşmədi ki, bu nədir.?? 1000 dollarlıq mala görə iş adamını 882 dollar cərimə edirsən, sonra da deyirsən ki, 180 dollar dövlətin vergisini ödə . ??
Yəni malın cəriməsi və vergisi ( 882 + 180 = 1062 dollar ) malın dəyərindən ( 1000 dollar ) çoxdur. Bərəkallah, DGK-ya.
Sual 2. Nazirlər Kabinetinin yuxarıda qeyd etdiyimiz 168 saylı qərarının 2.4 bəndində yazılmışdır: "Gömrük proseduru altında tam yerləşdirilməsi nəzərdə tutan hər vərəq ücün 30 manat elektron xidmət haqqı tutulur". Qisa idxal Bəyannaməsi nə vaxtdan gömrük proseduru olub ?
Gömrük Proseduru. 1.Malların təkrar ixracı gömrük proseduru.
2.Daxili malların ixrac gömrük proseduru.
3. Müvəqqəti İxrac gömrük proseduru.
4.Sərbəst dövriyyə ücün buraxılış gömrük proseduru.
5. Təkrar idxal gömrük proseduru.
Xüsusi gömrük prosedurları Tranzit( beynəlxalq və ya daxili) Saxlanc ( müvəqqəti saxlanc və ya gömrük anbarında saxlanc)Sərbəst zonaXüsusi istifadə (müvəqqəti idxal və ya son istifadə+ rüsumsuz ticarət mağazası)5.Emal (daxildə və ya xaricdə)
Sual 3.Hamiya aydın olsun deyə gömrük prosedurlarını saydıq. Qısa idxal bəyannaməsi qərarın 2.4 bəndində deyildiyi kimi tam gömrük proseduru olmadığı halda niyə 35.40 manatdan pul yığılır. ???? Məlumat ücün bildirirək kı, qısa idxal bəyannaməsi məlumat xarakteri daşıyır. Nə ücün iş adamı Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevin rəis müavini olduğu təsərrüfat hesablı müəssisəyə qanunsuz pul ödəməlidir ? Ozü də küllü miqdarda Gömrük bəyannaməsində 1 əsas və 33 əlavə vərəq ola bilər. 34 vərəq * 35.40 man =1203.60 manat Bundan sonra iş adamı gömrük proseduru secir, tutaq kı, sərbəst dövriyyə. Onda iş adamı niyə yenidən Səfər Mehdiyevin qayınına 1203.60 ödəməlidir? Bu nə soyğunçuluqdur. ??Sual 4. Hər bir hərf səhvinə görə iş adamı Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyevin kantoruna əlavə olaraq 35.40 ödəməlidir. Hərf səhvinə və yaxud da rəqəm səhvinə görə !!!!Xırda bir hesablama aparaq ! Bu gün DGK-nın bazasında 300.000 civarında idxal bəyannaməsi var. Təxminən hərəsinə dörd əlavə vərəq götürsən 960.000 bəyannamə . Deməlı 1200000*35.4=42 000 000 manat. İdxalda onu da vuraq 2 yə birinci qisa idxal sonra ikinci gömrük proseduru 84 000 000 manat Bu gün gömrük bazasında 60000 ixrac bəyannaməsi var. 60000*35.4=2 124 000 manat. Tranzit bəyannaməsi, Natamam bəyannamə, Dövrü bəyannamə və səhvə görə əlavə ödənişi də nəzərə alsaq 10 ayda təxminən 90 000 000 manat eləyir. Tam əminliklə deyərdik kı, ilin sonuna qazanc 100 000 000 manatı kecir. İndi isə Tərəzi puluna nəzər salaq :Sərhədlərdə iş adamlarından yığılan tərəzi pulu lap rüsvayçılıqdır. Görün nə qədər qanunsuzluqdur ki, hər vaqona görə 150-200 manatdan tərəzi pulu yığılır. İş adamı Dövlət Gömrük komitəsinin nəzdində Təsərrüfat hesablı Azterminalkompleks Birliyindən xahiş edib ki, vaqonu tərəziyə cixarib cəksin??? Bu nə rüsvaycılıqdı ? Almaniyadan TIR karnitlə bir necə dövlətin sərhəddini kecən maşına tərəzi pulu yığılır. Bütün bu pullar Səfər Mehduyevin qayını Zeynal Tarquluyevin rəis müvini olduğu təsərrüfat hesablı müəsisəyə gedir. Oradan isə saxta tenderlərə. Bəli, saxta tenderlərə. Sual 5. Yuxarıda qeyd etdiyimiz kimi əgər iş adamına distribyütöru olduğu şirkət tərəfindən pulsuz 30 kq reklam verilibsə (qələm, kalendar, divar saatı, bruloq, koynək vitrin ləvazımatı, iqruşkalar və s), onda iş adamı nə ücün qisa idxal bəyannaməsi yazılanda hərəsinə görə 35.40 manat ödəməlidir ??Bu tam qanunsuzluq və soyğunçuluqdur. Əgər iş adamı saxlanca mal verirsə, yenə ödəməli, saxlancdan sonra sərbəst dövriyyə buraxılırsa, yenə ödəməlidir. Pulsuz verilmiş reklam mallarina görə yenə ödəməlidir?Saxlanc və sərbəst dövriyyəni qanunsuz da olsa, NK-nın qəraraına pərçim etmisiniz. Axı nəyə görə, iş adamı Qısa idxal bəyannaməsinə görə ödəniş etməlidir ??Qanuna görə, Qısa idxal bəyannaməsinə görə, hec bir xidmət haqqı tutulmur, amma DGK həmin 35,40 manatı qanunsuz da olsa məcburən tutur. Elə olur ki, iş adamı pulsuz verilən reklam mallarina görə 300-400 manat xidmət haqqı ödəməli olur. Görəsən, DGK iş adamlarını niyə soyur ? Ən gülməlisi odur ki, Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyev Təsərrüfat hesablı Azterminalkompleks Birliyində rəis müavini olanadək Qısa idxal bəyannaməsindən pul tutulmurdu. Görünür bunu DGK sədri qaynına "hədiyyə" edib və artıq proqramda dəyişiklik edilib, qanunsuz da olsa proqram tələb edir ki, ödə .Sual 6. Gömrük Məcəlləsi Maddə 116 Qisa idxal bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa catmazdan əvvəl onu əvəz edən Gömrük bəyannaməsi təqdim edildikdə həmin gömrük bəyannaməsinin aid olduğu mallar ücün qısa idxal bəyannaməsi tələb olunmur. Bu Gömrük Məcəlləsində qeyd olunub. Lakin Dövlət Gömrük Komitəsi mütləq şəkildə Qısa idxal bəyannaməsi tələb edir. Deyir kı, orada barkod yoxdur. Barkod da mal sərhəddi kecəndən sonra verilir. Axı bu iş adamlarının gunahi deyil.? Bilərəkdən əngəl yaradılır kı, qısa idxal bəyannaməsi yazılsın və Səfər Mehdiyevin qayını Zeynal Tarquluyevin müəsisəsinə pul ödənilsin. Sual 7 .Gömrük Məcəlləsi Maddə 113 Qısa idxal bəyannaməsinin təqdim etmə öhdəliyi.bənd 113.4 Bu maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanindan dayanmadan kecən nəqliyyat vastələrində daşınan mallara şamil edilmir. Gömrük Məcəlləsi deyir ki, "Gəmi ilə, Hava limanı ilə daşınan mallara Qısa idxal bəyannaməsi tələb olunmur". Amma Dövlət Gömrük Komitəsi məcbur edir ki, mütləq Qısa idxal bəyannaməsi yazmalısan. Məqsəd məlumdu.... Əlavə ödəniş edilsin Hara? Tarquliyevin hesabına. Sual 8 .Gömrük Məcəlləsi maddə 124.1 Mallar dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdiyi hallar istisna olmaqla Gömrük orqanına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda yerləşdirilmiş hesab edilir. 4.Gömrük məcəlləsi Maddə 178.2Mallar müvəqqəti saxlanc gömrük prosedurunda yerləşdirilməsi ücün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qisa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir. Məcəllədə deyilir ki, Dövlət Gömrük Komitəsi Qısa idxal bəyannaməsi saxlanc bəyannaməsi kimi qəbul edilməlidir. Bunu Məcəllə deyir. DGK isə qəbul etmir. Amma Zeynal Tarquluyev müavin olanadək qəbul edilirdi Amma indi qəbul edilmir. Niyə ?
Niyəsi məlumdu. DGK tələb edir ki, yenidən saxlanc bəyannaməsi yazın, yenidən Tarquliyevin hesabına ödəniş edin. Bütün bu həngamələrin bir məqsədi var: iş adamlarına işgəncə vermək, prosesi əngəlləmək, bir malı dəfələrlə bəyan etmək və...Hər vərəqə görə, Zeynal Tarquluyevin müəssisəsinə pul ödəmək.
Araşdırmamız davam edir.
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 2025 15:37
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 2025 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 2025 12:05
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 2025 15:27
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 2025 20:10
- Gürcüstan Prezidenti aprelin 15-də Azərbaycana səfər edəcək
11 aprel 2025 22:38
- İlham Əliyev İrakli Kobaxidze ilə görüşdü FOTO YENİLƏNDİ
11 aprel 2025 20:54
- -Park- nəşriyyatının təqdimatı olacaq
11 aprel 2025 00:54
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Vilayət Eyvazov rəislərə tapşırıq verdi - FOTOLAR/VİDEO
8 aprel 2025 19:28
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24