Misir Mərdanov Vurğun Əyyubla bağlı xatirələrini danışdı: “Təmiz insanıydı...”
Müsahibə27 sentyabr 2019 15:01
"Vurğun Əyyub çox yaxşı və təmiz insan idi”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycanın sabiq Təhsil naziri (1998-2013) Misir Mərdanov söyləyib.
O, mərhum təhsil xadimi Vurğun Əyyubla bağlı xatirələrini bölüşüb və test üsulunun Azərbaycana gətirilməsində onun böyük rolu olduğunu qeyd edib:
"Firudin Cəlilov test üsulunu Azərbaycana gətirməyi təklif etmişdi. Bunu öyrənmək üçün məni və Vurğunu Türkiyəyə göndərdi. O zamanlar Təhsil Nazirliyində çalışdığım üçün Türkiyə Təhsil Nazirliyinin əməkdaşlarını yaxından tanıyırdım. Onlar tez-tez Azərbaycana gəlir və biz də vaxtaşırı Türkiyəyə gedirdik. Vurğunla biz Ankaraya yollandıq. Test üsulunu ölkəmizə gətirmək bizə asan başa gəlmədi. Ankaradan test nümunələrini çətinliklə götürə bildik. Onlar kağız formatında olduğuna görə o zamanlar onu çap etmək üçün Azərbaycanda vəsait yox idi. Mən də Türkiyənin Təhsil nazirinin qəbuluna getdim. Ondan vəsait alaraq kağızları çap etdirdim. Sonra isə Bakıya qayıdaraq testləri TQDK-ya təhvil verdik.
Zakir Hüseynov da bizimlə bərabər gəlmişdi. O vaxt o, Prezident Administrasiyasında çalışırdı. Çox çətinliklə olsa da, biz bu işlərin öhdəsindən gəldik. Vurğun mənə yaxından kömək etdi. O, test üsulunun ölkəmizə gətirilməsində çox böyük əmək sərf edib.
Vurğun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbər seçildiyində mən nazir müavini idim. Məni də TQDK-nın idarə heyətinə üzv seçdilər. O zamanlar mən həm də prorektor işləyirdim. Bəzən TQDK-ya gedib-gəlirdim. O zamankı iclaslara Vurğun rəhbərlik edirdi.
Vurğun çox yaxşı və təmiz insan idi. Allah onun yerini cənnət eləsin. Media vasitəsi ilə onun ailə üzvlərinə rəhmət diləklərimi çatdırıram”.
Qeyd edək ki, 24 sentyabrda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub vəfat edib.
Oxşar xəbərlər
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
