Xalq artisti sirləri açdı: Behbudovu kim incik saldı?
Müsahibə29 sentyabr 2019 12:58
Korifey sənətkar Rəşid Behbudovun uzun illərdir Azərbaycandan incik düşən və ölkəni birdəfəlik tərk edərək Ukraynada məskunlaşan bacısı oğlu müğənni Cəfər Behbudovun vəfat xəbəri onun Azərbaycandakı dostlarını da sarsıdıb.
Mərhum müğənni üçün bir neçə mahnı bəstələyən bəstəkar Eldar Mansurov Kult.az-a açıqlamasında bildirib ki, Cəfər Behbudov uzun illər ölkədən uzaq düşsə də, onunla mütəmadi olaraq danışıb:
"Biz onunla tez-tez danışırdıq. Telefonla da əlaqə saxlayırdıq, internet vasitəsilə də danışırdıq”.
Mərhum müğənni ilə zaman-zaman eyni səhnəni bölüşən xalq artisti Flora Kərimova isə Cəfərin ölüm xəbərinin onu sarsıtdığını bildirib. Behbudovun Azərbaycanı birdəfəlik tərk etməsindən danışan F.Kərimova bildirib ki, onun gedişi ilə səhnəmiz böyük səs itirmiş oldu:
"Bu xəbər məni çox sarsıtdı. Belə gözəl insan da dünyadan getdi. Cəfər heç kəsdən heç nə gözləmirdi, ancaq dayısı Rəşid Behbudovdan çox şey umurdu. O, elə düşünürdü ki, bəlkə də səhnədə hələ tam olaraq yetişməyib, buna görə Rəşid Behbudovdan dəstək gözləyirdi. Ancaq Rəşid Behbudov sona qədər onun yanında ola bilmədi. O da bu yolda çox çapaladı. Mən özüm də ona çox kömək etməyə çalışdım. Zaman-zaman özümlə proqramlara çıxardım. Çox çalışdım ki, televiziyada da ona kömək edim.
Daha sonra özündən yaşca çox böyük bir xanımla ailə qurdu. Xanımı çox gözəl insan idi.
Azərbaycan Dövlət Teleradiosunun solistlər ansamblının rəhbəri rəhmətlik Rafiq Babayev xaricə gedəndə ixtisar siyahısı hazırlamışdı və siyahıda Cəfər Behbudovun da adı var idi. Bu, Rafiq müəllimdən asılı deyildi. O zaman Cəfər Behbudov Azərbaycan Televiziyasının estrada orkestrinin solisti idi. Görünür, həmin vaxt orkestrə az adam lazım olub. Orkestrdə ən cavanı Cəfər idi deyə, onu da ixtisara saldılar. Cəfər də buna görə çox pərt oldu. Buna dözə bilmədiyi üçün Azərbaycandan getdi. Heç kəslə əlaqə saxlamadı. Çox heyf ki, o cür səsi itirdik. Cəfər olduqca həlim, mehriban biri idi. Zərrə qədər paxıllığı yox idi. Özü öz üzərində işləyirdi, özünə qarşı iddialı idi.
Mən onu həmişə çox gözəl xatirələrlə, həlim və mehriban biri kimi xatırlayacağam. O, Azərbaycanın itirdiyi gözəl səslərdən biri oldu”.
Qeyd edək ki, Cəfər Behbudov illər əvvəl Azərbaycan mediasında müsahibəsində öz incikliyini bu sözlərlə ifadə etmişdi:
"Ümumiyyətlə, istəmirəm ki, Azərbaycanda xatırlanım. Nəyi dəyişəcək bu? Amma Bakı gözəl şəhərdir. Gəncliyimin şəhəridir Bakı. Televizorda baxıram, şəhər çox dəyişib, gözəlləşib. Amma qayıtmaq fikrim yoxdur.
Qoy hamının yadında necə qalmışamsa, elə də xatırlanım. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə”.
Xatırladaq ki, korifey sənətkar Rəşid Behbudovun bacısı oğlu Cəfər Behbudov ötən gün səhər saatlarında vəfat edib.
Oxşar xəbərlər
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
Xəbər lenti
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
Video & Fotoqalereya
Video
Fotoqalereya
