Azərbaycanı qarış-qarış gəzən amerikalı
Maraqlı20 oktyabr 2019 16:46
Ölkəmizə gələn əcnəbilər Azərbaycan təbiətinə də, mətbəxinə də, incəsənətinə də valeh olduqlarını gizlətmirlər. Budəfəki həmsöhbətimiz, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycanda H2Otel Suya Qənaət Mükafatları layihəsi üzrə baş texniki məsləhətçisi, amerikalı ekspert Meri Metyus da onlardan biridir.
Sputnik Azərbaycan-ın əməkdaşı onunla fəaliyyəti və Azərbaycanla bağlı təəssüratlarını öyrənib:
- Öncə Keniyadan ABŞ-a gedən marşrut haqda danışaq.
- 1965-ci ildə Keniyada doğulmuşam. Lakin bir müddətdən sonra ailəm ABŞ-a köçməyə qərar verdi. Öncə ABŞ-ın Ohayo ştatına köçdük və 21 yaşımadək burada yaşadıq. Bizim Corciya ştatında qohumlarımız olduğu üçün sonradan ailəlikcə ora köçdük.
- Bir neçə təhsil almısınız. İstəyərdim bu haqda məlumat verəsiniz.
- İlkin ixtisasım mədəni antropologiya ilə bağlı olub. Sonradan biologiya elmi üzrə də ixtisaslaşdım. Magistr təhsilim isə politologiya elmi üzrə olub. Bundan başqa, ekologiya sahəsində də ixtisaslaşaraq magistr səviyyəsində biliklərə yiyələnmişəm. Doktorantura müdafiə üçün isə politologiyada ekoloji yanaşmalar mövzusuna həsr olunmuşdu.
- Cənubi Qafqazı öyrənməkdə daha çox maraqlı olmusunuz. Bildiyim qədər, 1992-ci ildən etibarən artıq bu istiqamətdə araşdırmalara başlamısıniz.
- Təhsil aldığım illərdə Cənubi Qafqazı daha çox araşdırmağa çalışırdım. Bu müddətdə xüsusən də Azərbaycan və Gürcüstanı daha çox araşdırırdım. Elə bu səbəbdən də doktorantura dissertasiyam həm Qara dəniz, həm də Xəzər dənizi sahillərində mövcud ekoloji problemlərə həsr olunmuşdu. Azərbaycanla ilkin tanışlığım isə 1992-ci ilə təsadüf edir. O vaxtdan bəri bu ölkə haqda davamlı olaraq nələrisə oxuyur, araşdırıram.
Artıq 27 ildir ki, bu istiqamətdə nələrisə araşdırıram, Azərbaycan mənim üçün doğmalaşıb. Bura sanki mənim evim, ikinci vətənimdir. Azərbaycan mənim üçün ABŞ qədər doğmadır.
- Nə zamandan Azərbaycandasınız?
- 2000-ci ildən Azərbaycandayam. Azərbaycanla bağlı bir dissertasiya işim də olub. Mövzum isə təxmini olaraq belə idi: nə üçün ölkələr Beynəlxalq Ətraf Mühit razılaşmasına qoşulmaq istəyir? Bu dissertasiya ilə əlaqədar olaraq müəyyən araşdırma aparmışdım. Qara dənizin və Xəzər dənizinin ətraf mühit proqramı haqda müəyyən məlumatlar var idi. Hansı ki, Qara dənizin ətraf mühit proqramından sonra Buxarest razılaşması əldə olunmuşdu. Xəzər dənizinin ətraf mühit proqramından sonra Tehran konvensiyası bağlanmışdı. 2001-ci ildən etibarən isə Azərbaycanda məsləhətçi kimi çalışıram.
- Davamlı olaraq H2OTEL Su İsrafının Qarşısının Alınması Mükafatı layihəsi ilə əlaqədar Bakıdasınız. Demək olar ki, artıq 3 ildir...
- Artıq uzunmüddətli olaraq Azərbaycanda yaşamağa başlamışam. Bu da mənim H2Otel layihəsində baş məsləhətçi kimi çalışmağımla əlaqədardır. Burada özümü evimdə yaşayırmış kimi hiss edirəm. Azərbaycan dilində bir qədər anlaya bilsəm də, amma bu sahədə biliyim mükəmməl deyil.
- Azərbaycan sizin üçün nəyi ilə fərqlənir?
- Azərbaycanda ən çox sevdiyim şey insanların çox istiqanlılığı və onlarda yumor hissinin yüksək olmasıdır. Burada insanların qürur hissindən də çox təsirlənmişəm. Bundan başqa, azərbaycanlıların çox qonaqpərvər olduğunu da deyə bilərəm. Onların qapıları, süfrələri hər zaman açıq olur. Yadımdadır, hələ o zamanlar antropologiya üzər təhsil alanda müxtəlif mədəniyyətlərin nə qədər qonaqpərvər və səxavətli olması haqda öyrənirdim.
Təhsil aldığımız müddətdə bizə Qafqaz xalqlarının çox səxavətli olduğu haqda məlumat verirdilər. Burada yaşadığım vaxtda əyani olaraq bunun şahidi oldum.
- Bəs, Azərbaycan haqda öncə eşitdiklərinizlə, gördükləriniz arasındakı fərq nədir?
- Azərbaycanın təbiəti də çox valehedicidir. Məncə çox adamlar Azərbaycanın bu gizli qalan gözəlliyindən xəbərsizdir. Mən Azərbaycanda ancaq Quba və Lənkəranda olmamışam. Bu yerlərdən başqa Azərbaycanı qarış-qarış gəzmişəm. Hər rayonun bir başqa gözəlliyi var. 2004-2005-ci illərdə Neftçaladan Qazaxadək bir səyahətim oldu. Bundan başqa, həmin illərdə ilk dəfə olaraq Balakənə də səfər etdim, ora çox gözəl idi.
- Bu illər ərzində Azərbaycanda hansı irəliləyişlərin şahidi olmusunuz?
- Ümumiyyətlə, son illərdə Azərbaycan neft sənayesindən başqa digər sahələrdə sürətli inkişaf edir. Məsələn, bura ərzaq və su təhlükəsizliyini, enerji və ətraf mühit təhlükəsizliyi kimi sahələri misal çəkmək olar. Hökumət tərəfindən bu sektorlar lazımınca idarə edilir. Lakin neftlə zəngin olan digər ölkələrdən fərqli olaraq dayanıqlı inkişaf yolunda daha da davamlı addımlayır və müəyyən uğurlara nail olur. Düşünürəm ki, buradakı insanlar daha çox fürsət və imkanlara sahibdirlər. Onlar bu imkanlardan həm özlərini, həm də ölkələrini gücəndirmək üçün istifadə edə bilərlər. Bilirəm ki, Azərbaycandan ABŞ-a gedərək orada yaşamaq arzusunda olanlar var. Amma ABŞ-da elə adamlar tanıyıram ki, azərbaycanlıların sahib olduqları dəyərlərə sahib olmaq istəyirlər. Məsələn, dərin mədəni hisslərə, cəmiyyətdəki bağlılıq hissinə sahib olmaq istəyərdilər.
- Burada ailənizlə birgə yaşayırsız, yoxsa onlar Amerikada qalıblar?
- Burada həyat yoldaşım, itim və dörd pişiyimlə yaşayıram. Pişiklərimin 3-nü Gürcüstanda olarkən götürmüşəm. Onlardan biri isə Azərbaycandan tapdığım pişikdir. Hətta bir müddət öncə pişiklərimdən birini öz anamın yanına – Amerikaya göndərmişəm.
- Digər ailə üzvləriniz necə, Azərbaycana gəlirlərmi?
- Anam ötən il Bakıya gəlmişdi. O burada 6 həftə qalmağı planlaşdırsa da, Azərbaycanı çox sevdi və 5 aydan artıq qaldı. Gələn ay isə oğlum Azərbaycana gələcək. Məncə o da buranı çox sevəcək.
- Layihə bitəndən sonra necə, burada qalacaqsınız?
- Bu haqda dəqiq bilmirəm.
Oxşar xəbərlər
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Əkrəm Əylisli sükutu pozdu: Anarla görüşümün heç bir əhəmiyyəti yoxdur - MÜSAHİBƏ
28 yanvar 2026 14:18
- Qrenlandiyanı biz ələ keçirməsək, bunu Rusiya və ya Çin edəcək - Tramp
12 yanvar 2026 12:52
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 2025 21:27
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Şeyxin Ramiz Mehdiyevlə münasibəti dövlətlə bağlı olub - Qardaşı
4 dekabr 2025 13:57
- Əli Kərimlinin daha bir adamı SAXLANILDI - Sabiq icra başçısıdır -FOTO
29 noyabr 2025 22:17
- Azərbaycanın QADIN şahmatçıları DÜNYADA İKİNCİ OLDU
24 noyabr 2025 00:33
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
