Metyu Brayza: "Konqres NATO-nun müttəfiqini düşmən hesab edirsə, dünya ağlını itirib"
Mədəniyyət21 oktyabr 2019 12:00
Türkiyənin Suriyadakı "Barış pınarı” hərbi əməliyyatına qarşı Vaşinqton və Avropa Birliyinin mövqeyi mənə təəccüblü görünür.
Bu fikirləri Oxu.Az-a açıqlamasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.
"Vaşinqton və Brüsselin həm ABŞ-ın, həm də Avropa Birliyinin maraqlarına cavab verən Suriyadakı "Barış pınarı” hərbi əməliyyatına qarşı kəskin reaksiyası çox qəribədir. Ərdoğanın Türkiyə sərhədindəki terror təhlükəsinin qarşısını almaq və minlərlə suriyalının qayıda biləcəyi təhlükəsizlik zonasını yaratmaq niyyəti, əslində, Qərbin planlarına uyğun olmalıdır.
Axı söhbət miqrantların vətənlərinə qayıtması üçün şərait yaratmaqdan və nəticədə, Avropa ölkələrinin üzləşdiyi miqrasiya böhranın həll olunmasından gedir”, - M.Brayza bildirib.
Onun sözlərinə görə, Qərb siyasətçiləri və ekspertlərinin Ərdoğana olan etimadsızlığı Vaşinqtonun Türkiyəni xarici əraziləri ələ keçirmək planlarında şübhəli bilməsi ilə əlaqədardır.
"Vaşinqtondakı siyasətçilər və mütəxəssislər Türkiyə prezidentinin söylədiyi hədəflərə inanmadığı üçün Ərdoğana etibar etmirlər. Qərb hesab edir ki, Türkiyə Suriyanın böyük hissəsini ələ keçirmək və bütün kürdləri öldürmək fikrindədir. Bu kimi fikirlər mənə çox qəribə görünür. Bilirəm ki, Ərdoğanın məqsədi bu deyil”, - M.Brayza qeyd edib.
Brayzanın sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın indi çətin vəziyyəti aradan qaldırmaq imkanları var:
"Prezident türk qoşunlarının və müttəfiqlərinin artıq məqsədlərinə çatdıqlarını bəyan edə bilər. Ərdoğan terror təhlükəsinin aradan qaldırılacağını və qələbədən sonra hərbi əməliyyatların dayandırılacağını elan edə bilər”.
Tramp və Ərdoğanın KİV-lərdə bir-birilərinin ünvanına səsləndirdikləri kəskin fikirləri şərh edən sabiq səfir bildirib ki, bunlara baxmayaraq, ABŞ və Türkiyə prezidentləri bir-birinə hörmət edir.
Sonda M.Brayza qeyd edib ki, Türkiyə NATO tərəfdaşıdır və əgər amerikalı konqresmenlər bu ölkəni düşmən hesab edirsə, dünya ağlını itirib.
Oxşar xəbərlər
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
Xəbər lenti
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
