“Ukraynadan gətirilən quş ətinin 21-34 faizi sudan ibarətdir”
Dünya14 noyabr 2019 17:36
Ukraynada 1 kq quş ətinin maya dəyəri 88-89 avrosentə, Braziliyada 1,09 sentə, Avropa ölkələrində 1,45 dollara, Rusiyada 1,30 dollara başa gəlir. Azərbaycanda isə bu, hardasa 2,9-3 manata - 1,7-1,8 dollara çatır. Digər tərəfdən, qarşılıqlı müqavilələrə əsasən, Azərbaycan MDB ölkələrindən idxal olunan quş ətinə gömrük rüsumu tətbiq etmir. Bu isə ona gətirib çıxarır ki, tutalım, Ukraynada istehsal olunan quş əti hətta əlavə rüsumla belə idxal olunduqda, bizim yerli məhsulumuzdan ucuz başa gəlir.
Qaynarinfo xəbər verirki, bu sözləri damazlıq yumurta istehsalı sahəsində fəaliyyət göstərən iş adamı, Xəmsə MMC-nin sahibi Mürvət Həsənli musavat.com-a müsahibəsində deyib.
O bununla belə Azərbaycanda pərakəndə satışda xarici istehsallı quş əti və hissələrinə demək olar ki, rast gəlinməməsinin səbəbini şərh edib:
"Çünki xaricdən gətirilən quş ətini əsasən emal müəssisələrinə satırlar. Bu gün bir çox sahibkarlar həvəslə kənardan quş ətini gətirib, Azərbaycandakı kolbasa-sosiska istehsalı müəssisələrinə satırlar. Bu isə yerli quşçuluq təsərrüfatlarını çətin vəziyyətdə qoyur. Digər tərəfdən, Ukraynadan gətirilən quş ətinin 21-34 faizi sudan ibarətdir. Onlar maya dəyərini aşağı salmaq üçün ətə çoxlu su vururlar. Oradan gələn əti qazanda qaynadanda 1 kq ət 300 qram azalır, yerli məhsul isə cəmi 50 qram. Azərbaycanda qəbul olunmuş normativə əsasən quş ətinə 4-5 faizdən artıq suyun vurulması qadağandır.
Əlavə idxal rüsumunun tətbiqi Türkiyə, Fransa və digər Avropa ölkələrindən idxal dayansa da, MDB ölkələrindən idxal onların yerini doldurur. Bu gün Azərbaycanda istehsal olunan quş ətinin əhəmiyyətli hissəsi təzə kəsilmiş formada satılır. Cəmi 7 gün istifadə müddəti olan bu məhsullar 1-2 günün içində satılır. Xaricdən isə əsasən kolbasa-sosiska istehsalına yarayan bud əti və file gətirilir. Son vaxtlar Qida Təhlükəsizliyi Agentliyi bu sahədə nəzarət tədbirlərini gücləndirib, 30-34 faiz su vurulan quş ətinin idxalının qarşısını alır”.
Maraqlıdır ki, əlavə rüsum müəyyənləşməsinə rəğmən, quş əti və yumurtanın idxalında son 3 ildə artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ildə 26 min 255 ton olan quş əti idxalı 2018-ci ildə 35 min tona çatıb. Bu ilin 8 ayında isə Azərbaycana 24 min 324,52 ton təzə, soyudulmuş və ya dondurulmuş formada ev quşlarının əti və ət əlavələri idxal olunub. Quş yumurtasının idxalı 2016-cı ildəki 19 milyon ədəddən 2017-ci ildə 133 min ədədə düşsə də, 2018-ci ildə yenidən 18,5 milyon ədədə yüksəlib.
Oxşar xəbərlər
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 2026 19:05
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- İcra məmurları belə geyinəcək (FOTO)
3 fevral 2026 13:54
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
