Əfsanəvi marşal: Əvvəlcə faşistləri, sonra banditləri
Maraqlı15 noyabr 2019 13:17
SSRİ tarixinə Georgi Jukovun adı Qələbə marşalı kimi düşüb. Onun alman faşizmi üzərində qələbənin təmin olunmasında xidmətləri danılmaz faktdır. Böyük nüfuz sahibi olan marşal həm də Kremldə ciddi siyasi fiqur sayılıb, Siaysi Büroya üzv olan ilk hərbçi olub.
Jukovun populyarlığına siyasi elita qısqanclıqla yanaşıb. Hətta belə fikirlər dolaşıb ki, marşal istədiyi vaxt hərbi çevriliş edib hakimiyyəti ələ keçirə bilər. İosif Stalin də, Nikita Xruşov da məhz belə düşünüb. Elə bu səbəbdən də hər ikisi marşalın xidmətlərindən bəhrələndikdən sonra onu mərkəzdən uzaqlaşdırıblar.
Jukov ilk gözlənilməyən zərbəni 1946-cı ildə Stalindən alıb. Marşal "Qənimət işi” ilə bağlı ittiham olunub, onu Almaniyadan dəyəri milyonlarla ölçülən qiymətli əşyalar gətirməkdə günahlandırıblar və Stalin öz qərarını verib. Jukov quru qoşunları baş komandanı vəzifəsindən azad olunaraq Odessa hərbi dairəsinə komandan göndərilib. Marşal öz xatirələrində bu təyinatı sürgün adlandırıb.
Həmin ərəfədə Odessa SSRİ-də ən kriminal şəhərlərdən biri sayılıb. 1946-cı ilin statistikasına görə Odessa şəhərində hər gecə 40-dan artıq cinayət hadisəsi baş verib. Quldurluq, soyğunçuluq, qarət bütövlükdə vilayətdə və xüsusilə də Odessada adi hala çevrilib. Yerli hüquq-mühafizə orqanları cinayətkarlığa qarşı mübarizədə heç bir müsbət nəticə əldə edə bilməyiblər.
Cinayətkar qruplarda müxtəlif kateqoriyalı adamlar olub. O cümlədən cəbhədən qayıdıb iş tapmayan, qazanc əldə edə bilməyən döyüşçülər, müharibədən yayınan fərarilər, yoxsulluğa tab gətirməyənlər, həmçinin daha da varlanmaq istəyən varlılar.
Cinayətlər adətən gecə saatlarında baş verib. Mağazalar, sexlər, fabriklər qarət olunub, varlı adamların evlərinə basqın edilib və s.
Marşal Jukovun Odessaya gəlməsi şəhərin və vilayətin kriminal aləmində ciddi narahatlığa səbəb olub. Amma cinayətkar qruplar elə düşünüblər ki, bu müvəqqəti bir haldır, yəni marşal çox keçməmiş mövcud kriminal mühitə uyğunlaşacaq. Ancaq heç də onların düşündüyü kimi olmayıb. Jukov kimin kim olduğunu elə ilk günlərdən sübut edib.
Komandan kimi Jukova xidməti avtomobil ayrılıb. Amma bununla yanaşı marşal öz şəxsi "Mersedes” markalı maşınını da Odessaya aparıb. Bu maşın vaxtilə Hitlerin ən yaxın silahdaşlarından biri olan Göbbelsə məxsus olub. Jukov həmin maşını qənimət kimi Almaniyadan SSRİ-yə gətirib. Elə kriminal aləmdən Jukova ilk xəbərdarlıq da bu maşınla bağlı olub.
Belə ki, marşalın Odessaya gəlməsinin bir həftəsi tamam olmamış "Mersedes” oğurlanıb və bir neçə saatdan sonra yenidən yerinə qaytarılıb. Bu oğurluqla Jukova həm xəbərdarlıq ediblər, həm də bir neçə saatdan sonra qaytarmaqları ilə ona hörmət əlamətlərini bildiriblər. Həm də onlar bununla heç kimdən qorxmadıqlarını göstəriblər.
Sözsüz ki, müharibənin ən ağır cəbhələrindən keçmiş Jukov baş verənləri sakitliklə qəbul etməyib. Marşal vilayətdə hökm sürən cinayətlərin qarşısını almaq üçün ciddi tədbirlərə əl atmağa məcbur olub.
Jukovun Odessaya gəlişi ərəfəsində ən təhlükəli cinayətkar qrup "Qara pişik” dəstəsi sayılıb. Bu adda SSRİ ərazisində bir neçə qrup fəaliyyət göstərib. İlk olaraq məhz bu qrup zərərsizləşdirilib. Gecə konditer fabrikinə hücum edən qrup üzvləri ələ keçirilib və onların vasitəsi ilə dəstənin başçısı Nikolay Maruşakın yeri müəyyənləşdirib. Ancaq onu həbs etmək mümkün olmayıb. Maruşak əməliyyatçılar gələnə qədər özünü zəhərləyərək öldürüb. Bu əməliyyatın uğurlu keçirilməsində "əfsanəvi əməliyyatçı” adını qazanan David Kurlyandın böyük rolu olub. Həmin ərəfədə milis podpolkovniki David Kurlyand Odessada cinayət axtarış şöbəsinin rəis müavini vəzifəsində işləyib.
Jukovun Odessada olduğu dövr "Maskarad” əməliyyatı ilə də yadda qalıb. Marşal cinayətkarları ələ keçirmək üçün xüsusi əməliyat hazırlayıb. O, bir qrup öz adamına bahalı paltarlar geyindirib və onları axşam saatlarından sonra şəhərin ayrı-ayrı küçələrinə çıxmağı göstəriş verib. Cinayətkarlar tərəfindən hədəfə alınan bu adamlara hücum olunanda onlar dərhal yerlərində layiqli cəzalarını alıblar. Bəzi versiyalara görə, soyğuncular elə yerindəcə güllələniblər. Bəzi mənbələrdə "Maskarad” əməliyyatı zamanı bir gecədə 61 nəfərin güllələnməsi faktı da yer alıb. Jukov öz xatirələrində bu əməliyyatın keçirilməsi ilə bağlı geniş açıqlama verməyib. Amma marşal bir gecədə Odessanın kriminal aləminin başçılardan təmizlənməsini xüsusi vurğulayıb, güllələnmə faktını isə şərh etməyib.
Jukovun gərgin fəaliyyəti sayəsəndə əvvəlki illərlə müqayisədə Odessa vilayətində cinayət hadisələrinin sayı kəskin şəkildə aşağı düşüb. Bununla bağlı Jukov İosif Stalinə geniş bir məktub da yazıb. Marşal məktubda Stalini əmin edib ki, daha bir qısa müddətdən sonra Odessada cinayətkar ünsürlərin izi qalmayacaq.
Bəlkə də Jukov bununla özünü Stalinə bir daha xatırlatmaq istəyib, bəlkə də bu məktubu özünü doğrultmaq məqsədi ilə yazıb. Amma marşalın ağlına gəlməyib ki, çox keçməmiş Stalin onu daha uzağa, Urala "sürgün” edəcək.
Beləliklə, Geogi Jukov 1948-ci ildə Odessa hərbi dairəsi komandanı vəzifəsindən azad edilərək Ural hərbi dairəsinə komandan təyin edilib.
Amma bu "sürgün” də müvəqqəti idi. Qələbə marşalı yenidən Moskvaya qayıdacaqdı, vaxtilə onu həbs etdirmək istəyən Lavrenti Beriyanın qollarını qandallayacaqdı, layiq olduğu vəzifəyə, müdafiə naziri kürsüsünə sahib olacaqdı...
Oxşar xəbərlər
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
