170 min dolları mənimsəyən Hicran Huseynovanı bu dəfə kim qoruyacaq?
İqtisadiyyat15 noyabr 2019 22:11
Son vaxtlar yaşlı məmurların cavan kadrlarla əvəzlənməsi, fəaliyyəti nəzərə çarpmayan nazirliklərin, komitələrin birləşdirilməsi bağlı islahatlar aparılır. Belə qurumlardan biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Bakı Dövlət Universitetinin Diplomatiya və İnteqrasiya kafedrasının müdiri Hicran Huseynovadı. Bu xanımın həm təqaüd yaşı çatıb, həm də qurumun demək olar ki, heç bir fəaliyyəti nəzərə çarpmır.
Qeyd edək ki, hər il büdcədən bu quruma kifayət qədər pul ayrılır, ancaq dövlət komitəsinin əvəzinə ailələrə də, qadınlara da, uşaqlara da ya Heydər Əliyev Fondunun xətti ilə, ya da müxtəlif QHT-lər vasitəsi ilə kömək olunur, problemləri yoluna qoyulur.
Misal üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2019-cu il üçün büdcədən 3.4 milyon pul ayrılıb. Hələ komitənin büdcədən kənar xərclərini demirik, bunun pulunu da vətəndaşın yığılan vergisindən "sosial təminat” adı ilə xərcləyirlər.
Bəs 3.4 milyon hara xərclənib? Hicran Hüseynova yuxarıda olan vəzifəli şəxslərə arxalanaraq bu vaxta kimi həm vəzifəsini qoruya bilib, həm də dövlətin pulunu istədiyi kimi xərcləyib. Ancaq artıq həmin vəzifəli şəxs yoxdur, yəni yəqin ki, yeni ilə kimi Hicran Hüseynova komitəsi tarixin yaddaşlarına qovuşacaq.
Qeyd edək ki, Hicran Hüseynovanın adı 2017-ci ildə uşaq oğurluğu məsələsində, rüşvət qalmaqallarında artıq bir neçə ildir ki, hallanmaqdadır. Konkret olaraq Hicran Hüseynova 2012-ci ilin yay aylarında Eynur Kərimovun 170 min ABŞ dollar pulunu həmin zaman komitənin aparat rəhbəri olan Səfər İmanovun əli ilə alaraq mənimsəyib və vəd verib ki, onu Bakının rayonlardan birinə icra hakimiyyəti başçısının müavini təyin etdirəcək.
Xatırladaq ki, bu barədə mətbuat səhifələrində 2016-2017-ci illərdə çox yazılsa da heç bir nəticə olmadı. Səbəb isə o idi ki, Eynur Kərimovun əli ilə pul verdiyi İmanov Səfər Bəbir oğlu ölkə sərhədlərini tərk edərək Türkiyə Respublikasına qaçmışdı.
Eynur Kərimovun icra hakimiyyəti sistemində kiçik bir işə düzəlmək istəyinə Səfər İmanov müsbət reaksiya verib və Hicran Hüseynovla danışacağını bildirib.
Qeyd edək ki, Hicran Hüseynova ilə Səfər İmanov əslən Qubadlı rayonundandılar və qohumdular. Beləliklə bu söhbətdən bir neçə gün sonra Səfər İmanov Eynur Kərimovla görüşərək icra hakimiyyəti sistemində kiçik bir iş yox, Bakının rayonlarından birinə icra başçısının müavini vəzifəsinə duzəldəcəyini vəd verib. Bu vəzifəyə görə isə 170 min ABŞ dolları pul lazım olacağını bildirib.
Bu danışıqdan sonra Eynur Kərimov deyilən məbləği düzəldərək Səfər İmanovun dediyi kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gedib. Orada da Səfər İmanovla xidməti otağında görüşərək 170 min ABŞ dolları ona verib. Bundan sonra Eynur Kərimovla Səfər İmanov birlikdə Hicran Hüseynovanın otağına gediblər. Hicran Hüseynova onları xoş qarşılayaraq bildirib ki, şəxsi işinlə tanış olmuşam, müavin vəzifəsinə tam uyğunluq var: "Mən hər zaman sənə dəstəyəm, dayağam, köməyəm, amma mənim adım hallanmasın". Bu söhbətdən sonra Səfər İmanov öz otağından pulla dolu çantanı götürərək Hicran xanımın otağına girib və təxminən 2-3 dəqiqə söhbətdən sonra geri qayıdaraq Eynur Kərimovu pilləkənlərdən yola salıb.
Bu hadisədən sonra Eynur Kərimovun Səfər İmanovla ara-sıra görüşləri olub. Hər dəfə də eyni vədlər, eyni sözlər. Aldadıldığını biləndən sonra Səfər İmanovdan pulu geri tələb etsə də sonuncu müxtəlif bəhanələrlə vaxtı uzadıb. Ancaq Eynur Kərimov nəticə olmadığını görüb Hicran Hüseynova ilə görüşmək qərarına gəlib. Axı pullar məhz Hicran Hüseynovaya çatmışdı. Sonuncu bəhanəni isə Səfər İmanov Hicran Hüseynovanın yubileyi ilə bağlayıb. Eynur Kərimova bildirib ki, 2015-ci ilin avqust ayında H. Huseynovanın 60 yaşı olmağı münasibəti ilə büdcədən pul ayrılacaq və o puldan sənin pulun qaytarılacaq. Ancaq yenə boş vədlər davam edib. 2015-ci ilin oktyabr ayında isə E.Kərimov H.Hüseynovanın qəbuluna gedib və pulunu geri tələb edib.
İlkin olaraq Hicran xanım özünü tanımamazlığa vursa da sonradan həmin vaxt komitədə maliyyə şöbəsinin müdiri vəzifəsində çalışan Nəsib müəllimi (Nəsib müəllim Hicran xanımın bibisi qızının həyat yoldaşıdır) yanına çağırıb və Səfərlə bu məsələni həll etməyi tapşırıb. Nəsib müəllim məsələyə qarısdıqdan sonra Səfərlə birgə bir neçə dəfə yenə görüşlər olub və son tarix kimi 2016-ci ilin 31 yanvarı seçilib. Hətta Səfər İmanov Eynur Kərimovda inam yaratmaq üçün 16 yanvar tarixində öz imzası ilə 170 min ABŞ dollarını təsdiqləyən qəbz də yazaraq verib. Ancaq sonuncu müddət çatanda məlum olub ki, Səfər İmanov ailəsi, uşaqları ilə birgə ölkəni tərk edib. Yenidən Hicran Hüseynova ilə görüşən Eynur Kərimov pulların məhz verildiyini və onu hüquq-mühafizə orqanlarına verəcəyini bildirib. Ancaq Hicran Hüseynova hüquq-mühafizə orqanlarına şikayət olunacağı təqdirdə onun da cinayət məsuliyyətinə cəlb olunacağını deyib. Yəni heç kimdən qorxusunun olmadığını açıq-aşkar söyləyib.
2016-cı il fevral ayında Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Zərərçəkən Eynur Kərimovun verdiyi məlumata görə, Hicran Hüseynova vəzifə səlahiyyətlərindən sui- istifadə edərək istintaqa təzyiq edib ki, mən onun işçisi olan Nəsib müəllimlə üzləşməyim: "Çünki faktiki olaraq Nəsib müəllim əsas şahidlərdən olub ki, Hicran Hüseynova məndən işə görə pul almasını etiraf edib və Səfərlə birgə bu işi yoluna qoymağı tapşırıb. Artıq 3 ildən yuxarıdır ki, Hicran Hüseynova öz dayaqlarına arxalanaraq Səfər İmanovun ölkəyə gətirilməsinin qarşını alır və mənim halal pulumu qaytarmaq istəmir. Mən ölkədə gedən son islahatlarla bağlı aidiyyatlı orqanlara yenidən müraciət edəcəm ki, nəyə görə məmurlar hələ də vətəndaşların hüquqlarını pozmaqda davam edir?!"
Eynur Kərimovun vəkili, tanınmış hüquqşünas Kamandar Nəsibovun Qaynarinfo-ya verdiyi məlumata görə, Səfər İmanov ölkədən qaçdığı üçün İnterpol xəttilə beynəlxalq axtarışa verilib: "Dəfələrlə Gürcüstanın DİN-nə, Gürcüstandakı səfirliyimizə, İnterpola Səfər İmanovla bağlı sorğular vermişəm. Səfər İmanovun yerini Gürcüstanda dəqiq göstərməyimizə baxmayaraq heç bir nəticə yoxdu. Bütün hüquqi prosedurlardan istifadə etsək də Səfər İmanovu həbs edib Azərbaycana təhvil vermirlər. İnterpol məktub vasitəsi ilə eyni məzmunda cavablar verməklə kifayətlənir. Cinayət işlərinin də icraatı dayandırılıb”.
İnanırıq ki, Hicran Hüseynova daha "toxunulmaz" statusunda deyil, sıravi bir məmurdur. Və onun Səfər İmanova "krişalığının" xeyri olmayacaq...
Oxşar xəbərlər
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 2026 20:00
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 2026 09:53
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 2026 00:06
- Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
27 aprel 2026 00:00
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 2026 00:12
- Yeni Klinika - Azərbaycanda ƏSL MÖCÜZƏ
26 aprel 2026 21:22
- Fidan Abbasova: Susmayacağam – mənə qarşı qurulan çirkin kampaniyanın arxasında kimlərin dayandığını açıqlayıram
22 aprel 2026 11:44
Xəbər lenti
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
- Başı gicəllənib yıxıldı və ...- Flora Kərimova necədir?
29 aprel 18:57
- Prezident bu sazişi təsdiq etdi
29 aprel 18:43
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 15:41
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
Video & Fotoqalereya
Video
Fotoqalereya
