- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
- Ərdoğan sabah Xankəndiyə gələcək
Tac Mahal MTK-nın tikdiyi binada dərə xəlvət, tülkü bəydir

Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllə 44c ünvanında "Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən inşa edilən yaşayış bunasının sakinləri yenidən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Fövqələdə Hallar nazir Kəmaləddin Heydərova, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanovaya və Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər.
Sakinlər 12 ildir ki, “kupça” problemin həll edə bilmirlər
Həmin müraciətdə bildirilir ki, yaşadıqları binanın təməli 2003-cü ildə "Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən qoyulub. 2007-ci ildə tikintisi başa çatan 300 mənzilli binada o vaxtdan yaşayış mövcuddur. Lakin 12 ildən artıq müddətdir ki, sakinlər öz halal pullarını ödədikləri mənzillərinə mülkiyyət şəhadətnaməsi ala bilmirlər. Kooperativin rəhbərliyi bu prossesi müxtərlif bəhanələrlə yubadır. Hər il "bu il həll olunacaq" deyir, illər keçir, problem isə həll olunmur.
Bir mənzili başqa bir vətəndaşın adına keçirmək üçün hər otağına 1500 manat pul tələb edirlər. Ona görə də "Tac Mahal" Mənzil Tikinti Kooperativin rəhbərlyi binanın özəlləşdirilməsində maraqlı deyil. Baxmayaraq ki, Prezidentin bu ilin fevral ayında çoxmənzilli yaşayış binalarına çıxarışların verilməsi barədə fərmanı vardır:
"Azərbaycan Respublikasının vətəndaşları kimi bizim bütün hüquqlarımız pozulur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cü - "Mülkiyyət hüququ" maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Konstitusiyanın 43-cü- "Mənzil hüququ" maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz".
Şikayət məktubunda qeyd edilir ki, “Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 139-cu maddəsinə, "Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı haqqında" qanunun 152-ci maddəsinə əsasən daşınmaz əmlaka görə vətəndaşların hüququ və əmlakın qeydiyyat məsələləri tənzimlənir: "Azərbaycan Respublikası Konstitusiyası və digər qanunlarla bizə verilən hüquqlardan məhrum edilmişik. Yaşadığımız mənzilə qeydiyyata düşə bilmirik. Ölkəmizin ictimai həyatında, keçirilən seçkilərdə iştirak edə bilmirik. Belə ki, hər bir sakin müxtəlif ünvanlarda, bölgələrdə qeydiyyatdadır. Əmlak hüququmuzla yanaşı, seçki hüquqlarımız da pozulur.
Dəfələrlə müxtəlif dövlət orqanlarına müraciətlər etsək də, qəbullarda olsaq da, bu günə qədər bizim problemlərimizin müsbət həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Məmurlar tərəfindən müxtəlif vədlər verilsə də, vədlər yerinə yetirilmir".
Qeyd edilir ki, bu məktubla cənab Prezidentdən Azərbaycan Respublikasının vətəndaşları olaraq Azərbaycan Respublikasının Konstutusiyasının və qanunvericiliyinin bizə verdiyi hüquqların bərpasının təmin edilməsini xahiş edirik: “Biz mənzilimizə mülkiyyət hüququmuzu təsdiq edən şəhadətnamənin verilməsini tələb edirik. Ümid edirik ki, bu müraciətimiz cavabsız qalmayacaq, illər boyu həsrətində qaldığımız mənzilimizə mülkiyyət hüququmuzu təsdiq edən qeydiyyat şəhadətnaməsini ala biləcəyik.”
"Şən notlar" uşaq baxçasının fəaliyyəti qanunsuzdurmu?!
"Tac Mahal" Mənzil Tikinti Kooperati tərəfindən inşa edilən yaşayış binasının sakinləri məktublarında bildirirlər ki, binanın qeyri-yaşayış ərazisində Məhəmməd adlı şəxs heç bir rəsmi sənədi olmadan, Bakı Şəhər İcra hakimiyyətindən, İqtisadiyyat Nazırliyindən heç bir rəsmi sənəd almadan lisenziyasız, vergi ödəmədən "Şən notlar" uşaq baxçası açıb, qanunsuz sahibkarlıqla məşğuldur.
Həmin binanı tikən sahibkar Vilayət Talıblı sakinlərin ümumi istifadəsində olan həyətdən 100-150 kv metr ərazini qanunsuz zəbt edərək, "Şən notlar" uşaq baxçasının ərazisinə əlavə etmişdir.
Bununla bağlı bina sakinləri Bakı Şəhər İcra hakimiyyətinə, Nəsimi rayon İcra hakimiyyətinə, İqtisadiyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, DİN-in 102 qaynar xəttinə, Respublika Şəhərsalma və Arxitektura Komitəsinə muraciət olunub.
Həmin dövlət orqanlarından sakinlərin şikayəti əsasında binaya baxış keçirilib və baxçanın qanunsuz fəaliyyət göstərdiyini və sokülməsi barədə rəsmi sənədlər verilməsinə baxmayaraq, hələ də heç bir tədbir görülməyib.
Məsələ ilə bağlı "Şən notlar" uşaq baxçasının rəhbəri kimi tanınan Məhəmməd müəllimlə telefon əlaqəsi yaratdıq. Məhəmməd müəllim bildirdi ki, uşaq baxçası qanuni fəaliyyət göstərir və heç bir qanun pozuntusuna yol verilməyib.
Ancaq rəsmi sənədlər isə "Şən notlar" uşaq baxçanın qanunsuz fəaliyyət göstərdiyini qeyd edir.
Hətta sakinlər onu da bildirir ki, Nəsimi rayon icra hakimiyyətinin başısının müavini Qurban ismayılovun göstərişini bildirən rəsmi sənəd əsasında "Şən notlar" uşaq baxçasının qanunsuz fəaliyyət göstərdiyindən, İcra hakimiyyətinin Ceyhun adlı işçisi sakinlərlə görüşərək, qanusuz zəbt olunan ərazinin söküləcəyini söz versədə, amma buna əməl edilməyibdir.
Binanın liftlərinə vaxtı-vaxtında texniki qulluq edilmir
Məktubda bildirilir ki, vətəndaşlara yaradılan bütün bu problemlərin başında "Tac Mahal" MTK-nın rəhbəri Vilayət Talıblı durur. Vilayət Talıblı on ildən artıq müddət keçməsinə baxmayaraq, sakinlərin problemini həll etmir.
İdarəçiliyində olan binaya məsuliyyətsiz yanaşır, sakinlərdən kommunal haqqların artıqlaması ilə yığılmasına baxmayaraq, binanın liftlərinə vaxtı-vaxtında texniki qulluq edilmir:
"Dəfələrlə liflərdə qəza vəziyyəti yaranıb. 2017 - ci ilin aprel ayında toy mərasimi zamanı lift qırıldığından xəsarət alanlar olub. Bu barədə FHN-də və təcili yardım satansiyasında qeydlər var. Liflər müntəzəm işləmir, tez-tez sakinlərin liftdə köməksiz qalma halları baş verir. Bu barədə FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinə məlumatlar verilib.
Agentliyin nümayəndəsi Yavər müəllim dəfələrlə binadakı liftlərə baxış keçirərək, akt tərtib olunmuş, istismarı qadağan olunması barədə rəsmi sənəd vermişdir. Amma hələ də heç bir tədbir görülməyib.
FHN-in sənədlərinə görə, bizim yaşadığımız binada liftlər, istifadəyə yararsız olduğundan bir neçə dəfə bağlanıb, halbuki liftlər hal-hazırda elə yararsız vəziyyətdə də istismar olunur. Bu liftlər hər an faciə törədə bilər. Binada antisanitariya hökm sürür. Bina mühafizə olmadığından, həyəti nəzarətsiz qaldığından son dövrlərdə binada bir neçə oğurluq hadisəsi baş verib".
Hətta, Fövqəladə Hallar Nazirliyi Dövət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövət Yanğın Nəzarəti İdarəsinin rəsi Firdovsi hacıyevin rəsmi imzası ilə sakinlərə verdiyi sənəddə bildirilir ki, bina yüksək dərəcəli yanğın təhlükəsi ilə üz-üzədir və heç bir tədbir görülməyir.
Sakinlər onu da qeyd edirlər ki, liftlərdən istifadəyə görə qanunsuz olaraq, kart sistemi tətbiq olunur. Bu kart sistemi sakinlərin yaşayış hüquqların pozur. Belə ki, binada yaşayan sakinlər bildirilər ki, sağlamlığı məhdud insanlar 103 Təcili Yardım xidmətindən istifadə edən zaman problem yaranır. Həkimlər mənzilə qalxarkən liftdəki problemlərə görə məcbur olub piyada qalxaraq 25-30 dəqiqə vaxt itirilər. Bu da xəstələr üçün böyük riskdir.
Yığılan kommunal xidmət haqqlarının xərclənməsində qeyri-şəffaflıq hökm sürür
Prezident İlham Əliyevin məlum fərmanından sonra istismara qəbul edilən və sənədləşdirilən çoxmərtəbəli yaşayış binalarının («novostroyka»ların) sayı artdıqca, həmin binaların idarə edilməsi məsələsi gündəmə gəlib.
Mənzil Məcəlləsinə əsasən, Mənzil Tikinti Kooperativləri (MTK-lar) inşa etdikləri binaları dövlət təhvilinə verməli, həmin binalar isə ya sakinlərin özü, ya da sakinlərin təşəbbüsü ilə idarəedici şirkətlər tərəfindən idarə etməlidirlər.
Binaların sakinlər tərəfindən idarə olunması hələ 2009-cu ildən qüvvəyə minmiş Mənzil Məcəlləsində nəzərdə tutulmuşdur. Məcəlləyə bir neçə ay əvvəl edilən dəyişikliyə görə, binanın tikintisini aparan MTK-lar, tikinti başa çatdıqdan sonra bir ay müddətində ləğv edilməli, bina sakinləri öz birliklərini - Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini (MMMC) yaratmalıdırlar.
Bundan sonra bina ya sahə mülkiyyətçilərinin özləri (MMMC) tərəfindən, ya da bu sahədə ixtisaslaşmış peşəkar idarəedici təşkilatlar tərəfindən idarə edilməlidir.
Çoxmənzilli binanın hansı üsulal idarə olunacağı, sahə mülkiyyətçilərinin (MMMC) ümumi yığıncağının qərarı əsasında müəyyən olunur. Çoxmənzilli binaların idarə edilməsi üçün 3 üsul var:
- binanın bilavasitə sahə mülkiyyətçiləri tərəfindən idarə edilməsi
- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi
- idarəedici təşkilat tərəfindən idarə edilməsi
"Tac Mahal" MTK-nin inşa etdiyi binanın sakinlər bildirirlər ki, onlarla heç bir razılaşma olmadan binaya kənar idarəedici təyin edilib, yığılan kommunal xidmət haqqlarının xərclənməsində qeyri-şəffaflıq hökm sürür. Belə ki, binanın içməli su hövuzu 10 ilə yaxındır ki təmizlənmir.
Sakinlər bizimlə söhbətlərində bildirdilər ki, binanın həyəti qeyri-qanuni olaraq dayanacağa çevrilib. Bununla yanaşı, binanın həyətində bir neçə avto-xidmət müəssisəsi də fəaliyyət göstərir. Binanın həyətində sərbəst hərəkət etmək mümkün deyil. Sakinlər hər an taksi sürücülərinin özbaşınalıqlarından zərər çəkir.
MTK-nın rəsmi təmsilçisi Musayev Ağabəy Paşa oğlu: “Məndən xəbərsiz adımı kooperativin rəhbəri kimi rəsmiləşdiriblər”
Bununla bağlı MTK-nın rəsmi təmsilçisi Musayev Ağabəy Paşa oğlu ilə əlaqə saxladıq. O, bildirdi ki, mən bu yaşayış binasında dayanacağa baxıram, məndən xəbərsiz adımı kooperativin rəhbəri kimi rəsmiləşdiriblər: "Mənim heç nədən xəbərim yoxdur, Əli ilə əlaqə saxlayın".
Daha sonra "Əli" ləqəbli, yaşayış kompleksində komendat kimi tanınan Quliyev Xeyrulla Ağahüseyn oğlu ilə əlaqə saxladıq. Təssüf ki, komendat kimi tanınan Quliyev Xeyrulla bizə bildirdi ki, “heç nə bilmirəm. Gedin nə istəyirsiniz onu da yazın.”
Bizim diqqətimizi çəkən əsas məsələ o oldu ki, kopperativin rəsmi təmsilçisinin öz vəsifəsindən nəinki xəbəri yoxdu, hətta o, orada komendant qədər də səlahiyyətlərə sahib deyil və sadəcə olaraq, həyətdə "stayanşik" işləyir. Bu isə onu deməyə əsas verir ki, kooperativin əsil sahibi olan Vilayət Talıblı öz çirkli əməllərinin məsuliyyətindən yayınmaq üçün Musayev Ağabəy Paşa oğlunu MTK-nın təmsilçisi kimi rəsmiləşdirib. Yəni, bu şəxs özü də bilmir ki, bu vəzifədə o, "qurbanlıq qoyun" funksiyasınıyerinə yetirir.
MillətinSəsi.info
- 20 ildən sonra Ermənistan rəhbərliyinin razılığı ilə öz kəndimizə getdim, evimizdə qoca kişi və qadın yaşayırdı - Misir Mərdanov
29 iyun 2025 11:01
- Orta Əsrlərdə Türk Xanədanlarının saray intriqaları və zəhər savaşları
24 iyun 2025 22:55
- Prezident DGK-nın yeni inzibati binasının AÇILIŞINDA
10 iyun 2025 15:42
- Mikayıl Müşfiqin həbsinin və güllələnməsinin gizlinləri - Üzünə duranların SİYAHISI
7 iyun 2025 10:45
- Tetçerin Elçibəylə danışıqlardan narazı qalması uydurmadır –SOCAR-ın sabiq prezidenti Sabit Bağırov /MÜSAHİBƏ
7 iyun 2025 01:43
- Dilbərin qızı: Müşfiq güllələnməyib, Mərəzədə ölüb
6 iyun 2025 14:21
- Türkiyə vətəndaşı Rusiyaya gedərək keçmiş həyat yoldaşını öldürüb
25 may 2025 13:27
- Milyonlarla insanın qətlə yetirildiyi ölüm düşərgəsi - Məxfilikdən çıxarılan yeni sənədlərdəki etiraflar
11 aprel 2025 13:41
- 1940 və ya -BORC- Daşqın Məmmədovun hekayəsi
30 mart 2025 23:56
- Bakıda gələn aydan böyük söküntü başlayır -VIDEO
22 mart 2025 10:47
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
02 iyul 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
02 iyul 20:12
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
02 iyul 19:28
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
02 iyul 19:15
- Özbəkistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
02 iyul 19:04
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
02 iyul 13:46
- Şavkat Mirziyoyev Bakıya gəldi
02 iyul 13:09
- Lukaşenko Polşa və Baltikyanı ölkələri xəritədən silinməklə hədələdi
02 iyul 12:21