Bakıda PUL PAYLAYAN APARAT ŞOK
Bakıda son günlər bir neçə yerdə insanlara “pulsuz pul” paylayan aparatlar quraşdırılıb. Belə ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər. Cihaz pul çıxarılan tərəfi çölə olmaqla, iri supermarketlərin içərisində quraşdırılıb. Üzərində “Azpulmat” sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası yuxarıda da qeyd etdiyimiz kimi borc pul verməkdir.
“Yeni Müsavat”ın əməkdaşı aparatlardan birinin quraşdırıldığı ərazidə müşahidə aparıb. Məlum oldu ki, aparatdan borc istəməyə gələn insanların çoxu işsizlərdir. Onların bir neçəsi ilə söhbət etdiyimiz zaman bildirdilər ki, aparatdan çox razıdırlar. Çünki qohumlarından, tanışlarından ala bilmədikləri borcu, bu dəmir parçası onlara 30 saniyə içərisində verir. Bəs nəyin qarşılığında?
Bu sualın cavabına keçməzdən öncə yenə də aparatdan borc almağa gələnlərin fikirlərinə nəzər salaq. Belə ki, söhbət etdiyimiz şəxslərdən biri bildirdi ki, aparatdan 20 manat borc almağa gəlib. Ancaq bu borcu qaytarmaq fikrində deyil. Söylədi ki, bu gün camaatın banklara nə qədər borcu var və onlarla müqayisədə 20 manat nədir ki…
Borc alan şəxslərin əksəriyyəti ali təhsili olmayan insanlar idi. Onlar hesab edirdilər ki, bu pulu onlara Mərkəzi Bank verir. Bir-biriləri ilə söhbətləri əsasında hələ belə cümlələr də işlədirdilər: “Allah Milli Bankın (Mərkəzi Bank) yiyəsinə kömək olsun. İndiki zamanda qardaşın-qardaşa etmədiyi yaxşılığı bizə edir. Gürcüstanda bu aparatlardan çox görmüşük. Ancaq Azərbaycanda yox idi. 20 manat verir, 5 günün içərisində 21 manat qaytarmalısan. Qaytarandan sonra 40 manat götürmək olur. Bu aparatın hesabına evimizə çörək aparırıq. Nəyi pisdir ki? Belə getsə, aparatı insanlar əziz adamları qədər çox istəyəcəklər…” Bu, aparatı Mərkəzi Bankın bankomatı zənn edən sadə vətəndaşların fikirləri idi.
Bəs həqiqətdə necədir?
Əvvəla, qeyd edək ki, aparatlar 10 gündən çoxdur ki, Bakı ərazisində quraşdırılıb. Lakin bu barədə sosial şəbəkələrdə, mətbuatda geniş məlumat yoxdur. Araşdırmamız nəticəsində bir neçə iqtisadi ekspertlə də əlaqə saxladıq. Onlar da bu cür aparatın mövcudluğundan bixəbər olduqlarını bildirdilər. Borc pul almağa gələnlər isə söylədilər ki, bu barədə məlumatı dost-tanışlarından alıblar. Dost-tanışlar hesabına bu gün aparatların qarşısında uzun növbələr əskik olmur. Aparatlarla bağlı “azpul.az” saytında bəzi informasiyalar yerləşdirilib. Sayt bu aparatı quraşdıran şirkətə aiddir və tam işlək vəziyyətdə deyil. Lakin oradan bəzi məlumatları əldə etmək mümkündür. Saytda müştərilərin əlaqə saxlaması üçün nömrə də qoyulub. Həmin nömrə ilə əlaqə saxlayıb, bu aparatların hansı banka aid olduğunu öyrənməyə çalışdıq. Bildirildi ki, aparatlar heç bir banka aid deyil: “Bu, sadəcə olaraq, lombarddır və heç bir banka aid deyil”-deyə, bildirildi.
![]()
Aparatların işləmə prinsipinə gəlincə, daha detallı qeyd edək ki, borc almaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünü terminala tanıdır. “Azpul.az” saytında yazılanlara görə aparatda heç bir insan amili yoxdur: “O, sizin icazəniz olmadan sənədlərinizin surətlərinə əsasən adınıza borc rəsmiləşdirmir. Sizin bütün şəxsi məlumatlarınız isə şirkətin qorunan serverlərində saxlanır və etibarlı şifrələmə alqoritmləri ilə qorunur”-deyə, saytda bildirilir.
Şəxsiyyət vəsiqəsindən başqa borc alanın aparat tərəfindən barmaq izi götürülür, fotosu çəkilir. Minimum 5, maksimum isə 21 gün müddətinə borc pul verilir. 5 gün ərzində 20 manat və üstə gəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır. Borcu götürən zaman bütün məlumatları daxil etdikdən sonra bir də mobil nömrənizi də yazırsınız. Nömrəyə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbətisini almaq mümkün deyil.
Ekspertlər bildirirlər ki, əslində bu sistem olduqca təhlükəlidir. Çünki əməliyyatın kim tərəfindən aparılması, hansı serverdə saxlanılması məlum deyil. Ona görə də insanların şəxsi məlumatları kimlərinsə əlinə keçir. Ekspertlər hesab edirlər ki, bu, insanlar üçün əlavə problemlərə yol aça bilər. Bundan əlavə, söhbət etdiyimiz şəxslərin əksəriyyəti borcu qaytarmaq fikrində deyildilər. Növbədə dayanan şəxslərin çoxu işsiz olduqlarını bildirirdilər. Bu isə onu deməyə əsas verir ki, proses ölkədə borclu vətəndaşların sayını bir qədər də artıra bilər.
Əldə etdiyimiz məlumata görə, məsələ ilə bağlı müvafiq qurumlar araşdırmaya başlayıblar və yaxın zamanlarda həmin qurumlar tərəfindən ictimaiyyətə açıqlama veriləcək.
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Prezident iranlı naziri qəbul etdi
23 fevral 2026 17:17
- Bakıda gül mağazasında partlayış - Video
23 fevral 2026 10:02
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
