Akademik Arif Paşayev təltif edildi
Maraqlı25 noyabr 2019 22:59
Ukraynanın N.Y.Jukovski adına Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun rektoru, professor Nikolay Neçiporuk, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, "Azərbaycan Hava Yolları” QSC və "Silk Way” aviaşirkətinin prezidentlərinin müşaviri, akademik Dmitri Kiva, eləcə də universitetin və səfirliyin bir qrup nümayəndəsi "Azərbaycan Hava Yolları" QSC-nin nəzdindəki Milli Aviasiya Akademiyasında (MAA) olublar.
"Azərbaycan Hava Yolları"dan Qaynarinfo-ya verilən məlumata görə, səfər zamanı qonaqlar QSC-nin prezidenti Cahangir Əsgərovla və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevlə görüşüblər.
Məlumata əsasən, görüş zamanı Ukrayna Milli Aerokosmik Universitetinin və Azərbaycan Milli Aviasiya Akademiyasının elm və təhsil sahələrində həyata keçirdikləri inkişaf strategiyasının aktual məsələləri, eləcə də tədris müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Görüşdə professor Nikolay Neçiporuk Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevə N.Y.Jukovski adına Ukrayna Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun "Fəxri elmlər doktoru” və "Fəxri professor” attestatlarını təqdim edib.
Nikolay Neçiporuk bu fəxri adların Ukrayna Milli Aerokosmik Universitetinin Elmi Şurasının müvafiq qərarları əsasında MAA-nın rektoru akademik Arif Paşayevə elmin və təhsilin inkişafına verdiyi töhfəyə, aviasiya texnikasının diaqnostikasında müasir metod və vasitələrin tətbiq olunmasına, aerokosmik sahə üçün mütəxəssis hazırlığında görülən işlərə görə verildiyini qeyd edib.
Görüş zamanı həmçinin Ukrayna Milli Aerokosmik Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sonra ukraynalı qonaqlar Azərbaycan Milli Aviasiya Akademiyasının infrastrukturu, elmi-praktik və tədris-təcrübə bazası ilə tanış olmuş, müəllim və tələbələri ilə görüşüblər.
Oxşar xəbərlər
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
6 fevral 2026 21:06
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
5 fevral 2026 13:13
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
2 fevral 2026 20:34
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Süleyman Mikayılov Qaradağın icra başçısı vəzifəsindən azad edildi
31 yanvar 2026 11:30
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 2026 19:34
Xəbər lenti
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya
