“Həmin məmurlarla Bakıda nahar masası arxasında görüşdük...”
Bu günlərdə Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri proqramında iştirak etmiş erməni jurnalist, “Mediamax” agentliyinin baş redaktoru David Alaverdiyan öz yol qeydlərini dərc edib.
Xatırladaq ki, noyabrın 17-dən 21-nədək üç erməni jurnalisti Bakıda, Qubada və Gəncədə olub, üç azərbaycanlı jurnalist isə Yerevana, Dilicana, Şuşa və Xankəndinə baş çəkib. Bu proqramda iştirak edən erməni jurnalistlər öz təəsüratlarını və reportajlarını dərc etsələr də azərbaycanlı jurnalistlər hələ susmaqda davam edir.
David Alaverdiyan yazır ki, Bakıda erməni jurnalistləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Azərbaycanlı jurnalistlər isə Yerevanda XİN rəsmiləri ilə görüşüb.
“ATƏT sədrinin şəxsi köməkçisinin ofisi istisna olmaqla heç bir beynəlxalq struktur, səfirlik və ya vasitəçilər bu danışıqlarda iştirak etməyib. Bu da o deməkdir ki, onların heç biri həmin proqramla bağlı “xal qazana” bilməyəcək. “Güzgü” proqramı zamanı əsas diqqət kameralarsız, qeyri-formal şəraitdə QHT-lər və jurnalistlərlə görüşə ayrılıb. Ola bilsin ki, təkcə bu proqramın müstəsna olduğunu deməyə əsas verir, amma mən qeyd edərdim ki, uğur əldə olunsa azərbaycanlı və erməni jurnalistlər yaxın gələcəkdə də bir-birlərinə baş çəkə bilərlər. Bütün məsələ bundadır ki, tərəflərdən hər biri, o cümlədən Minsk Qrupunun həmsədrləri proqramı uğurlu hesab etsinlər”,-L.Alaverdiyan yazır.
Erməni jurnalist bildirir ki, onların təhlükəsizliyini Bakıda DTX-nin 12 əməkdaşı təmin edirdi, insanların çox olduğu yerlərdə isə mühafizəçilərin sayı onlarla olurdu. “Ola bilsin ki, bizim üçümüzün həyatı və sağlamlığı üçün ciddi təhdid olub, mən bilmirəm, amma çoxsaylı cangüdənlərin əhatəsində olmaq kifayət qədər qeyri-adi idi, bunun özü də ətrafdakıların diqqətini cəlb edirdi”,-Alaverdiyan bildirir.

O, əlavə edir ki, Azərbaycan tərəfdən səfəri XİN yox, Prezident Administrasiyası təşkil etmişdi. Bu da yəqin bütün həmsöhbətlərin onlara məsuliyyətlə yanaşmasının səbəblərindən biri idi. “Və müvafiq olaraq biz bundan çox məmnun idik”,-Alaverdiyan yazır.
Onun bildirdiyinə görə, bir çoxları ilk dəfə erməniləri gördüklərini deyirdilər. “Mən bu görüşlər və səfərlər haqda növbəti köşə yazılarımda bəhs edəcəyəm, amma bu gün daha çox mənə aid olan və məni Bakıya getməyə sövq edən səbəblər haqda bəhs edəcəyəm. Dəvəti alan kimi bir saniyə də olsun tərəddüd etmədim və dərhal müsbət cavab verdim, baxmayaraq ki, təfərrüatları bilmirdim. Fikrimcə istənilən peşəkar jurnalist belə edərdi. Reallığı öz gözləri ilə görmək, mənbədən informasiya almaq, müxtəlif adamlarla ünsiyyətdə olmaq, reallığı dərk eləmək-bütün bunlar jurnalist üçün əvəzsizdir”,-Alaverdiyan bildirir.
O, Bakıya səfəri zamanı bir çox digər suallarla yanaşı iki suala da cavab axtarmağa çalışdığını deyir: Azərbaycan sülhə, yoxsa müharibəyə hazırlaşır? Və ikincisi, azərbaycanlılar Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün hansı güzəştlərə hazırdır? Mən birinci suala cavab ala bilmədim, amma belə görünür ki, sadə azərbaycanlılar da ermənilər kimi müharibə istəmir və gec-tez məsələnin dinc yolla nizamlanacağına ümid edir”,-Alaverdiyanın təəsüratları belədir.
Erməni redaktor qeyd edir ki, Bakıda və digər iri şəhərlərdə həyat kifayət qədər aktivdir, insanlar daimi gəlirlərindən və əmlaklarından məhrum olmaq istəmirlər. Digər tərəfdən Azərbaycanın hərbi və patriotik ritorkası o qədər güclüdür ki, ictimaiyyət daim yaxınlaşan müharibə haqda düşünür.
“Təəsüf ki, biz küçədə sadə insanlarla danışa bilmədik, lakin digər tərəfdən bizim təmaslarımız göstərdi ki, aqressiya və ermənilərə nifrət səviyyəsi hələ kritik nöqtəyə çatmayıb. Kompromislərə hazırlıq məsələsinə gəldikdə, bizim sevinməyə hələlik əsasımız yoxdur. Dağlıq Qarabağın müstəqilliyi ideyası jurnalistlər, dövlət sektorunun nümayəndələri və məmurlar tərəfindən de-yure olaraq qəti rədd edilir. Biz soruşanda ki, bəs onlar hansı kompromislərə hazırdır, onlar Azərbaycan daxilində “ən geniş muxtariyyət”, öz polisini və təhlükəsizlik qüvvələrini saxlamaq imkanı, iri investisiyalar və sosial proqramlar, hətta yolların asfaltlanmasını və əsaslı tikinti vəd edirdilər.
Alaverdiyan daha sonra yazır: “Sonda mən bütün pessimistlərə cavab vermək istəyirəm ki, onlar belə səfərləri şübhə altına alırlar. Biz jurnalistlər dövlət məmurları deyilik, yaxud siyasi və ictimai xadim deyilik. Bizim işimiz suallar vermək və ictimaiyyəti məlumatlandırmaqdır. Jurnalistlər etibarlı informasiya, mövqe və şərhlər almaq imkanından məhrum edilməli deyil. Haradakı həqiqət yoxdur, orada yalan, miflər və manipulyasiya üçün münbit imkan var. Bəli,mən başqa erməni jurnalistlərinə də Azərbaycana səfər etmək imkanı verilməsinə tərəfdaram. Habelə onun tərəfdarıyam ki, azərbaycanlı jurnalistlər də Ermənistana, xüsusən də Dağlıq Qarabağa səfər etsinlər”.
Virtualaz.org
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 2025 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 2025 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 2025 12:33
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 2025 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 2025 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 2025 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 2025 00:41
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 2025 01:48
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
