- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
- İlqar Əliyev həbsdə vəfat etdi
Azərbaycanda hər gün 2 tender udan şirkət niyə gizlənir? (FOTOLAR)
Günün sitatı27 noyabr 2019 12:37
Bir müddət öncə Azərbaycan mətbuatında 179 gündə 234 tenderin qalibi olan "İnpeks.N” MMC haqqında silsilə məqalələr dərc olundu. Dövlət təşkilatlarının tikinti, təmir, abadlıq işlərinin, ehtiyat hissələrinin, avadanlıqların, mebellərin, geyimlərin, dəftərxana ləvazimatlarının, təsərrüfat mallarının, hətta, kondisionerlərin təmir edilməsinin satın alınması üzrə elan etdikləri tender və kotirovka sorğularının əksəriyyətində qalib gələn bu şirkət ətrafında müəmma davam edir.
Təəssüf ki, keçən bu müddət ərzində nə dövlət qurumları, nə də ""İnpeks.N” MMC-nin rəsmiləri mövzuya aydınlıq gətirməyib.
Qaynarinfo-nun verdiyi məlumata görə, ölkənin bütün tender sistemini alt-üst edən, şübhə altına alan bu naməlum şirkət haqqında bütün aidiyyatı qurumlar ciddi-cəhdlə susurlar.
BU ŞİRKƏT KİMİNDİR?
Şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunun adı açıq mənbələrdə yalnız bir yerdə keçir: Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2014 -cü ildə hakim Əsədov Mehti Fəyyaz oğlunun sədrliyi ilə baxılan prosesdə.
2(103)-4561/2014 saylı işdə iddiaçı Novruzov Altay Məmməd oğlu cavabdehlər Ramazanov İntiqam Adil oğlu və İsgəndərov Sədrəddin Ziya oğlundan vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edib. İşə baxan Bakı Apellyasiya Məhkəməsi Nizami rayon Məhkəməsinin iş üzrə qərardadını ləğv edərək işi mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarıb.
Bu məlumatdan başqa nə "İNPEKS.N” MMC, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu ilə bağlı heç bir rəsmi mənbədə açıq məlumat yoxdur. Şəxsi mənbələrdən şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunun telefon nömrəsini əldə etsək də, çoxsaylı cəhdlərimizə baxmayaraq, nə zənglərimizə, nə yazdığımız mesajlara cavab verən olmadı.

Yuxarıda xatırlatdığımız məhkəmə sənədlərində şirkətin yerləşdiyi hüquqi ünvan Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi ev 13 qeyd olunub.
Həmin ünvanı tapmaq elə də çətin olmadı. Amma "İNPEKS.N” MMC-nin yerləşdiyi mənzil 34-ü bir qədər axtarmalı olduq. Binanın həyətində görüşdüyümüz mənzil 34-ün yerləşdiyi blokda yaşayan sakinlər nə "İNPEKS.N” MMC-ni, nə də şirkətin qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlunu tanıdıqlarını bildirdilər. Bundan sonra yollandıq binanın 5-ci mərtəbəsində yerləşən mənzilə. Qapını üzümüzə açmasa da, adını açıqlamasa da, qapı arxasından suallarımıza cavab verən xanım bildirdi ki, 10 ildən artıqdır bu mənzildə yaşayırlar. Amma bu mənzildə heç vaxt "İNPEKS.N” MMC adlı şirkət olmayıb: "Əvvəllər həmin şirkətin adına gələn məktublar bizi bezdirirdi. Biz də gələn məktubları almaqdan imtina edib elə poçtalyonla geri qaytardıq. Son zamanlar gələn məktublar azalıb. Həyat yoldaşım da, gedib yoxlatdırıb, bu mənzildə elə bir şirkət olmayıb. Nə də biz Ramazanov İntiqam Adil oğlu adlı adam tanımırıq”.
Xanımın həyat yoldaşı ilə danışmaq istəsək də, onun telefon nömrəsini verməkdən imtina etdi. Əvəzində bizdən telefon nömrəsi götürdü ki, həyat yoldaşı evə gələndə bizi arayacaq. Biz də telefon nömrəsini bir kağıza yazıb, qapı arxasında buraxaraq oranı tərk etdik. Amma həmin zəng bu günədək gəlməyib.
Sonradan apardığımız araşdırma nəticəsində məlum oldu ki, o mənzildə Dilarə Bədəlova adlı xanım qeydiyyatdadır. Həmin xanım bizim kimi elə Mənzil İstismar Sahəsinin işçilərinə də qapı axasından cavab verir. Özü isə neçə illərdir mənzil üçün ərazi Mənzil İstismar Sahəsinə pul ödəmir.

234 TENDER, 73 MİLYON MANAT
Bir daha xatırladaq ki, "Dövlət satınalmalarının vahid elektron portalı”nda yer alan məlumatlara görə, "İnpeks.N” şirkəti 28.03.2019 – 24.10.2019 dövründə (179 gündə) malların (işlərin və xidmətlərin) satınalınması üzrə 234 müsabiqənin qalibi olub. Şirkət bağladığı müqavilələr üzrə 73 milyon 320 milyon manat gəlir əldə edib.
Qeyd edək ki, 01.01.2019 – 27.03.2019 dövründə dövlət təşkilatları və "İnpeks.N” arasında müqavilələrin bağlanıb bağlanmadığı haqqında "Dövlət satınalmalarının vahid elektron portalı”nda məlumat yerləşdirilməyib.
ƏN BÖYÜK SİFARİŞLƏRİ BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏN ALIR
"İnpeks.N” şirkəti 2019-cu ildə ən böyük müqaviləni Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə bağlayıb. Bakı şəhər ərzazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalıınmasını nəzərdə tutan həmin müqavilənin məbləği 16 milyon 19 min manatdır. Həmçinin, MMC "İnpeks.N” ilə Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması üzrə 2 milyon 575 min manatlıq müqavilə imzalayıb.
Cari ilin Oktyabr ayının ötən dövründə Bakı Şəhər İcra Hakimiyətinin tabeliyində olan Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsi "İnpeks.N” şirkətilə 15 milyon 713 milyon manat məbləğində 10 müqavilə bağlayıb. Müqavilələrə əsasən, İdarənin tabeliyində olan körpələr evi-uşaq bağçaları, uşaq bağçaları və uşaq evlərində cari təmir işləri görüləcək, avadanlıq və yumşaq inventarları alınacaq.
"İnpeks.N” şirkəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin (Rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri üçün) çoxsaylı tenderlərinin qalibidir.
"İnpeks.N” şirkəti Mədəniyyət Nazirliyinin elan tenderlərin də qalibi olub. Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin əsaslı təmir işlərini 3 milyon 907 min manata "İnpeks.N” şirkəti həyata keçirib.
Mədəniyyət Nazirliyi, ona tabe olan idarələr və kitabxanalar tez-tez "İnpeks.N” şirkətindən maşın və avadanlıqlar, dəftərxana və təsərrüfat malları alır.
Mədəniyyət Nazirliyinə yaxın olan Bakı Xoreoqrafiya Akademiyasının əsaslı təmir işləri üzrə tenderinin də qalibi "İnpeks.N” şirkəti olub və 1 milyon 252 min manatlıq müqavilə bağlayıb.
"İnpeks.N” şirkəti rayon icra hakimiyyətlərinin və mərkəzi xəstəxanalarının elan etdikləri tender və kotirovka sorğularında da tez-tez qalib elan edilir.
BU ŞİRKƏT NƏ İSTƏSƏN ONU TƏŞKİL EDƏ BİLİR
"Dövlət satınalmaları haqqında” qanuna görə, keyfiyyət tələblərinə cavab verən, ən aşağı qiyməti olan və ən sərfəli sayılan təklif qalib gəlmiş sayılır.
Qalib olduğu lotların sayına və adlarına baxdıqda "İnpeks.N” şirkətinin çox bacarıqlı olduğu təəssüratı yaranır. Şirkətin asfalt örtüyünün təmiri işlərindən tutmuş dəftərxana ləvazimatları işlərindək olan sifarişləri ən aşağı qiymətlər ilə həyata keçirməsi maraq doğurur.
Ehtimal ki, "İnpeks.N” şirkəti vasitəçilik də edir, qalib olduğu tenderləri digər şirkətlərdən aldığı mal və xidmətlər ilə təhvil verir.
Dövlət müəssisə və təşkilatları tərəfindən "İnpeks.N” şirkətinin 179 gündə 234 dəfə qalib elan edilməsi vəziyyəti, Azərbaycanın dövlət büdcəsi vəsaitlərinin vəsaitlərinin səmərəli və qənaətlə istifadə olunması, dövlət satınalmaları sahəsində şəffaflığın və rəqabətliliyin daha da artırılması məqsədləri baxımından müzakirə edilə bilər. İstəsələr müvafiq təşkilatlar yoxlamalar da apara bilərlər.
Oxşar xəbərlər
- Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində oldu
2 may 2026 09:40
- Sahibsiz torpaqları ələ keçirib özünü kral elan etdi - Fotolar
2 may 2026 08:53
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
1 may 2026 22:36
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
1 may 2026 19:21
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
1 may 2026 10:41
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 2026 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 2026 15:07
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 2026 12:04
- Eldar Əzizovun 2 ilə 143 MİLYON manatlıq sifariş verdiyi sirli şirkət
29 aprel 2026 18:23
- Azərbaycanda bağışlanan xalçlalar evimi bəzəyir - Amitabh Baççan 40 il əvvəl Bakıya niyə gəlib?
29 aprel 2026 15:41
Xəbər lenti
- Diplomatik korpusun nümayəndələri Yeni Şuşa məscidində oldu
02 may 09:40
- Sahibsiz torpaqları ələ keçirib özünü kral elan etdi - Fotolar
02 may 08:53
- May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
02 may 00:12
- Gedin öz DƏRDİNİZLƏ məşğul olun: Başınız XARABDI? - Natiq Cəfərli Avropaya OD PÜSKÜRDÜ?
01 may 23:43
- Doktorun yaxın qohumu yazdı: Asif Nəsirov ölməyib - Milli Onkologiya Mərkəzindəki cinayətlə bağlı yeni detal
01 may 22:36
- Bankların =qara siyahı=sı haqda inanılmaz faktlar – 5 il qadağa tətbiqi
01 may 21:31
- Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
01 may 19:21
- Prezident və birinci xanım İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak etdi (FOTO)
01 may 18:03
- Sumqayıt hadisələrini araşdıran Ramiq Süleymanoğlu kimdir?-FOTO
01 may 16:45
- Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim VƏFAT etdi
01 may 15:23
- Bu dünyanın adamı deyil, məişətlə heç maraqlanmır – Tamam Bayatlı həyat yoldaşından danışdı
01 may 14:03
- Bakı Dövlət Sirkinin əmlakı satılıb? - Açıqlama
01 may 13:38
- Milli Məclis Avropa Parlamenti ilə əlaqələrin dayandırılması barədə qərar verdi (YENİLƏNİB)
01 may 13:19
- Ədalət Fərəcov 2-ci dərəcəli ƏMƏK ordeni ilə təltif edildi
01 may 13:09
- İlqar Əliyev həbsdə vəfat etdi
01 may 11:23
- 1 Mayın gizli tarixçəsi: etiraz, qan və həmrəylik
01 may 10:41
- Lətif Kərimovun 120 illiyi qeyd ediləcək SƏRƏNCAM
30 aprel 23:25
- Rus sərhədçilər erməni sərhədçilərlə əvəz ediləcək
30 aprel 22:01
- Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - Yenilənib
30 aprel 21:51
- Prezident Yuriy Kamayevi ŞÖHRƏT ordeni ilə təltif etdi
30 aprel 21:42
- Mayın ilk günündə 25 dərəcə isti olacaq
30 aprel 15:27
- NAR beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
30 aprel 15:07
- Prezident çempion güləşçiləri qəbul etdi (FOTO)
30 aprel 12:46
- XTQ-nin yaradılmasından 27 il ötür
30 aprel 12:04
- ADNA-da törədilən terror aktından 17 il ötür
30 aprel 11:27
- 1935-Cİ İLDƏ Bakıda istifadəyə verilmiş UŞAQ BAĞÇASI UÇA BİLƏR...
30 aprel 00:10
- PKK ilə mübarizə Türkiyəyə 2 T R İ L İ Y O N dollara başa gəlib - Ərdoğan
29 aprel 23:07
- Deputat Azər Allahverənov Milli Məclisdə vətəndaş qəbulu keçirib
29 aprel 22:37
- Almaniyadan etiraf: Dünya Türkiyəyə daha çox möhtacdır
29 aprel 21:52
- Trampla Putin telefonla danışdı
29 aprel 21:40
Video & Fotoqalereya
Video
Fotoqalereya
