Hakimiyyətdə olanların 19 faizi erməni əsillidir
Cəmiyyət27 noyabr 2019 22:42
Keçmiş istiqlalçı deputat, politoloq Cümşüd Nuriyev dünən axşamdan bəri bəzi sosial şəbəkə istifadəçiləri, həmçinin bəzi KİV tərəfindən tənqid atəşinə tutulub. O, dünən Azərbaycan Dövlət Televiziyasında yayımlanan "Əsas məsələ” verilişində Qarabağda döyüşmüş azərbaycanlı qadınları təhqir etməkdə ittiham edilir. İttihamlara görə, Nuriyev keçmiş döyüşçü qadınlar barəsində xoşagəlməz ifadələr işlədib. Bunun ardınca sosial şəbəkə istifadəçiləri onun barəsində sərt ittihamlar, təhqiqlər səsləndirməyə başlayıblar.
AYNA-ya açıqlamasında məsələyə aydınlıq gətirən sabiq deputatın sözlərinə görə, onun sözügedən verilişdə söylədiyi fikirlər sosial şəbəkə istifadəçiləri tərəfindən konteksdən çıxarılıb: "Məni ittiham edənlər, heç olmazsa, bircə dəfə açıb həmin videoya baxsınlar, orada Qarabağda döyüşən qadınlardan söhbət getməyib. Mən Xanım Xəlilovadan və onun yanında olanlardan danışmışam. Demişəm ki, Xanım Xəlilovanın batalyonu var idi, onlar Milli Məclisə gəlib kişi söyüşü söyürdülər. Cəbhəçilər o qadınlardan istifadə edib bütün Parlamenti təhqir edirdilər. Xanım Xəlilova nə vaxt Qarabağda döyüşüb? Xanım Xəlilova bunlar üçün bu qədər maraqlıdırsa, gedib onu da müdafiə etsinlər”.

"Bu oyunlar mənə keçmir, sosial şəbəkələrdə yazılanlar da məni maraqlandırmır. Verilişdə dediyim faktların hansı birinin səhv olduğunu göstərsinlər. Mən konkret həmin dəstənin üzvlərini tanıyırdım, eləsi var idi ki, mənim işçim idi. Eləsi var idi ki, 4 uşağı vardı, hərəsi də bir kişidən idi. Dediyim sözün arxasında dururam. Əgər yazılanlar kimi demiş olsaydım, yenə də arxasında durardım. Yazmağa bir şey tapmayıblar, mənim fikirlərimi təhrif ediblər, konteksdən çıxarıblar. Olmayan şeyi yazanları öz vicdanlarına buraxıram”, - deyə C.Nuriyev əlavə edib.
C.Nuriyev vurğulayıb ki, o, sözügedən verilişdə Xalq Cəbhəsindən danışıb: "Mən konkret olaraq dedim ki, Xalq Cəbhəsinin bəzi adamlarını hakimiyyət daxilində müdafiə edirlər. Çünki bunlara açılmış cinayət işləri olduğu halda, həbs olunmurlar, cinayət işlərinin hamısı bağlı qalıb. Şuşa geti, Laçın getdi, bu qədər adam öldürüldü. Mən bu məsələlərə toxunmuşam. Mənim özümü belə, həbs etmişdilər. Ancaq indi hakimiyyətdə olan bir qrup adam həm xalqı, həm də hakimiyyəti təhdid etməklə mesaj verməyə çalışırlar ki, "biz olmasaq, vəziyyət gərginləşəcək”. Xalqa da deyirlər ki, "sizi ən çox sevən bizik”. Halbuki heç birini sevmirlər, ancaq öz pullarını sevirlər”.
İstiqlalçı deputat Qarabağda döyüşmüş qadınlara böyük dəyər verdiyini də dilə gətirib: "Qarabağda döyüşmüş qadınlar haqqında yüksək fikirdəyəm. Onlardan biri - Gülarə Musayeva yaxın dostum olub. Mən özüm də Qarabağ müharibəsində iştirak etmişəm, o zaman qadınları yanımızda görmək bizə ruh verirdi. Torpaqla bərabər gözümüzün önüdə olan ana-bacılarımızı qorumağa can atırdıq. Ona görə də daha yaxşı vuruşurduq. Qarabağda vuruşan bütün qadınların qarşısında baş əyirəm. Çünki onlar bu xalqın çox kişilərindən qeyrətlidirlər".
C.Nuriyev, həmçinin onu ittiham edənləri də ittiham edib: "Bunu bu gün gündəmə gətirmək ancaq ermənilərin işidir. Çünki bu gün Bakıda 32 min erməni var, sosial şəbəkələrdə bunu yazanlar da həmin ermənilərin trollarıdır. Yazmaq istəyirlərsə, hakimiyyət daxilində bu qədər nənəsi, anası erməni olan var, övladlarının qanında erməni qanı var, gedib onları axtarsınlar, onlardan yazsınlar. Hakimiyyətdə təmsil olunanların 19 faizi erməni əsillidir. Bunu məndən eşitmək istəyirlərsə, deyirəm. Nənəsi ermənini gətirib vəzifəyə qoyublar. İndi mənim haqqımda yazanlar da elə onların adamlarıdır”.
"Belə yazmaqla məni qorxutmağa, susdurmağa çalışırlar, ancaq mən elə şeylərdən qorxmuram, hər zaman sözümü deyəcəm. Kişilikləri çatırsa, açıq vursunlar, ölümdən qorxmuram. Onsuz da yeriyən ölüyəm, dost yanında, yoldaş yanında, ailə yanında gözükölgəli bir insanam. Mənə bundan artıq nə edəcəkdilər ki. Hər şeyi ediblər”, - deyə o vurğulayıb.
Oxşar xəbərlər
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 2026 01:21
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 2026 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 2026 10:10
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 2026 17:29
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 2026 21:13
- Allahverdi Bağırovun doğum günüdür
24 aprel 2026 20:03
- Nasizmin qurbanı olan azərbaycanlılar üçün Bergen-Belzendə xatirə lövhəsi açıldı - FOTOLAR
21 aprel 2026 00:12
- Azərbaycan qlobal təlatümlərin əhatəsində sabitlik adasıdır
18 aprel 2026 19:56
- Başlıbel qətliamından 33 il keçir
18 aprel 2026 00:21
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 2026 19:43
Xəbər lenti
- Hücumçu hədəfinin Tramp olmadağını açıqlayıb - Foto
26 aprel 11:36
- İlham Əliyevdən həmin hücumla bağlı paylaşım - Məni dərindən sarsıtdı
26 aprel 11:28
- 20 yaşlı soydaşımız Ukrayna uğrunda şəhid oldu -FOTO
26 aprel 10:13
- Trampın olduğu tədbirdə atışma
26 aprel 10:04
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 00:51
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 23:14
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 21:33
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 11:48
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 21:13
- Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
23 aprel 20:59
Video & Fotoqalereya
Video
Fotoqalereya
