"Azərbaycan ordusu 2 saata İrəvana çatacaq" - Erməni polkovnik
Region28 noyabr 2019 00:26
Aprel döyüşləri araşdıran komissiya üzvləri kimlərdir, onların tərkibində orduda belə xidmət etməyən insanlar var, silahın nə qədər ağırlığı olduğu barədə heç bir məlumatları yoxdur, silah növlərini bilmirlər və onların bu məsələni müzakirə etməli olduqlarını, hansı qərarlar qəbul edəcəklərini belə anlamıram”.
ordu.az xəbər verir ki, bunu ehtiyatda olan erməni polkovnik Qriqor Qriqoryan deyib
Onun sözlərinə görə, ilk növbədə suallar kəşfiyyat idarəsinin keçmiş rəisi, hazırda Paşinyanın hərbi müşaviri məsuliyyətə cəlb edilməli ilk şəxs olan Arşak Karapetyandan soruşulmalıdır.
Xatırladaq ki, 2016-cı ildə Aprel döyüşlərindən dərhal sonra Sarkisyan Silahlı Qüvvələrin Kəşfiyyat İdarəsinin keçmiş rəisi general-mayor Arşak Karapetyanı vəzifəsindən azad edib, onun adı Aprel döyüşləri zamanı edilmiş ən böyük kəşfiyyat boşluqları və nöqsanları ilə əlaqələndirilirdi. Bununla yanaşı, Karapetyan 2018-ci ildə Paşinyanın qərarı ilə, Ermənistan Respublikası Baş nazirinin müşaviri təyin edildi.
Qriqoryan, Aprel döyüşlərindən sonra həyata keçirilən "Günnüt əməliyyatı”na da toxunub.
"Bəziləri dərk etmədən açıqlama verdi və hələ də davam edirlər ki, hektarlarla ərazi itirmişik. Bəli, mövqeyimizi itirdik, amma geri çəkiləndə istənilən yerdə əlverişli bir mövqe seçməlisiniz. Heç kim danışmır ki, 2018-ci ildə, Paşinyanın hakimiyyəti dövründə, Naxçıvan qanadındakı Vayots Dzorda minlərlə hektar ərazi itirdik. Həm də bu əraziləri döyüş olmadan itirmişik. Bəs niyə bu barədə danışmırıq? Necə oldu ki, Türk mövqeləri nə bilim harada olduğu bir halda, Areni kəndi rəqibin hədəfi altına düşdü?”, - deyə erməni polkovnik bildirib.
Onun sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlara hazırlaşır.
"Məncə yaxın 3-4 ay ərzində Azərbaycan trəfindən hərbi əməliyyatlara başlanıla bilər. Hərbi əməliyyatların əsas hissəsi Naxçıvan qanadında aparılacaq. Bu iki məsələ ilə bağlıdır. Birincisi, rusların Naxçıvanı müharibəyə sürükləməsi və sonradan onu azad etməsi üçün təxribat, bununla da məqsəd buradan Şimal-Cənub yolunun keçməsi və dəmir yolunun işləməsidir. İkincisi, bu Rusiya Federasiyasının planlarına daxil deyilsə, o zaman Ermənistanı məhv etmək məsələsi qarşıya qoyulub və Türkiyənin Ermənistana qoşun yeritməyə çalışacağı istisna edilmir”, - deyə erməni polkovnik bildirib.
O, Rusiyanın Gümrüdəki hərbi bazanı boş yerə gücləndirmədiyini də qeyd edir: "Bəzi axmaq insanlar isə bunun bizə lazım olmadığını deyirlər. Əgər rus qoşunlarını Ermənistandan çıxarsalar, Azərbaycan ordusu 2 saat ərzində İrəvanın mərkəzinə çatacaq”.
Oxşar xəbərlər
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 2026 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
9 fevral 2026 12:15
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
Xəbər lenti
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
