“Anar Ələkbərov mənə zəng vurdu...”
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov hüquqşünas Aslan İsmayılova zəng vurub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə A. İsmayılov məlumat yayıb.
O bildirib ki, buna səbəb hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı yazdığı statusdur:
"Az öncə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı statusumla əlaqədar mənə zəng edib qısa olaraq bu sahədə etdiklərini bildirdi. Eşitdiklərim barədə cəmiyyətə açıqlama verə bilərəmmi sualına isə “qərarı özünüz verin” deyib bu barədə Heydər Əliyev Fondunun öz açıqlamasının olacağını da söylədi. Açıqlamanın necə olacağını bilmirəm. Ancaq eşitdiklərimi və öz münasibətimi Sizə bildirmək istəyirəm.
Hadisə baş verəndən sonra A.Ələkbərova məlumat verilir. Bu barədə Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya məruzə ediləndən sonra 2 saat ərzində A.Ələkbərovun öz iştirakı ilə Türkiyədə baş-beyin zədələnməsi sahəsində ən tanınmış həkimlərdən biri olan İstanbul Avrasiya Birləşmiş Xəstəxanalarının Reanimasiya şöbəsinin rəhbəri, anestezioloq və reanimatoloq Kadir Doğruer Bakıya dəvət olunur və o, O.Gülalıyevi müayinə edib səhhətinin çox ağır olduğunu deyib onun Türkiyədə İstanbul Avrasiya xəstəxanasına aparılmasını məsləhət bilir. O.Gülalıyev İstanbula aparılıb xəstəxanaya yerləşdirilir və lazım olan bütün tədbirlər görülür. O.Gülalıyevin səhhətində əlavə problemlər yaranır. A.Ələkbərov şəxsən bir neçə dəfə O.Gülalıyevin həyat yoldaşı Firuzə xanımla danışır, lazım olan hər tədbirin görüləcəyini deyir və lazım olanlar da edilir. Heç bir ehtiyac olmasa da məhz doğmalarının istəyinə görə Oqtay bəy Amerikan Xəstəxanasına köçürülür. Fondun qəbul etdiyi qaydalara görə müalicənin hər 10 günü xəstəxanadan xəstənin durumu barədə arayışlar alınır və ehtiyac olduğu təqdirdə müalicə müddəti uzadılır. Bu qaydada O.Gülalıyevin müalicə müddəti iki dəfə uzadılıb və ödəmələrlə bağlı heç bir problem olmayıb. Əgər xəstənin səhhətinin bərpa ediləcəyi üçün başqa bir xəstəxanaya köçürülməsinə ehtiyac olardısa bu da edilərdi, ona görə ki, İstanbul Amerikan xəstəxanasında olan xərclər digər ölkələrin (İsrail, yaxud Avropa ölkələri) xərclərindən fərqlənmir.
İndi isə O.Gülalıyevlə bağlı ilk gündən baş verənlərlə bağlı öz gördüklərimi və bu barədə fikirlərimi Sizə çatdırıram. Həyatımda qəbul etdiyim bir qayda var. Düşməninlə belə ədalətli davranmalısan. Hadisə baş verəndən dərhal sonra müxalifət funksionerlərinin ard-arda baş vermiş hadisənin hakimiyyət tərəfindən bilərəkdən, O.Gülalıyevin hüquq müdafiə fəaliyyəti ilə bağlı olduğunu ifadə edən bəyanatları yayılmağa başladı. Özüm hadisənin baş vermə anına dəfələrlə baxdıqdan, bəzi şahidlərin, zavallı sürücünün fikirlərini öyrəndikdən sonra baş verənlərin sırf yol-qəza hadisəsi olduğuna əmin oldum. Bu barədə dərhal yazım da oldu. Həmin yazımda da məqsəd bu tip fikirlərin hakimiyyət təmsilçilərini zərərçəkənə kömək etməkdən uzaq durmamasına yönəlmişdi. Təsadüfən hadisə günü çoxdan tanıdığım, siyasətdən tam uzaq olan, məni müxalifətçi sayan, Oqtayın xəstəxanaya yerləşdirildiyi ilk andan onu müayinə edən bir həkimlə eyni məclisdə oldum. Hadisədən dərhal sonra xəstəxanada professor Adil Qeybullanın da olduğunu bildim. Həkimin ədalətli olduğu, həm də A.Qeybulla haqqında söylədiyi yüksək fikirlərdən bəlli oldu. Həkimin mənə dediklərindən utandım. Oqtayın ən ağır məqamında ora gələnlərin əksəriyyətinin məqsədi xəstəyə kömək etmək yox, hadisə yerindən bir şəkil çəkmək, reanimasiya otağında selfi etmək, bir də çığır-bağır salıb həkimləri təhqir etmək istəkləri olub. Həmin həkimin söhbət əsnasında mənə mənə dedikləri “vallah biz bilmirdik, xəstəyə kömək edək, yoxsa sənin dostlarının suallarına, iradlarına cavab verək?”.
Bundan sonra O.Gülalıyevin müalicəsi barədə intriqalar, siyasi alver başladıldı. Guya O.Gülalıyevi hakimiyyətin öldürmək istəməsi, sui-qəsdin izini itirmək üçün yararsız bir xəstəxanaya yerləşdirməsi, ona heç bir köməklik edilməməsi, Heydər Əliyev Fondu tərəfindən xəstəxana pulunun ödənilməməsi, Mübariz Mənsimovun ancaq Heydər Əliyev Fonduna görə kömək etməkdən imtina etməsi və s. barədə yazılar sosial şəbəkəni bürüdü. M.Mənsimov məcbur olub deyilənləri təkzib etdi, xəstəyə lazım olan bütün işlərin görüldüyünü, onun köməyə ehtiyacının olmadığını, sağlıq durumunun çox ağır olduğunu, ümidin ancaq Allaha qaldığını bildirdi.
Əziz Səhifə İştirakçıları, indi hər biriniz özünüzü Heydər Əliyev Fondunun əməkdaşlarının yerinə qoyun. Bu qədər çirkabdan sonra, ”özünüzə rəva bilmədiyinizi başqalarına rəva bilməyin” deyimimizi nəzərə alıb Siz özünüz hansı həvəslə O.Gülalıyevin müalicəsinə yanaşardınız?! Şantajla, böhtanla, qarayaxma ilə “kiminsə müalicəsini istəyirik” demək riyakarlıqdan başqa bir şey deyil! Bu gün Oqtay bəy komadadır və bu uzun müddət sürə bilər. Ona ediləcək hansısa müalicə isə ancaq komadan çıxdıqdan sonra ola bilər. Müxalifət düşərgəsində fəaliyyətini müsbət dəyərləndirdiyim çox az şəxslərdən biri kimi, əlbəttə Oqtay bəyin sağalmasını, bunun üçün lazım olan hər bir tədbirin görülməsini istəyirəm.
Sonda bir daha hamımıza ədalətli olmağı, görülən müsbət işə dəyər verməyi, şər-böhtandan, qarayaxmadan, siyasi al-verdən aralı durmağı arzulayıram. Belə bir durumda isə əksini etmək əxlaqsızlıqdır".
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 2026 21:40
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Əliyev Ərdoğana zəng etdi
26 fevral 2026 22:21
- Nazir Prezidentin bağışladığı evi mənə 36 minə satdı — ŞOK AÇIQLAMA
25 fevral 2026 01:40
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 2026 13:34
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
