Sən Allah adamısan, Gülağa Tənha?
Zəngin adamların həyatı cəmiyyət üzvləri üçün həmişə maraq kəsb edib. Əbəs yerə deyil ki, üstündən az qala 100 il keçməsinə baxmayaraq bu gün də xalqımız Hacı Zeynalabdin Tağıyev haqqında ağızdolusu danışır, onu hörmətlə, rəhmətlə yad edir. Düzdür, 70 illik sovet dönəmində zənginlik söhbəti yığışdırıldı və hamının hər mənada bərabərliyi ön plana çıxdı. Amma ölkəmizin müstəqillik əldə etməsi və bazar iqtisadiyyatı yolunu tutması yenidən zənginlər zümrəsinin ortaya çıxmasına səbəb oldu. Və az vaxtda xeyli sayda azərbaycanlı zənginlər, iş adamları, biznesmenlər yetişdi.
Ancaq onların arasında çox təəssüf ki, Hacı Zeynalabdin Tağıyev olmadı. İnsanlarımız isə düşünürdü ki, yenidən köhnə ənənələr bərpa olacaq və ən əsası cəmiyyətimiz bundan faydalanacaq. Çünki söhbət zəngin insanlardan düşəndə ilk olaraq ağıla xeyriyyəçilik əməlləri, messenantlıq missiyası gəlir. Doğrudan da, bu gün dünyanın ən zəngin iş adamları müxtəlif xeyriyyə fondları yaradaraq cəmiyyətin problemlərinin həllinə yardımçı olmağa çalışırlar. Məsələn, dünyanın ən zəngin adamlarından biri olan Bill Geyts öz milyonlarını əsrin bəlasına çevrilən “SPİD” xəstəliyi ilə mübarizəyə sərf edir. Eyni zamanda digər zəngin iş adamları da müxtəlif elm, mədəniyyət, incəsənət sahələrinə təmənnasız olaraq himayədarlıq edirlər. Bəli, məhzTƏMƏNNASIZ olaraq. Müqəddəs dinimiz də buyurur ki, “sağ əlin verdiyini sol əl bilməməlidir”.
Yeri gəlmişkən, zəngin adamların həyatını araşdırarkən həmyerlimiz olan Gülağa Qənbərovun ( Tənha ) maraqlı bir fikri diqqətimizi cəlb etdi. Gülağa Qənbərov bir neçə il əvvəlki açıqlamasında qeyd edirdi ki, ən böyük arzum dünya şahmat tacını Azərbycana gətirməkdir. Sözün düzü, Gülağa müəllimin bu fikri bizi xeyli fərəhləndirdi. Çünki dünya şahmat tacına sahib olmaq hər bir millət üçün çox böyük şərəf məsələsidir. Həm də unutmayaq ki, dünya şahmat tacı demək olar ki, bir neçə on ildir ki, siyasiləşib. Və buna görə də dünya şahmat tacının ölkəmizə gətirilməsi yenicə müstəqilliyini əldə eləmiş gənc Azərbaycan dövləti üçün çox böyük, hətta əvəzssiz xidmət olardı.
Yeri gəlmişkən, onu da qeyd edək ki, qonşularımızdan fərqli olaraq Azərbaycanda şahmata xüsusi maraq olmayıb. Ulu Öndər Heydər Əliyevin 1-ci hakimiyyət dönəmindəki səylərindən və diqqətindən sonra ölkəmizdə həqiqətən də şahmat məktəbi və ənənəsi yaranıb. Unutmayaq ki, hansı millətdən asılı olmayaraq dünya şahmat tacının sahibi Harri Kasparov Azərbaycan şahmat məktəbinin yetirməsidir.
Bunu Harri Kasparov özü də dəfələrlə etiraf edib. Sözümüzün canı odur ki, Azərbaycanda həqiqətən də güclü şahmat məktəbi və ənənələri yaranıb. Ona görə də Gülağa Qənbərovun “Ən böyük arzum dünya şahmat tacını Azərbaycana gətirməkdir” fikrini oxuyanda iş adamının ciddi niyyətləri barədə düşündük. Çünki söhbət ciddi şahmat məktəbi olan ölkəmizdən gedir. Sadəcə SAĞLAM NİYYƏT və maliyyə dəstəyi lazımdır ki, dünya şahmat tacı ölkəmizə gəlsin. Atalarımız əbəs yerə deməyib ki, niyyətin hara mənzilin ora.
Gülağa Qənbərovun niyyətinin nə dərəcədə sağlam olub-olmaması sonrakı araşdırmalarımız zamanı bizə məlum oldu və bizi çox məyus etdi. Çünki məlum oldu ki, Gülağa Qənbərovun “şahmat tacı” ilə bağlı açıqlamasının arxasında başqa niyyət dayanırmış. Gülağa Qənbərovun əsl məqsədi şahmat tacını Azərbaycana deyil, öz evinə gətirmək, yəni “özününkü”ləşdirmək imiş…
Yuxarıda qeyd elədiyimiz kimi xeyriyyəçilik, himayədarlıq təmənnasız və xoş niyyətlə olmalıdır.
Yoxsa, bu gözəl missiya dönür bəzi imkanlı adamların “sponsor” adı altında gənc müğənni qızları ( hətta bəzən cavan müğənni oğlanları ) “özününküləşdirmək” məsələsinə. Bu isə himayədarlıq missiyası deyil, əksinə iyrənc söhbətdir. Çünki bu işə yarayan kifayət qədər “müştəri-klent” olduğu halda nə üçün istedadlı bir xanımın bütün həyatını alt-üst eləməlisən. Və ən əsası onun istedadına dayaq olmaq əvəzinə əngəl olursan.
Axı, istedad, özü də fitri istedad həm də Allah vergisidir. Allah vergisinə “müştəri” gözü ilə baxmaq isə dünyanın ən böyük günahıdır. Bir daha qeyd edirik ki, bəzi iş adamlarının özəl tələbatlarını ödəməsi üçün kifayət qədər “müştəri” olduğu halda niyə Allahın verdiyi istedada qarşı bu cür davranılsın? Onu da nəzərə almaq lazımdır ki, Gülağa Tənha təkcə xeyriyyəçi, biznesmen deyil, həm də xalqın şair oğludur. Gülağa Tənha öz şeir kitabını məhz “Mən Allah adamıyam” adlandırıb. Görəsən, Allah adamı Allahın vergisinə “müştəri” gözü ilə baxarmı..?
Çoxlarının yaxşı yadında olar, bir neçə il əvvəl Azərbaycan şahmat məktəbində Allah vergisi kimi ortaya çıxan bir qızcığaz peyda oldu. Peyğəmbərimizin nəvəsinin adını daşıyan balaca Zeynəb heç kimin “sponsor”luğu olmadan bir-birinin ardınca böyük qələbələr qazanaraq dünya şahmat tacına doğru öz istedadı və zəhməti ilə irəliləyirdi. Bütün şahmat biliciləri əminliklə yazırdı ki, bu qızcığaz yaxın illərdə dünya şahmat tacını müstəqil Azərbaycana gətirəcək. Zeynəb az vaxtda İspaniyada Dünya birinciliyinin qalibi, Avropa birinciliyinin qızıl mükafatçısı, Ümumdünya Şahmat Olimpiadasının qalibi oldu.
18-19 yaşlı Zeynəbin bu qələbələri xalqımız tərəfindən maraq və həyəcanla izlənilirdi. Məhz bu məqamda özünü şair, filosof, xeyriyyəçi adlandıran Gülağa Tənha ortaya çıxaraq guya ən böyük arzusunun dünya şahmat tacını ölkəmizə gətirmək olduğunu açıqlayaraq 18-19 yaşlı beynəlxalq dərəcəli qrossmeyster qıza “sponsor”luq etmək istədiyini bildirdi. Amma çoxları bilmədi ki, Gülağa Tənhanın məqsədi özündən təxminən 30 yaş kiçik olan, xalqımızın gözəl cavan şahmat kraliçasını evinə gətirmək, yəni “özününkü”ləşdirməkdir.
Və o gündən başlayaraq Azərbaycanın şahmat kraliçasının uğurları dayandı. Çünki Allahın verdiyi böyük istedada pis niyyət yönəlmişdi. Beləcə, Gülağa Tənha kimi “sponsor”un “xidməti” nəticəsində dünya şahmat tacı ölkəmizə qismət olmadı. Əksinə o tacı daşıyacaq xanımı Gülağa bəy “özününkü” elədi. Sonrası da bəllidir. Bu yazını yazmaqda məqsədimiz odur ki, müxtəlif yollarla milyonçu olan bəzi iş adamlarımız xeyriyyəçilik adı altında hər cürə oyundan çıxırlar, itirən isə millətimiz olur.
Axı, 50 ildə, bəzən 100 ildə bir dəfə ortaya çıxan Zeynəb kimi fitri istedadlar bir ailəyə məxsus olmur. Onlar sözün həqiqi mənasında milli sərvətdir. Onu “özəlləşdirməyə” heç kimin haqqı yoxdur. Onları qorumaq isə hər bir namuslu vətəndaşın borcudur. Ölkə rəhbəri də məhz bunu nəzərə alaraq istedadlı gənclərə öz qayğısını əsirgəmir.
Bizim məqsədimiz hörmətli Gülağa Tənhanın personasına kölgə salmaq deyil, milli sərvət olan istedadın göz bəbəyi kimi qorunmasına cəmiyyətimizin diqqətini yönəltməkdir.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- 20 yaşlı soydaşımız Ukrayna uğrunda şəhid oldu -FOTO
26 aprel 2026 10:13
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 2026 00:51
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 2026 21:13
- Allahverdi Bağırovun doğum günüdür
24 aprel 2026 20:03
- İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
16 aprel 2026 19:43
- Fazil Mustafanın ailəsindən xoş xəbər
4 aprel 2026 19:43
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 2026 14:08
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Hücumçu hədəfinin Tramp olmadağını açıqlayıb - Foto
26 aprel 11:36
- İlham Əliyevdən həmin hücumla bağlı paylaşım - Məni dərindən sarsıtdı
26 aprel 11:28
- 20 yaşlı soydaşımız Ukrayna uğrunda şəhid oldu -FOTO
26 aprel 10:13
- Trampın olduğu tədbirdə atışma
26 aprel 10:04
- Putin -erməni soyqırımı-nı TANIDI - Müraciətin MƏTNİ
26 aprel 01:21
- Bizim xalq kimlərə çəpik çalmayıb ki?! - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?
26 aprel 00:51
- Hər gün kivi yeməyin orqanizmə təsiri
25 aprel 23:14
- Pezeşkian əhaliyə - Çağırış etdi
25 aprel 22:58
- Ukrayna məxfi arxivləri AÇDI - Çernobılla bağlı sirlər ÜZƏ ÇIXDI
25 aprel 21:33
- Azərbaycan Ukraynaya beş sərnişin avtobusu verdi - Fotolar
25 aprel 19:59
- Bu gün 6 sənəd imzaladıq - Zelenski
25 aprel 19:24
- Çernobılın 40 ili: SSRİ nüvə fəlakəti barədə həqiqəti necə gizlətdi?
25 aprel 16:18
- Daşkəsənlə Gədəbəyə qar yağır
25 aprel 15:06
- Qəbələdə İlham Əliyevin Ukrayna Prezidenti ilə təkbətək və geniş tərkibdə görüşü olub - YENİLƏNİB
25 aprel 15:00
- Zelenski Azərbaycandadır - Prezident Qəbələdə qarşıladı - Fotolar
25 aprel 11:45
- Qaynarinfo.az 19 yaşında !
25 aprel 11:37
- Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
25 aprel 10:36
- Tramp 24 aprel münasibətilə açıqlamasında -GENOSİD- ifadəsini işlətmədi
25 aprel 10:10
- Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - TAM SİYAHI
25 aprel 00:12
- Güney azərbaycanlı siyasilər Berlində: Almaniya XİN-də mühüm görüş, Rza Pəhləviyə etirazlar - FOTO
24 aprel 22:58
- ABŞ-də ölüm hökmlərinin qaydası ( iynə, güllə...) dəyişdi
24 aprel 22:47
- Çexiyanın baş naziri Bakıya gəlir – Rəsmi səfərin tarixi açıqlandı
24 aprel 19:52
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 17:29
- Azərbaycanlı məşhur milyarder Qarabağda - FOTO
24 aprel 14:37
- İrəvanda Türkiyə bayrağının yandırılmasını qətiyyətlə pisləyirik - XİN
24 aprel 13:49
- II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək (SƏRƏNCAM)
24 aprel 13:03
- TƏCİLİ YARDIM-ın yeni rəhbəri bu şəxs OLDU
24 aprel 12:03
- Ağdam şəhərinə növbəti köç karvanı yola salındı (FOTO)
24 aprel 11:48
- Milli Qəhrəmanın qardaşı vəfat etdi – FOTO
23 aprel 21:13
- Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edildi
23 aprel 20:59
