


Səxavət Məmmədovun Amerikadakı yadigarı (FOTOLAR)
Maraqlı16 dekabr 2019 09:40

Elman Eldaroğlu
Azərbaycan ifaçılıq sənətinin zirvəsində yer alan xanəndələrdən biri də Səxavət Məmmədov idi. Cəmi otuz yeddi il yaşasa da sənəti ilə ölməzlik qazanan sənətkarlardan biri oldu. İyirmi səkkiz ildir ki, aramızda yoxdur. Fəqət adı bu gün də ehtiramla çəkilir, ruhuna rəhmət oxunur. Səsində, avazında yaşayan bu sənətkarın xalq tərəfindən dəyəri verilsə belə, hələ də dövlət tərəfindən heç bir təltifi olmayıb. Təcrübədə vəfatından sonra müxtəlif fəxri adlarla, orden və medallarla təltif olunan mərhumlar az olmayıb. İnanıram ki, nə vaxtsa ölkə rəhbəri Səxavət Məmmədovu sağlığında haqq etdiyi "Azərbaycanın xalq artisti” fəxri adına layiq görəcək...
Bəli, bu gün sizə xalqımızın sevimli oğlu, ustad sənətkar Səxavət Məmmədovun yadigarlarından biri- ABŞ-ın Merilənd ştatında yaşayan Bəxtiyar Məmmədovdan söhbət açmaq istəyirəm.
Çox istedadlı, bacarıqlı, iradəli insandır. Səkkiz yaşından AzTv-də yayımlanan "Sehirli güzgü” verilişində aparıcılıq edib. Bir müddət sonra "Məktəblilərin Tusi klubu” verilişini aparıb. 1992-ci ildən 2002-ci ilədək UNİCEF-in xətti ilə hər ilin dekabr ayında ölkəmizdə keçirilən Uşaqların Televiziya və Radio Gününə həsr olunmuş altı saatlıq canlı televiziya verilişinin iki aparıcısından biri olub. Yeri gəlmişkən, həmin verilişdə ölkə rəhbəri şəxsən iştirak edirdi. Bundan əlavə o, məşhur "Yuxu” bədii filmində aktyorluq da edib, Bədəl roluna çəkilib...
Bəxtiyar 1984-cü ildə Mingəçevir şəhərində dünyaya gəlib. Bir yaşı olanda Bakıya köçüblər. Orta təhsilini 1991-ci ildə 52 saylı orta məktəbdə başlasa da, 2001-ci ildə 43 saylı litseyi fərqlənmə attestatı ilə başa vurub. Yüksək balla BDU-nun Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq hüquq ixtisasına qəbul olunub. 2005-ci ildə oranı bitirdikdən sonra Böyük Britaniyadakı London Diplomatiya Akademiyasının magistraturasında təhsilini davam etdirib. 2006-cı ildə Diplomatiya Elmləri Magistri dərəcəsini alaraq, vətənə dönüb. 2008-ci ildək BDU-da Beynəlxalq Hüquq ixtisası üzrə təhsil alıb və daha bir magistr diplomuna yiyələnib.
2007-ci ildə test imtahanlarından uğur qazanaraq, Xarici İşlər Nazirliyində referent kimi əmək fəaliyyətinə başlayıb. Bir il sonra yenidən imtahan verərək diplomatik ataşe ranqına yüksəlib. 2010-cu ilin sentyabrınadək nazirliyin 2-ci ərazi idarəsində diplomatik ateşe vəzifəsində çalışıb. 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Argentinadakı səfirliyinin konsulluq məsələləri üzrə 3-cü katibi olub. 2013-2015-ci illərdə XİN-in Yaxın Şərq və Afrika ölkələri idarəsində 2-ci katib işləyib. 2015-2018-ci illərdə Azərbaycanın İtalyadakı səfirliyində konsulluq məsələləri üzrə 2-ci katib vəzifəsində çalışıb. 2018-ci ildən Amerikada yaşayır...
...Ömür-gün yoldaşı Səkinə xanım Məmmədova ixtisasca tarixçidir. İki övladı var. Oğlu Cüneyd 8, qızı Eskinaz 5 yaşındadırlar...
Bəxtiyar ABŞ-a rahat yaşamaq, var-dövlət sahibi olmaq eşqi ilə gəlməyib. O, buraya təhsilini davam etdirmək, daha mükəmməl savada yiyələnmək üçün üz tutub. Hazırda Vaşinqton Universitetində növbəti magistr (MBA üzrə) təhsilini alır. 2021-ci ildə oranı bitirib, sənədlərini doktoranturaya təqdim etməyi planlaşdırır...
Arzuları çoxdur. Qarabağın işğaldan azad olunması, övladlarını cəmiyyətə yararlı insan kimi yetişdirməsi onun ən böyük arzularındandır. Daha böyük nailiyyətlər qazanıb, ətrafına yardım etmək, ehtiyacı olanlara əl tutmaq istəyir. Musiqini çox sevir. Pianoda, tarda ifa etməkdən yorulmur. Səyahət etməyi, müxtəlif ölkələrin muzeylərində olmağı xoşlayır...
Deyir ki,- "Harada olsam da özümü Azərbaycanın bir zərrəsi hesab edirəm. Mənim üçün vətənim dünyanın ən gözəl məkanıdır. Qoy, xalqımın başı həmişə uca olsun!”...




Oxşar xəbərlər
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
2 iyul 2025 19:28
- Həbsdə olan vəkil Adəm Məmmədovun əmisi hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
2 iyul 2025 13:46
- Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian..
29 iyun 2025 23:53
- Ağsuda əməliyyat: 2 ay əvvəl Prezidentin MEDAL verdiyi Sənan Feyzullayev həbs olundu
29 iyun 2025 16:02
- Yekaterinburqda saxlanılan azərbaycanlıların məhkəmə prosesi başlayıb - FOTOLAR
29 iyun 2025 11:19
- Günel hindistanlı həyat yoldaşından danışdı - FOTO
27 iyun 2025 17:27
- 32 Yaşlı Şəhid Xanımının Səssiz Mübarizəsi - Əzizə FARİZ
27 iyun 2025 10:40
- Tramp İranın nüvə obyektlərinin bombalanmasını Ağ evdən CANLI İZLƏYİB - FOTO
22 iyun 2025 10:14
- Həbsdə olan sabiq icra başçıları (SİYAHI)
20 iyun 2025 20:57
- Ölkəyə səs salan QƏTLLƏR
20 iyun 2025 00:23
Xəbər lenti
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12
- Dalay Lamadan sonra Tibet Buddiziminin aqibəti necə olacaq? - Özü danışdı
02 iyul 22:45
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
02 iyul 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
02 iyul 20:12
- Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Fotolar
02 iyul 19:28
- Bakıda Özbəkistanın səfirliyinin yeni binası açıldı
02 iyul 19:15
Video & Fotoqalereya
Video
Fotoqalereya