- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
Buraxmış deputatın iddiası rədd olundu
Dələduzluğa görə həbs olunan şəxsin Elmira Axundovaya günaşırı 5 min manat aparmasının pərdəarxası...
Binəqədi Rayon Məhkəməsində hakim İlkin Əliyevin sədrliyi ilə deputat Elmira Axundova və oğlu Həbib Axundovun iddiasına baxılıb. Hakim deputat xanımın və oğlunun şikayətini araşdıraraq hesab edib ki, verdikləri şikayət qanuni və əsaslı deyil. Ona görə də şikayəti təmin etməyib. Bu iddianın meydana çıxmasına səbəb olan hadisələr 2013-cü ildə cərəyan edib. Həmin il Elmira Axundova və oğlunun adı mətbuatın gündəminə 8 milyon manatlıq dələduzluq işinə görə gəlib. İş üzrə zərərçəkənlər ölkə rəhbərliyinə, mətbuata üz tutaraq deputatın, oğlunun adı keçən dələduzluq işinin ört-basdır edilməsinin qarşısını almağa çalışırdılar. Buna Elmira Axundova parlamentdə əyləşdiyi müddətdə əsasən nail də olmuşdu.
Məsələnin mahiyyəti də bu idi ki, Elmira Axundova oğlunun biznes qurduğunu deməklə ətrafındakı müəyyən şəxslərə həmin biznesə yatırım etməyə çağırmışdı. Adamlar əllərindəki pul-paranı Elmira Axundovanın oğluna vermişdilər. Bir neçə aya toplanan milyonları isə Elmira Axundova “biznes ruxnul” deməklə sahiblərinə qaytarılmasının mümkünsüzlüyünü diqqətlərinə çatdırmışdı. Üstəlik, şikayət edən zərərçəkənlərin susdurulması üçün addımlar da atılmışdı. Ortada olan faktlar, dəlillər isə iş üzrə bütün oxları Elmira Axundovaya, onun oğluna tərəf çevirirdi. Amma buna baxmayaraq, Elmira Axundova istədiyi hökmləri məhkəmələrdən ala bilirdi.
“Dünyada hər şeyi pul həll edir”. Buraxılmış parlamentin deputatı Elmira Axundova bu sözləri müsahibələrindən birində söyləmişdi və bunu elə-belə, sözgəlişi demirdi. Deputat xanımda bu fikirlər uzun zaman kəsiyində formalaşıb yazsaq, yanılmarıq.
Mətbuatdan da bəllidir ki, Elmira Axundova oğlu Həbib Axundovun dəbdəbəli, eyş-işrət dolu həyatını geniş ictimaiyyətdən gizlətməyə çalışır. Bu yolda deputat mandatı Elmira Axundova üçün “sehirli çubuğa” çevrilmişdi. Döymədiyi qapı, dəng eləmədiyi vəzifə sahibi qalmamışdı. İstədiyi də oğlunun növbəti, heç bir əndazəyə sığmayan cinayətə bərabər hərəkətlərinin ört-basdır edilməsi olurdu. Həbib Axundov isə hər dəfə daha artıq, daha böyük səs-küylərin mərkəzinə gəlirdi.
Bu hay-küyün içində isə Elmira Axundovanın mandat altından ələ aldığı mal-mülklərin siyahıları, oğlunun biznes adı ilə dost-tanışdan aldığı milyonları əslində anasına daşıdığı da şübhə doğurmurdu.
Elmira Axundovanın adı bu illər ərzində cinayət işlərinin əsas siması kimi keçib. Məsələn, bu gün dələduzluğa görə həbsdə olan Elnur İbrahimov axtarışa verilənə qədər Elmira Axundovanın evinin daimi sakini olub. Hətta Elnur İbrahimovun cinayət işinə əlavə edilən sənədlərdə onun Elmira Axundovaya günaşırı 5 min manat pul aparmasını təsdiqləyən telefon yazışmalarının çıxarışı - sms-lər də var. Həmin çıxarış cinayət işinə əlavə edilsə də, bu günə qədər qiymət verilməyib.
Hazırda dələduzluğa görə həbsdə olan Elnur İbrahimovun Həbib Axundovla yazışdığı SMS-in məğzi belədir.
Elnur İbrahimov Həbib Axundova yazır:
(Yazışmanın orijinal variantını saxlayırıq)
- Ushaq gelib qaqash ashaqdadi gonder kimse gedib gotursun pulu 5000 azn 1300 men sene bir azdan verecem, 19/01/2013, 20:04:57,
Həbib Axundovun cavabı:
- Gorushdeyem danisha bilmirem, 19/01/2013, 20:05:17,
Elnur İbrahimov:
- Af centrda ashaqda, 19/01/2013,20:06:04,
Həbib Axundov 2 ardıcıl sms yollayıb:
- Kim Afcentrdadir debil, 19/01/2013, 20:06:13,
Yiq mani da gE.(nalayiq ifadə), 19/01/2013, 20:06:48,
Elnur İbrahimov:
- Hafiz dunen gelen ushaq mamanin 5000 ni getirib.
Nümayiş olunan bu sms əslində Elmira Axundovanın Elnur İbrahimovun suçlu olduğu iş üzrə əsas şəxs kimi nəzərdən keçirməyə də imkan verir. Ən azı Elmira Axundovanı çağırıb Elnur İbrahimovdan 5 min manatı hansı xidmətlərə görə aldığını sorğulamaq bu gün də aktuallığını qoruyub saxlayır. Bu həmin Elnur İbrahimovdur ki, dələduzluğa görə 9 illik cəzaya məhkum olunub. Ona Elmira Axundovanın adından oğlu Həbib Axundov əfvlə azadlığa çıxacağını vəd edib!
Deyib ki, anası Elmira Axundova Əfv Komissiyasının üzvüdür, onu “yarım sroka” azad etdirəcək. Elmira Axundova dələduzluğa görə həbsə alınan Elnur İbrahimovu hansı məziyyətinə görə azad etdirəcək?
Eyni zamanda Elnur İbrahimovun Elmira Axundovaya, onun “AF Sentr” ticarət mərkəzinin yerləşdiyi binadakı mənzilinə günaşırı 5 min manat daşıması da sənədlərlə təsdiqini tapır.
Rəsmi ittiham sənədlərinə görə, işdə söhbət 8 milyon manatdan getsə də, ortada ələ keçirilən məbləğin qat-qat artıq olduğunu söyləməyə əsas verən məlumatlar var.
Elmira Axundova deputat olana qədər “Moskviç-412"də gəzib. Bu gün isə milyonlarla dəyəri olan varidat sahibəsidir. Azı 30 milyonluq mal-mülki haqda məlumatlar ortalıqdadır. Cibində mandat gəzdirdiyi dövrdə sahibləndiyi mal-mülkün, milyonların mənbəyi haqda adının qarışdığı dələduzluq işindən savayı məlumat yoxdur...
Təqdim olunan siyahıdakı bahalı maşınlar, villalar, imarətlər, yaxta, “Favorit” marketlər şəbəkəsindəki payı məhz Axundovanın deputatlığı dövründə əldə olunub. Deputatın aylıq gəliri maksimum 1700 manat civarında olduğunu nəzərə alsaq, Axundovanın bu varidatı digər yollarla əldə etdiyi ehtimalı yaranır.
Deputatın bizneslə məşğul olması qanunla qadağandır.
Bəs Elmira Axundova nə işlə məşğul olub ki, 30 milyon manatlıq mal-mülk əldə edə bilib?
Elnur İbrahimovun dələduzluq işində Elmira Axundovanın adı hər prosesdə onun məsləhətvericisi kimi keçib. Elmira Axundovanın özünün də bu məqamı təsdiqləyən səs yazısı var. Həmin səs yazısında Elmira Axundova Elnur İbrahimovdan gördüyü işlərin gedişatı haqda məlumat aldığını deyir.
Elnur İbrahimov 125 deputatdan məhz Elmira Axundovanı məsləhətçi seçməsi təsadüfidir?
Birincinin ikinciyə günaşırı 5 min manat daşıması verdiyi məsləhətlərə görə olub?
Elmira Hüseyn qızı Axundovanın varidatın siyahısına da nəzər salaq:
“Toyota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.
“AUDI Q 7" minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013.
Bundan əlavə, Elmira Axundovanın adına:
Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 146/ Kapitanski 146 ünvanında 2 mərtəbəli fərdi yaşayış evi
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 60 mənzil 57 - 4 otaqlı, 185 kv.m
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;
Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,
8 . Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,
“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,
Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi.
Bu geniş ictimaiyyətə bəlli olan mal-mülkdür.
Axundovanın deputatlığı dövründə oğlu Həbib Axundov da kosmik sürətlə varlanıb. Yeri gəlmişkən qeyd edək ki, Axundovların varlanması adlarının hallandığı çoxmilyonluq dələduzluq olayının baş verdiyi tarixlərdən sonraya təsadüf edir.
Həbib Axundovun adına olan əmlakların siyahısını təqdim edirik:
Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis,
“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.
Bunlar isə Həbib Axundovun maşın kolleksiyasıdır:
“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 10 HH 111, alış tarixi 19.05.2014,
“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 XX 111. Alış tarixi 02.07.2014.
5 ."Porsche Panamera" minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 RR 111, alış tarixi 15.02.2014,
6 ."Porsche Cayenne" minik avtomobili, ili 2012, nömrə nişanı Az 90 CF 900, alış tarixi 03.10.2013.
K-45 adlı ABB 1278 bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti kateri - yaxta 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb.
Bundan başqa, Həbib Axundov bir neçə skuterə də sahibdir.
Bu, tam siyahı deyil.
Elmira Axundovanın oğlunun adı dələduzluq işi ilə yanaşı, model Günel Mirzəyevanın müəmmalı ölüm işində də qırmızı xətlə keçir. Günel Mirzəyeva Həbib Axundovun “Yamaha 242 Limited S” tipli yaxtasında açıq dənizə çıxıb və boğularaq ölüb. Bu müəmmalı ölüm Günel Mirzəyevanın həyat yoldaşı ilə boşanma ərəfəsində olduğu günlərdə baş verib. Model xanımı məhkəmədə təmsil edən də Elmira Axundovanın vəkili Rövşən Yusifov olub. Üstəlik, suda boğularkən Günel Mirzəyevanın hamilə olması haqda da bilgilər var. Həyat yoldaşı ilə boşanmaq üçün məhkəməyə üz tutan bir qadının hamiləliyi də maraqlı suallar ortaya çıxarır. Həbib Axundovun Günel Mirzəyeva ilə sıcaq münasibətlərinin olduğu bir vaxtda onun yaxtasında açıq dənizə çıxaraq batması bu günə qədər müəmmalı olaraq qalıb.
Artıq bu məlumatların araşdırılması zamanı çatıb...
Elmira Axundova və oğlu Həbib Axundovun Binəqədi məhkəməsindən istədiyi də bu idi ki, bu məlumat və faktların araşdırıla biləcəyi məhkəmə işlərinə, ümumiyyətlə, baxılmasın. Lakin iddia qanunsuz və əsassız olduğuna görə rədd olunub.
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 2025 19:28
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 2025 11:49
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 2025 11:03
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- İlham Əliyevin Robert Fiko ilə təkbətək görüşü oldu (YENİLƏNİB)
9 dekabr 2025 20:01
- İlham Əliyevlə Peter Pelleqrini arasında geniş tərkibdə görüş oldu
8 dekabr 2025 22:55
- Əbülfəs Qarayevin qızı məhkəməyə verilir – Rejissoru hansı cəza gözləyir?
8 dekabr 2025 14:26
- Dişlərini fırçala, rahatlıqla dələduzluq et - Polisin 3 günə tutduğu 20 dələduzu Azərbaycan məhkəməsi neçə günə azad edər
8 dekabr 2025 14:20
- Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
17 dekabr 21:57
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 20:17
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 20:07
- Rusiyaya ŞİDDƏTLİ HÜCUM: yer-göy DAĞILIR, Zelenski HƏRƏKƏTƏ KEÇDİ -VİDEO
17 dekabr 12:46
- Abbas Abbasov təcili Türkiyədən Rusiyaya qayıtdı
17 dekabr 12:32
- Türkiyədə FETÖ-yə qarşı əməliyyat keçirildi, 160 şübhəli saxlanıldı
17 dekabr 11:38
- İlham Əliyev Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşdü (FOTO)
17 dekabr 11:33
- Axtarışa verilən Abbas Abbasov harada gizlənir ?
17 dekabr 11:11
- Böyük Qayıdış davam edir - daha 57 ailə Laçın, Xocavənd və Ağdama köçürülür
17 dekabr 11:03
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 00:12
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 21:35
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 19:59
- Amnistiyaya bu məhkumlar düşəcək - Həmin şəxslərin dairəsi müəyyənləşdi
16 dekabr 14:32
- Korrupsiya və əxlaq PARADOKSU – Qarayevlərin biznes imperiyası – SİYAHI
16 dekabr 12:56
- Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə
16 dekabr 12:33
- Aqil Abbas: Amnistiya jurnalistlərə də şamil olunsun
16 dekabr 12:13
- Prezident AHİK-in VIII qurultayının iştirakçılarına müraciət ünvanladı
16 dekabr 11:38
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 11:26
- Abbas Abbasov Ramiz Mehdiyev işi ilə bağlı axtarışa verildi
16 dekabr 11:07
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
