- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Osmanlı dövlətini quranlar şaman olub? - İsa Sofi türbəsinin sirri
Mədəniyyət22 dekabr 2019 21:05
Biləcikdə Osmanlı İmperiyasının yaradıldığı vaxtlarda uc bəyi* İsa Sofinin adına inşa edilmiş türbədə aşkar edilən şamanik təsvirlər araşdırılandan sonra məlum olub ki, Göy Tanrı inancı ilə bağlı təsvirlərlə bəzədilmiş türbədə heç bir İslam elementi yoxdur.
(*Uc bəyliyi (Osmanlı: اوج بگلیکی - uç beğlik) Orta əsrlərdə xristian və müsəlman dünyası arasındakı müsəlman sərhəd bölgələri üçün istifadə olunan bir ifadəydi. Uc bəyliyinin xristian ekvivalenti yunan akron (άκρον) sözüydü. Sərhəd bölgələrində ərazilərini qorumaq məcburiyyətində olanlara Bizans tərəfində acriti (ακρίται), müsəlman tərəfində qazi (Osmanlı: غازى) deyilirdi.)
Qaynar info odatv-yə istinadla xatırladır ki, Biləcikin Söyüd mahalının Borcak kəndində yerləşən İsa Sofi türbəsi Orta Asiyadan Anadoluya gələn türkmən köçərilərindən qalan çox əhəmiyyətli izlər daşıyır. Qəbir divarlarına rəsm edilmiş Göy Tanrı inancına aid bəzəklər Anadolu coğrafiyasında ilk nümunələr olduğu üçün böyük önəm daşıyır.
Türbədə başlanan təmir işləri zamanı üst qat suvağın qaşınması ilə üzə çıxan bu bəzəmələr keyfiyyətini cüzi itirsə də, günümüzə qədər gəlib çıxa bilib. Göy Tanrıya inamı əks etdirən divar rəsmləri bu inanca aid baxışları özündə yaşadan çox əhəmiyyətli sənəddir.
Vəqf sənədlərinə görə, adına məzar inşa edilən İsa Sofinin Osman bəy zamanında burada bir zaviyəsi olduğu və buranın ona verildiyi məlumdur. Digər tərəfdən, onun Ərtoğrul Qazinin silah dostu olması barədə yerli xalq arasında günümüzə qədər gəlib çatan bir rəvayət var.
Arxeofiliyadakı xəbərlərə görə, İsa Sofinin din xadimi olduğu və adına türbə qurulduğu üçün cəmiyyətdə aparıcı bir ada sahib olduğu aydın olur. Bununla birlikdə məzarlığındakı qeyri-İslami ünsürlər onun yaşadığı cəmiyyət və İsa Sofinin onlarla əlaqəsi haqda ipuçları verir. Bu türbənin bəzək baxımından Anadoludakı heç bir türbəylə bənzərliyi yoxdur.
Türbənin yerləşdiyi Borcak kəndi və İsa Sofi türbəsi Osmanlı Bəyliyinin qurulduğu Söyüd mahal mərkəzindən təqribən 9 kilometr şərqdə yerləşir.
Bu cür məzarların yüksək təpələrdə yerləşməsi köhnə türk inancı ilə əlaqəli idi. Əslində, bu inanca görə, yüksək təbəqəyə mənsub insanların məzarları çətin varılan yerlərdə inşa edilirdi.
Erkən Osmanlı memarlığına aid türbədə memarlıq elementləri və inşaat texnikası kimi bir kitabə olmasa da, İsa Sofinin vəqf qeydləri və yerli xalqın rəvayətləri məzarın 14 əsrin birinci yarısında inşa edildiyini göstərir.
Türbədə heç bir islami element yoxdur
Bu türbə islami məzmun daşısa da, içindəki bəzəmə sistemlərinin az qala tamamilə şamanlığa söykənməsi bu cəmiyyətdə əski inancın çox canlı olduğunu göstərir. Xüsusilə köçəri həyat sürən türklərdə İslamın qəbul edilməsinə baxmayaraq, köhnə inanca aid həyat tərzi asanlıqla tərk edilməmişdi.
Kvadrat planı və səkkizguşəli qəlib üzərində tikilmiş qübbə klassik Türk-İslam xüsusiyyəti daşıyır. Oxşar inşaatlarda olduğu kimi, qapısı alçaq düzəldilib. Bu xüsusiyyətləri ilə islami cəhəti güclü bir fiqura aid olduğu hesab edilsə də, 2017-ci ildə başlanan təmir zamanı suvağın altından çıxan bəzəklər tamamilə ayrı bir mövzunu gündəmə gətirdi.
Məzarın iç hissəsi Orta Asiya inanc sisteminə aid elementlərlə bəzədilib. Divar bəzəmələrində Orta Asiyanın inanc və mədəniyyət sisteminin çox təsirli olduğu aydın görünür. Türbə içində heç bir İslam ünsürləri olmasa da, hamısının Göytanrı inancına aid olması da İsa Sofinin islam inancını şübhə altına alır.
Məzarın digər diqqətəlayiq xüsusiyyəti də bu qeyri-islam bəzəyinin yeni qat suvaqla örtülməsidir. Sakinlər bu örtmə işinin nə vaxt aparıldığını bilmir. Osmanlılardan qalma köhnə məktəb binasının arxitekturası və divardakı xətt üslubu məzardakı örtücü suvağın 19-cu əsrdə vurulduğunu deməyə əsas verir.
Hər şey Göy Tanrı inancıyla bağlıdır
İsa Sofi türbəsində Türk mifologiyasındakı kainat təsəvvürü və bununla bağlı cürbəcür rəmzlər rəsm edilib.
Bəzəklər arasında iki gəmi rəsmi diqqət çəkir. Bu gəmilərdən şərq divarına çəkiləni kainat üçün nəzərdə tutulmuş xətdən kənarda yerləşir. Bu gəminin mərhumun ruhunu göyün 16-cı qatına Ulgenə apardığı güman edilir. Qərb divarındakı gəmi isə ehtimal ki, 17 dənizin qovuşduğu yeri göstərir və bu, Talay Xanın evi ola bilər. Orta Asiya Türk mifologiyasına görə, Talay Xan dənizlərin hökmdarı və ölülərin qoruyucusudur. Bir türbə və bir ölüylə bağlı ayini təsvir etdiyi ehtimal edilən bu bəzəmələrdə Talay Xan mifindən istifadə edilməsi şübhə doğurmur.
Bəzəmələrdə bir kainat anlayışı yer alıb və xətlərin yaratdığı göy, yer və yeraltı hissələr Orta Asiyanın Türk kosmogoniyasını təsvir etmək üçün istifadə edilib. İki qalın xətt ilə ayrılmış birinci təbəqə yeraltını təmsil edir. Şamanlara görə, dünya çox mərtəbələrdən ibarət idi. Yuxarıdakı 17-ci qat səmanı işıq aləmi kimi meydana gətirir; altındakı 7 və ya 9-cu qat isə yeraltını, qaranlıqlar aləmini təşkil edirdi. Həyatın davam etdiyi Yer üzü isə bu iki qatın arasında yerləşirdi.
Türbədə torpağın yeraltı hissəsini ifadə edən aşağı hissəsi yerdən qalın bir xətt ilə ayrılıb. Bu təbəqəni şaquli olaraq ayıran və yerdən göyün sərhədinə qədər uzanan bir şaman və ya həyat ağacını təmsil edən fiqur var. Yer üzünü təmsil etdiyi düşünülən qalın xəttin üstündə Kayra xanın oturduğu göy üzünün ən yüksək nöqtəsinə qədər (ayyuk) uzanan həyat ağacının budaqları demək olaraq yarımçıq çəkilib.
Günbəz qəlibində olan bəzəklər 18-i cənub, 18-i şimal qismində olmaqla cəmi 36 hissəyə bölünür. Hər bölmə bir kürə şəklində ifadə edilərək, bəzəyin hər iki tərəfində 18 min aləmin olduğuna işarə edir.
Hər bölmə arasında üst-üstə düşən üçlü günəş motivləri türk mifologiyasındakı tanrıları göstərə bilər. Təngərə Kayra Xan səmanın 17-ci qatında oturur və oradan kainatın taleyini təyin edir. Ondan doğulmuş üç tanrı - səmanın 16-cı qatında Ülgən bəy, 9-cu qatda Kızagan Təngərə, 7-ci qatda isə Mərgən Təngərə oturur. Üç günəşsə, ehtimal ki, bu üç tanrını ifadə edir.
Günbəzin ətəyindəki bəzəklər şimşək motivini göstərir. Bütün bəzəklər arasında yeganə nümunə olan bu motiv Türk mifologiyasında əhəmiyyətli bir yerə sahibdir. Qədim türklər özləri ilə təmiz ağ daş daşımaqla ildırım və şimşək kimi təhlükələrdən qorunacaqlarına inanırdılar.
Şərq divarında və türbənin girişinin üstündə böyük günəşə bənzər bir motiv var. Bu, tanrı, eləcə də şaman qavalında istifadə olunan motivləri simvollaşdıra bilər.
Türbənin cənub divarındakı və müəyyən edilmiş sərhəd xaricində dairələr ehtimal ki, Ayı təmsil edir. Türk mifologiyasında Ayın xüsusi yeri var idi. Qədim türklər Ayı və Günəşi insanlara yaxşılıq gətirən və qoruyan iki mübarək varlıq olaraq görürdülər.
İsa Sofinin məzarlığında Türk mifologiyasında olan ağac kultunun izləri də özünü göstərir. Divarlardakı bəzəklərdə həyat ağacı və ya digər ağac formaları diqqəti cəlb edir. Ağac göy dirəyi olaraq kainat anlayışında aparıcı elementlərdən biri idi.
Məzarın cənub divarında suvaq üzündən bəzi hissələri tökülmüş doqquz budaqlı fıstıq ağacı var. Bu ağac şamanların göyə qalxdıqları zaman istifadə etdikləri ağac hesab olunurdu. Bu fiqurun ortasında ata minmiş və yuxarı qalxan bir insan fiquru var. Türklərdə ayin zamanı şamanı qatlar arasında yerləşən tanrıya çatdıran vasitə olaraq Pura adlı bir at ruhu vardı. Yəqin ki, bu türbədə də şaman və onu aparan Pura təsvir edilib.
Divarlarda digər diqqətəlayiq bir bəzək, stilizə edilmiş bir quş şəklidir. Bu şəkil digər dünyaya səyahət zamanı Qızıl Şaman tərəfindən istifadə edilən "Koarı" və ya "Bucu" adlı ruh quşu ola bilər.
1980-ci illərə qədər müxtəlif ayinlər tətbiq edilirdi
Qədim dövrlərdə türbənin əhəmiyyəti ilə yanaşı, İsa Sofi son vaxtlara qədər kəndin ictimai və dini həyatında əhəmiyyətini qorumağa davam edib. İnsanların müntəzəm olaraq ziyarət etdikləri bir yer olmaqla yanaşı, son vaxtlara qədər burada Xıdrəlləz kimi şənliklər keçirilir, dualar burada edilir və burada şəfalı düyü bişirilib yeyilirdi.
Uşaqları olmayanlar, xəstələr burada dua edərək dərdlərinə çarə axtarırdılar. Namaz qılarkən məzarın üstünə maral sümükləri qoyulurdu. Digər tərəfdən, sənduqənin içinə əlin salınması və buradan qoparıla bilən bir çəngə bitki duanın qəbul olması anlamına gələn inanc olub. Rəvayətə görə, bir kişi əlini sənduqəyə salanda İsa Sofi onun əlini tutub ki, bundan qorxan insanlar bu vərdişlərinə son veriblər.
Bölgədəki bir çox məzarda olduğu kimi, burada da şam yandırma ənənəsi bu yaxınlara qədər davam edib.
İstəklərin qəbul edilməsi üçün bir vasitə olaraq, türbə bağçasındakı ağaclara bez bağlamaq ənənəsi də son vaxtlara qədər tətbiq olunan başqa bir ayin olub.
Oxşar xəbərlər
- Kiyevdə matəm elan edildi
14 may 2026 19:44
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 2026 18:30
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 2026 11:47
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 2026 11:13
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 2026 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 2026 00:03
Xəbər lenti
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
