Arvadını işləməyə qoymayan, Pənah Hüseyni güllələmək istəyən xalq yazıçımız...
Müsahibə25 dekabr 2019 22:19
Bu gün Xalq yazıçısı Yusif Səmədoğlunun doğum günüdür.
kulis.az bu münasibətlə yazıçı haqqında maraqlı faktları təqdim edir.
Yusif Səmədoğlu əslən Qazaxlı olsa da Bakıda doğulub, məşhur şair Səməd Vurğunun ilk övladıdır.
Şair Zakir Fəxri evdə it saxlayan Yusif Səmədoğlugilə tez-tez gedirmiş. Bir gün Zakir yenə Yusifgilə gedir. Bu vaxt Yusif itinə kotlet qızartdırırmış. Qapıda qonağı görən yazıçı onunla zarafatlaşmaq üçün mətbəxdə işləyən aşpaza səslənir:
- Kotleti bol elə, Zakir Fəxri də gəldi.
***
Yusif Səmədoğlu nəşriyyatların birində şair-publisist Zülfüqar Rüfətoğlu ilə rastlaşır. Rüfətin yanında çox miskin görkəmli, yoxsul, hansısa qəzetdə korrektor işləməklə dolanan bir şair də varmış. Yusif müəllimlə səmimi görüşür və aralanır. Yusif müəllim Zülfüqardan soruşur:
- Bu kimdir?
Zülfüqar:
- Şairdir.
Yusif Səmədoğlu:
- Hiss elədim. Adamı yalnız şeir bu günə qoya bilər.
Yusifin məşhur "Qətl günü” romanı çapdan çıxanda dostları uğurlu əsər üçün ondan qonaqlıq istəyirlər. Yazıçı birdən-birə çox xərcə düşməsin deyə müxtəlif vaxtlara üç-dörd adamlıq məclis planlaşdırır. Amma hər dəfə arası olmayan qələm adamlarını bir siyahıya salır. Heç kim gəlmir. Yusif müəllim eyhamla gülümsünüb şikayətlənir:
- Qəribədir, qonaqlıq verirəm, heç kim gəlmir.
***
Çoxu bilmir ki, Yusif Səmədoğlu bir müddət qardaşı Vaqif Səmədoğludan küsülü gəzib. Hətta onu yubileyinə də dəvət etməyib. Səbəbsə, Vaqifin çox içməsi olub.
***
Yusif Səmədoğlu "Ulduz” jurnalının baş redaktoru olanda ona bir gəncin şeirlərini tapşırırlar, salır nömrəyə. Mətbəədə məsul katib Zakir Fəxri şeiləri çıxarır. Jurnal çapa imzalananda Yusif müəllim təzədən o şeirləri əlavə edir. Çapa gedəndə Zakir Fəxri yenə çıxardır. Jurnal çap olunandan sonra Yusif müəllim şeirləri səhifələrdə görmür və əlini dizinə çırpır:
- Pahatonnan! Baş redaktor olasan, işlədiyin jurnalda şeir verə bilməyəsən!
***
İlk hekayələr kitabı Yusif Vəkilov imzası ilə çapdan çıxmışdı. Böyük türk şairi Nazim Hikmətlə o dövrdə münasibətləri olub. Məhz Nazimin tövsiyyəsiylə Yusif atasının adını özünə təxəllüs götürmüşdür.
***
Hamının müasir insan kimi tanıdığı Yusif Səmədoğlu qısqanclıqdan həyat yoldaşını işləməyə qoymayıb.
***
90-cı illərdə professor Qəzənfər Paşayev Xalq Cəbhəsinin liderlərindən olan Yusif Səmədoğluna deyir:
- Niyə prezidentliyə namizədliyini vermirsən?
Yusif müəllim cavab verir:
- Qorxuram namizədliyimi verəm, seçiləm. Bəs sonra neyləyərəm?
***
90-larda müştərilərin pulunu alıb qaçan "Vahidbank”da yazıçı Natiq Rəsulzadənin də xeyli pulu batır. Harayını Yusif müəllimə aparır:
- Az qalıram özümü öldürüm, mənə necə kömək edə bilərsən?
Milli Məclisin deputatı olduğu üçün tabelli tapança gəzdirən Yusif Səmədoğlu silahı çıxarıb stolun üstünə qoyur:
- Sənə köməyim yalnız bu ola bilər ki, silahımdan istifadə edə bilərsən!
***
20 yanvar hadisələri onu çox sarsmışdı. Həmin gecə evə gəlib ağlayıb. İlk dəfə Yusif Səmədoğlunu onda ağlayan görüblər. Deyib ki, insanları qıracaqlar. Küçədə, yolda oturanlara, yığışanlara yaxınlaşırdı ki, dağılışın. Yanvar hadisələrindən sonra kommunist partiyasından, biletindən imtina edib.
***
Pənah Hüseyn baş nazir olan vaxt qərara alır ki, Azərbaycan Yazıçılar Birliyinin binasını Türkiyə səfirliyinə versin. Yusif Səmədoğlu ona zəng edir:
- Sən AYB-nin binasını yazıçılardan alsan, səni tüfənglə vuracam!
***
Çoxu yəqin bilmir ki, ustad aşıq Ədalət Nəsibovun tanınmasında Yusif Səmədoğlunun böyük rolu olub. Söhbət təkcə "Yeddi oğul istərəm” filmindəki məşhur epizoddan getmir. Onu, demək olar ki, bütün mədəni elita ilə Yusif tanış etmişdi.
***
Aşıq yaradıcılığına Yusif müəllimin qəribə sevgisi olub. O, yarımçıq qalan romanına ad olaraq məşhur aşıq şeirlərindən birinin misrasını seçmişdi: "Deyilənlər gəldi başa...”
***
"Azərbaycan” jurnalında işləyən Seyran Səxavət baş reaktor Yusif Səmədoğlunun işə gəlmədiyini görüb Moskvaya qaçır. Ordakı dostları ilə yeyib-içmək üçün Qorki adına Ədəbiyyat İnstitutunun restoranına girəndə baxır ki, Yusif müəllim burda oturub. Yayına bilmir, ona yaxınlaşıb deyir:
- Yusif müəllim, Füzuliyə getməliyəm, gəldim sizdən icazə alam.
Yusif müəllim gülür, onu dostları ilə birlikdə stola dəvət edir və deyir:
- Amma məni burda görməmisən haaa!
Oxşar xəbərlər
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Nəriman Həsənzadəyə Heydər Əliyev ordeni təqdim olundu - Fotolar
24 fevral 2026 16:11
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Səməd Vurğunun 120 illiyi qeyd ediləcək
23 fevral 2026 17:24
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya








