- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
“Seçkidə əsas mübarizə hakimiyyətlə müxalifət arasında getməyəcək”
Müsahibə27 dekabr 2019 13:56

"Seçkilərdə əsas mübarizə hakimiyyətlə müxalifət arasında getməyəcək”
Ölkə gündəmi qaynayır: növbədənkənar parlament seçkilərinə hazırlıq, yeni namizədlər, prezidentin yerli televiziyalara müsahibəsində toxunduğu mühüm məsələlər, icra başçılarının həbsi və digər aktual hadisələr müzakirə mövzularıdır.
Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru, politoloq Eldar Namazovla geniş söhbətimizdə Azərbaycanda baş verən son proseslərdən danışmışıq.
Onun "Yeni Müsavat”a müsahibəsini təqdim edirik:
- Eldar müəllim, "YouTube” sosial mediasında kanal açmısınız. Bu hesabı yaratmaqda məqsəd və zərurət nə idi?
- Bu haqda çoxdan düşünürdüm. İlkin mərhələdə bu fikir daha çox hazırladığım, üzərində işlədiyim kitablarla bağlı idi. Bir müddət öncə həm Azərbaycan tarixi, həm memuarlar tipli, eləcə də ölkənin xarici siyasəti və Qarabağ problemi barədə kitablar üzərində işləyirdim. Sonra dostlarımla məsləhətləşəndə, onlar təklif etdilər ki, bunu videokitab şəklində hazırlayım. Çünki əhalinin kitab almaq qabiliyyəti yüksək deyil. Ancaq videokitab halında hazırlayıb təqdim edəndə hər bir azərbaycanlı internet vasitəsilə rahat izləyər, hansısa vəsait xərcləmiş olmaz. Bu təklifi bəyəndim. Ona görə ki, məqsədim bu problemlərlə bağlı işlərimi insanlara çatdırmaq idi.
İkinci məsələ, buna başqa bir ehtiyac formalaşdı. O da Azərbaycana qarşı aparılan informasiya müharibəsi ilə bağlıdır. Dəfələrlə media kapitanlarından eşidirdim ki, informasiya müharibəsində uduzuruq, adətən elə bizə qarşı kampaniyaya içimizdə cavab verirdik, özümüz deyib-eşidirdik. Hansısa beynəlxalq, tirajlı kütləvi informasiya vasitələrində Azərbaycana qarşı kampaniya başlayanda öz saytlarımızda Azərbaycan dilimizdə cavab verirdik. Xüsusən rusdilli internet şəbəkəsi var, təqribən 300 milyon adamı birləşdirir. Bu, bütün keçmiş SSRİ-dir, Şərqi Avropadır, Qərbdə və Amerikadan mütəxəssislər bu dildə sərbəst yazırlar, danışırlar.
"Deputatlığa namizədlik fikrim yoxdur, istəyirəm ki...”
Son dəfə informasiya müharibəsi barədə verilişdə qeyd elədim. Ona görə də əvvəlki bəzi planlarıma bu da daxil oldu, biz gərək xarici dillərdə verilişlər hazırlayaq, kampaniyaya cavab verək, 300 milyonluq auditoriyada rus və ingilis dilində sözümüzü demək imkanımız olsun.
Beləcə qərara gəldim "YouTube” kanalı açmaq lazımdır və orada Azərbaycan tarixi, Qarabağ məsələsi haqda verilişlər olsun, bəzi proqramlar da xarici dildə olsun ki, sözümüzü deyə bilək. Yalnız bir həftədir fəaliyyətdədir və iki süjet paylaşmışam. Biri ölkədəki islahatlar, biri də Qarabağla bağlı olub. Erməni təbliğatçıları Rusiya kanallarında fəaliyyət göstərir, onları hədəf götürmüşəm.
Bir həftə ərzində iki videoçarxı artıq 6 mindən çox adam izləyib, ictimai rezonans olub. Daha çox paylaşanlar Rusiyadan, Ukraynadan oldu, müsbət şərhlər gəlir. Hesab edirəm ki, başlanğıcda uğurlu alınıb. Amma bu sahədə görüləsi işlər çoxdur, layihələr üzərində işləyirik. Verilişlərin bir qismi Azərbaycana qarşı kampaniyaya layiqli cavab verməkdən ibarət olacaq.
- Qarabağ münaqişəsinin təxminən 32 ili tamam olur, 2020-ci ildə problemin həlli ilə bağlı danışıqlardan gözləntiləriniz nədən ibarətdir, status-kvo qalacaqmı və 2019-u itirilmiş il kimi dəyərləndirməliyikmi?
- Bəli, 2019-u danışıqlar prosesinə aid itirilmiş il kimi qiymətləndirməliyik. Ancaq status-kvo ideyası dünya ictimaiyyəti tərəfindən ciddi qəbul olunmur. 2016-cı il aprel döyüşləri nümayiş etdirdi ki, status-kvonu saxlamaq qeyri-mümkündür və Azərbaycan buna heç vaxt razı olmayacaq.
Ona görə də danışıqlardan yox, Azərbaycanın iqtisadi və hərbi potensialının gücləndirilməsindən gözləntilərim var. Bu sahədə işlərimizi gücləndirib, işğalçını torpaqlarımızdan çıxarmalıyıq. Əminəm ki, bu məsələnin həllində danışıqlar prosesi yox, Azərbaycanın hərbi və iqtisadi gücü rol oynayacaq. Təbii ki, son nöqtədə diplomatlar oturub hansısa sənədə imza atacaqlar. Amma bu sənədə imza atmaq prosesi də yalnız güclərin balansını əks etdirəcək, yəni kimin ordusu, iqtisadiyyatı güclüdür.
- Bəzi analitiklərin fikrincə, gələn il "Lavrov planı”, yəni 5 rayonun qaytarılması istiqamətində danışıqlar sürətləndirilə bilər. Siz necə düşünürsünüz?
- Ortalıqda məhəlli plan ideyası var. Ona görə ki, başqa həll variantı görülmür. Bunun da müxtəlif modifikasiyası ola bilər. Söhbət ondan gedir ki, statusla bağlı ümumi qərar qəbul oluna bilməz, eyni zamanda ermənilər ərazilərimizdən çıxmalıdırlar, qaçqınlar yuvalarına qayıtmalıdırlar. Bütün müzakirə edilən məsələlər bu ideyanın ətrafında fırlanır. Amma heç bir diplomat dahi də olsa, ermənilərdən bu plana razılığı ala bilməz. Azərbaycan ordusunun və iqtisadiyyatının gücü əsas amil olacaq ki, ermənilər torpaqlarımızdan çıxmağa məcbur olsunlar.
- Eldar müəllim, Azərbaycanın daxili siyasətində canlanma var. Bu da əsasən 9 fevral seçkiləri ilə əlaqəlidir. Amma deyəsən, siz deputatlığa namizədliyini elan etmək niyyətində deyilsiniz?
- Yox, deputatlığa namizədliyimi irəli sürmək fikrim yoxdur. Azərbaycan siyasətində müsbət və maraqlı proseslər gedir, nəsillər dəyişir. İstəyirəm ki, həm hakimiyyət içində, həm müxalifət partiyalarında nəsillərin dəyişməsi prosesi güclənsin. Çox şadam ki, yeni nəslin nümayəndələri hər iki düşərgədə fəallıq nümayiş etdirirlər. Bizim nəslin nümayəndələri onlara məsləhət verə, köməklik edə bilər. Biz gərək gənclər üçün yolları açaq. Ona görə də seçkilərdə iştirak niyyətim yoxdur.
- Siz yeni parlamentin əvvəlkindən yaxşı mənada fərqlənəcəyinə, siyasətdə, idarəçilikdə olan gənclərin özlərini təsdiqləyəcəyinə inanırsınızmı?
- Builki parlament seçkiləri əvvəlki illərdən fərqlənəcək. Azərbaycanda siyasi mühit dəyişməyə başlayıb. İcra hakimiyyətinin qolunda ciddi dəyişikliklər baş verdi, indi də növbədənkənar parlament seçkiləri keçirilir.
Bu seçkilər elan olunanda da onun məhz islahatların sürətlənməsi ilə bağlamışdılar. Əminəm ki, seçkilərdən sonra hakimiyyətin üçüncü qolu - məhkəmə sistemində də dəyişikliklər baş verəcək. Bu, ciddi prosesdir, adi islahat deyil. Adi islahatlar həyata keçirmək üçün bu qədər böyük dəyişikliklərə ehtiyac olmur. Yeni sosial-iqtisadi modelin qurulması istiqamətində sistemli islahatlar həyata keçirilməyə başlanıb. Bunun fonunda hesab edirəm ki, parlament seçkilərində əsas mübarizə hakimiyyətlə müxalifət yox, islahatlara dəstək verənlərlə islahatlara qarşı çıxan qüvvələr arasında gedəcək. Prezident də açıq şəkildə bildirmişdi ki, hakimiyyətin içində proseslərə mane olan, işləri sabotaj edən adamlar var.
Hakimiyyətin atdığı bu addımlara qarşı bir qisim müxalifət də iştirak edir. Ona görə əsas xətt iqtidar-müxalifət olmayacaq, islahatlara münasibət amili olacaq. Güman edirəm ki, yeni parlamentdə gənclərin təmsilçilik sayından asılı olmayaraq- hərçənd saylarının çox olacağını düşünürəm- amma yeni Milli Məclis islahatlara dəstək verən adamlardan ibarət olacaq. Fərq yoxdur ki, onlar hansı qüvvəni təmsil edirlər.
- Prezident də yeni müxalifətin zəruriliyini qeyd etmişdi. Sizcə, yeni müxalifət yaranırmı, yaxud yaranmaqdadırmı?
- Bir sistemdən o biri sistemə keçidlə bağlı dünya təcrübəsi var. Bir çox ölkələr bu yolu bizdən qabaq keçiblər. Burada iki model var. Azərbaycanda indi baş verən islahatlar prosesinin dünyada analoqları çoxdur. Söhbət ondan gedir ki, islahatlar nəticəsində çox vacib sosial-iqtisadi dəyişikliklər olmalıdır. Bu dəyişikliyin siyasi sistemə birbaşa təsiri var. İnkişaf etmiş ölkələrdə cəmiyyətdə böyük rol oynayan azad sahibkarlar və orta sinif formalaşır. Bu iki sosial-iqtisadi qruplar formalaşanda onların maraqlarını təmsil edən siyasi qüvvələr meydana gəlir. Onlar daha güclü olurlar, arxalandığı böyük resurslara, sosial təbəqələrə dayanırlar. Ona görə davamlı çoxpartiyalı sistem azad sahibkarlıq, orta sinif formalaşmış cəmiyyətlərdə olur. Azərbaycanda başlanmış sosial-iqtisadi islahatların nəticəsi olaraq, azad sahibkarlıq və orta sinif qruplar tam formalaşmalıdır. Bu proseslərə mane olan amillər çox idi. Xüsusən də məmurların iş adamlarının işinə qarışmasına görə azad sahibkarların bir çoxu ölkədən kənarda yatırımlar edirdilər. Burada investisiya qoyanda isə böyük həcmdə olmurdu, məmur özbaşınalığı ilə üzləşirdilər. Bu amillər aradan qaldırılsa, Azərbaycanda çox güclü azad sahibkarlar təbəqəsi formalaşar, kölgə iqtisadiyyatına son qoymaqla büdcə zəngin olar, maaş, pensiya arta, orta sinif formalaşa bilər.
Bu iki qrup formalaşandan sonra Azərbaycanda dediyiniz yeni müxalifət, onların mövqelərini ifadə edən siyasi qurumlar yarana bilər.
- Bayaq dediniz anti-islahatçı qüvvələr var. Onlar nəyə nail olmaq istəyirlər?
- Ciddi proseslərin kökündə həmişə iqtisadi maraqlar dayanır. Azərbaycanda islahatların keçirilməsi, yeni modelin qurulması illərlə proseslərə kobud müdaxilə edən, qeyri-qanuni yollarla zənginləşən məmur təbəqəsinin bir qisminin müqaviməti ilə rastlaşmalıydı. Bu, təbii haldır.
Ancaq bu proses mütləq başa çatdırılmalıdır, məmur öz işi ilə məşğul olmalıdır, sahibkarların fəaliyyətinə kimsə müdaxilə etməli deyil.
Dövlət məmuru olmaqla yanaşı bizneslə məşğul olmaq ənənəsinə son qoyulmalıdır. Çünki ölkənin inkişafına mane olan amildir. Təbii ki, bu imkanları itirən qüvvələrin müqaviməti olacaq. Bu, hər yerdə belə olub. Hər halda, prezident bu haqda açıq danışırsa, deməli, müqavimət kifayət qədər özünü büruzə verir. Bütün hallarda bu dəyişiklik Azərbaycan xalqının xeyrinədir. Mübahisə etmək olar ki, proses nə qədər sürətlə gedəcək, nə qədər vətəndaşın, sahibkarın vəziyyəti yaxşılaşacaq.
Burada vacib amil odur ki, sosial-iqtisadi islahatlara o vaxt əl atılır ki, ölkə böhran içindədir. Və islahatlar keçiriləndə də insanların sosial-iqtisadi durumu bir müddət daha da pisləşir. Ona görə buna şok terapiyası deyilir.
Azərbaycanda vəziyyət fərqlidir. Ölkənin kifayət qədər valyuta ehtiyatları var. Bu yaxınlarda elan etmişdilər ki, 50 milyarda yaxınlaşır və adambaşına düşən ehtiyatlarla bağlı MDB məkanında liderik.
Bu da deməyə əsas verir ki, ciddi sistemli islahatlar keçirməklə insanların sosial durumunun yaxşılaşması yan-yana gedəcək. Heç kim deməyəcək ki, maaş, pensiyalarla bağlı gözləyin, vəziyyət pisləşəcək və s.
Ona görə Azərbaycan başqa ölkələrdən fərqli olaraq, şok terapiyasız, ağrısız, rahatlıqla bu prosesi həyata keçirə bilər.
- Eldar müəllim, son sualımdır - parlament seçkilərində xeyli sayda jurnalist deputatlığa iddialıdır. "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da namizədliyini elan edib. 30 illik bir qəzetin baş redaktorunun parlamentdə olması cəmiyyət və media üçün nə kimi faydalı ola bilər
- Mən Rauf bəyə seçki kampaniyasında uğurlar arzulayıram. Ötən seçkilərdə də Rauf bəyə dəstək vermişdik. Hesab edirəm ki, təkcə qabaqdakı seçkilər yox, Azərbaycanda yeni sosial-iqtisadi modelinin qurulması ilə bağlı prosesdə azad medianın rolu çox böyükdür.
İslahatların uğurlu həyata keçirilməsinin dörd şərti var: gərək iqtidarın iradəsi, komandası olsun. Biz bu kadrları da görürük. Onlara gənc kadrlar deyilir. Amma onlar pensiyaya gedənlərlə müqayisədə gəncdirlər. Bu şəxslər 25-30 yaşda universiteti təzə qurtaran adamlar deyil, hərəsinin 40-45 yaşı var, yaxşı təhsil alıblar, aparıcı beynəlxalq qurumlarda uzun illər fəaliyyət göstərib, təcrübə yığıblar. İslahatçı komandanın nüvəsi görünür və davam edəcək. Üçüncü şərt odur ki, islahatların konsepsiyası, strategiyası olmalıdır. Nəhayət, dördüncü şərt ictimai dəstəkdir.
İctimai dəstək olmadan islahatları həyata keçirmək çətin olur. Belə ictimaiyyətin fikrini formalaşdıran azad mediadır. Azad mətbuat nə qədər güclü olsa, parlamentdə təmsil olunsalar, islahatlar prosesinə bir o qədər faydalı olarlar.
Oxşar xəbərlər
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
2 iyul 2025 01:07
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
2 iyul 2025 00:11
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Zelenski İlham Əliyevə başsağlığı verdi
1 iyul 2025 20:18
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
1 iyul 2025 18:42
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
1 iyul 2025 13:44
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
1 iyul 2025 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
1 iyul 2025 11:18
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
1 iyul 2025 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 2025 23:59
Xəbər lenti
- Koronavirusun mənşəyi barədə sual hələ də QARANLIQ qalır - ÜST hesabat yaydı
02 iyul 01:07
- Rusiyanın Azərbaycandakı DANA MONOPOLİYASI
02 iyul 00:48
- 33 yaşlı müsəlman ABŞ siyasətində dönüş nöqtəsi yaratdı...- Nyu-York meri ola bilər...
02 iyul 00:10
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
Video & Fotoqalereya
Video
Fotoqalereya