




Əhməd bəy Ağaoğlunun nəticəsi: "Edam əmrindən sonra Atatürk onu yanına çağırıb"
Müsahibə30 dekabr 2019 12:50
Əməkdar İncəsənət Xadimi, aktrisa Məlahət Abbasovanın dəvəti ilə "Məlahətli qonaqlar” proqramına qonaq gələn Azərbaycan ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun nəticəsi, "Kurtalan Ekspres” qrupunun baş gitaristi, dillər əzbəri olan "Gülpembe” mahnısının bəstəkarı Əhməd Güvənçin oxu.az-a özəl müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Bakıya ilk gəlişinizdirmi?
- Dördüncü dəfədir Azərbaycana gəlirəm. İlk dəfə Barış Manço ilə gəlmişdik. Bakı gözəl şəhərdir. Amma ilk dəfə gələndə çox baxımsız idi. Hazırda ucaldılan göydələnləri isə heç bəyənmədim. Çünki Bakının qədimliyinə, tarixinə və mədəniyyətinə yaraşmayıb.
Barış Manço ilə Bakıya gəldiyim zaman maraqlı bir hadisə yaşandı. Barış mənim azərbaycanlı olduğumu bilirdi. Bizim gəlişimizlə bağlı verilən yemək ziyafətində Barış ayağa qalxaraq mənim azərbaycanlı olduğumu qeyd etdi. O zaman Heydər Əliyev mənə "Ata evinə xoş gəlmisən” dedi. Bu çox gözəl söz idi. Ruhu şad olsun. Məzarını ziyarət edib, ruhuna dualar oxudum.
- Adınızın Əhməd bəy Ağaoğlu ilə bağlılığı varmı? Adınızı kim qoyub?
- Ailədə ilk nəvə olduğum üçün adımı Əhməd qoyublar. Əhməd bəy Ağaoğlunun şərəfinə bunu ediblər.
- Əhməd bəy Ağaoğlu haqqında hansı məlumatlarınız var?
- Nənəmim babasıdır. Onun Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü kimi Cümhuriyyətin Paris Sülh Konfransında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin tərkibində yer aldığını və Cümhuriyyətin süqutundan sonra Bakıya qayıda bilmədiyini eşitmişəm.
Mustafa Kamal Atatürklə də o zaman tanış olub. Azərbaycanda edam edilməsi əmri çıxdıqdan sonra Ankaraya gedib. Həmin vaxtı Atatürk onu yanına çağırıb. O, ikinci və üçüncü çağırış Türkiyə Böyük Millət Məclisinə deputat seçildikdən sonra Atatürkün xarici məsələlər üzrə siyasi məsləhətçisi olub.
1918-ci ildə isə Nuri Paşa ilə Bakıya gəlib və millət vəkili seçilib. Hazırda məndə onun sürgün edildiyi Maltadan ailəsi üçün köhnə türkçə yazdığı məktublar var. Bütün məktublarda ailəsinə yaxşı olduğunu yazıb. Bilsəydim onları özümlə gətirərdim.
- Əhməd Ağaoğlundan qalan nələrsə var?
- Babamın Bakıdan gələrkən yanında özü ilə gətirdiyi böyük kəhrəba təsbehi hazırda məndədir. Sürəyya xalamın mənə əmanət etdiyi həmin təsbehə gözüm kimi baxıram. Malatyada sürgündən ailəsinə yazdığı məktubları da saxlayıram.
Əvvəllər Türkiyədə Ağaoğlu villası var idi. 85 nəfərlik bütün ailə orada yığışırdı. İndi isə cəmi üç nəfər qalmışıq (kövrəlir). Ailəmdən öyrəndiyim ən önəmli şey şərtlər nə olursa-olsun, sonuna kimi inandığım hər şeyin arxasında durmaqdır.


- Babanızın azərbaycanlılar tərəfindən bu qədər sevildiyini bilirdinizmi?
- Əvvəllər məzarlığa getdiyim zaman babamın qəbri üstünə güllərin qoyulduğunu görürdüm. Öncə buna təəccüblənirdim. Amma sonradan o, gülləri Azərbaycandan gələn şəxslərin qoyduğunu öyrəndim.
- Babanız Əhməd bəy Ağaoğlunun doğulduğu Şuşa şəhəri erməni işğalı altındadır. Şuşa haqqında nə bilirsiniz?
- Əslində mən Şuşaya getməyi çox istərdim. Şuşa haqqında möhtəşəm şeylər eşitmişəm. Təəssüflər olsun ki, ora gedə bilmirəm. İnşallah bir gün hamımız Şuşaya gedərik. Konsertlər verərik. Bababımın da ruhu şad olar.
- Barış Manço ilə yaxın dost olmusunuz. Hətta ölənə kimi birlikdə çalışmısınız. Onunla birlikdə işləmək necə bir hissdir?
- Onunla 25 il birlikdə işləmişik. Hətta biz onunla o vaxt bacanaq idik. Hər gün birlikdə olurduq. Çox düzgün və qabiliyyətli bir insan idi. Heyf ki, dünyasını çox tez dəyişdi.

- Cem Karaca ilə də birgə işləmisiniz?
- Bəli. Hazırda onun və Barış Mançonun yolunu davam etdirirəm. İnanın ki, bir dəqiqə vaxtım yoxdur. Buraya da bir günlük gəlmişəm. Cem Karacanın da atası azərbaycanlı idi. Onunla Azərbaycan haqqında söhbətlər edirdik.
- Azərbaycan musiqilərindən hansıları bəyənirsiniz?
- Hamısını sevirəm. Həqiqətən də çox gözəl bəstəkarlarınız və sənətçiləriniz var. Türkiyədə bir çox Azərbaycan mahnıları dillər əzbəridir. Hər kəsin repertuarında o mahnılar var.
- Hansı sənətçilərimizi tanıyırsınız?
- Çoxunu tanıyıram. Musiqiçiniz cazmen Əzizə Mustafazadəni isə inanılmaz dərəcədə çox bəyənirəm.
- "Gülpembe” və "Dönence” mahnılarının bəstəkarısınız…
- Doğrudur. Mahnılarımın sevilməsi məni xoşbəxt edir. Amma mənim üçün ən yaxşı mahnılar kosmosda olur.
- Övladınız var?
- On səkkiz il ailəli olsam da, övladım yoxdur. Amma nə qədər türk uşağı varsa hamısı mənim övladımdır.
- Azərbaycanda konsert vermək təklifləri var?
- Yoxdur. Amma olmasını çox istərdim.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunur.
Əhməd Güvənçin nənəsi Suna Gülər Əhməd bəy Ağaoğlunun qızı Tezer Taşkıranın övladıdır. Tezer Taşkıran Türkiyənin Qars bölgəsinin ilk qadın millət vəkili olub.





Oxşar xəbərlər
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
Xəbər lenti
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
Video & Fotoqalereya
Video
Fotoqalereya
